Məhkəmə qərarları › İş №e-2(017)-1833/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-1833/2025

19.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-1833/2025 19.08.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1, İddiaçının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq Bankı»ın Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq Bankı» iddia ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 20 oktyabr 2021-ci il tarixli, DKM/100N02A00660421 saylı kredit müqaviləsi üzrə 2162,21 manat məbləğində əsas borc, 22 may 2025-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 120,19 manat məbləğində adi faizlər üzrə borc, vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 26,28 manat məbləğində penya, cəmi 2308,68 manat məbləğində pul vəsaiti və 22 may 2025-ci il tarixindən başlayaraq qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 18 % dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % dərəcəsi ilə hesablanan penyanın və ödənilmiş 43,10 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 iddianı müdafiə edərək izahatında göstərdi ki, iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq Bankı» ilə Cavabdeh arasında bağlanmış 20 oktyabr 2021-ci il tarixli DKM/100N02A00660421 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 48 ay müddətinə, illik 8 % ilə ödənilməsi şərtilə 9600 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 8.3-cü bəndinə əsasən, 08 dekabr 2023-cü il tarixindən kredit müqaviləsi üzrə kreditdən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsiartırılaraq 18 % müəyyən edilmişdir. Kredit müqaviləsinin 2.4-cü maddəsinə və onun 1 №-li Əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən Cavabdeh hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh bu öhdəliklərini pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin bir hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Ona görə də Cavabdeh iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq Bank»ın xeyrinə 20 oktyabr 2021-ci il tarixli, DKM/100N02A00660421 saylı kredit müqaviləsi üzrə 2162,21 manat məbləğində əsas borc, 22 may 2025-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 120,19 manat məbləğində adi faizlər üzrə borc, vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 26,28 manat məbləğində penya, cəmi 2308,68 manat məbləğində pul vəsaiti və 22 may 2025-ci il tarixindən başlayaraq qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 18 % dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % dərəcəsi ilə hesablanan penyanın və ödənilmiş 43,10 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 23 avqust 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Açıq Səhmdar Cəmiyyəti «Xalq Bank» tərəfindən Cavabdeh 48 ay müddətinə, illik 8 % ilə ödənilməsi şərtilə 9600 manat manat məbləğində kredit verilmişdir. İşdə olan 22 may 2025 il tarixli arayışdam görünür ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti «Xalq Bank»a 2162,21 manat məbləğində əsas borc, 22 may 2025-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 120,19 manat məbləğində adi faizlər üzrə borc, vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 26,28 manat məbləğində penya, cəmi 2308,68 manat təşkil edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Konatitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. İş materialları araşdırılarkən müəyyən olundu ki, iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq Bankı» ilə Cavabdeh arasında bağlanmış 20 oktyabr 2021-ci il tarixli, DKM/100N02A00660421 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 48 ay müddətinə, illik 8 % ilə ödənilməsi şərtilə 9600 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 8.3-cü bəndinə əsasən, 08 dekabr 2023-cü il tarixindən kredit müqaviləsi üzrə kreditdən istifadəyə görə müəyyənləşdirilmiş illik faiz dərəcəsiartırılaraq 18 % müəyyən edilmişdir. Kredit müqaviləsinin 2.4-cü maddəsinə və onun 1 №-li Əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən Cavabdeh hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh bu öhdəliklərini pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin bir hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Qeyd olunanlara əsasən iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq Bank» Cavabdeh 20 oktyabr 2021-ci il tarixli, DKM/100N02A00660421 saylı kredit müqaviləsi üzrə 2162,21 manat məbləğində əsas borc, 22 may 2025-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 120,19 manat məbləğində adi faizlər üzrə borc, vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 26,28 manat məbləğində penya, cəmi 2308,68 manat məbləğində pul vəsaitini tələb etməkdə haqlıdır. Lakin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 3 manatadək azaldılmalıdır Bundan başqa məhkəmə həmçinin hesab edir ki, iddia tələbinin cavabdehdən tələb olunan 22 may 2025-ci il tarixindən başlayaraq qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 18 % dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % dərəcəsi ilə hesablanan penya hissəsi də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək Cavabdeh 2162,21 manat məbləğində əsas borc, 22 may 2025-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 120,19 manat məbləğində adi faizlər üzrə borc, 3 manat məbləğində penya, cəmi 2285,40 manat pul alınıb iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq Bank»ın xeyrinə ödənilməli və iddia tələbi qalan hissədə təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş 23 may 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq Bankı» tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 43,10 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən ödənilmiş 43,10 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 2162,21 manat məbləğində əsas borc, 22 may 2025-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 120,19 manat məbləğində adi faizlər üzrə borc, 3 manat məbləğində penya və ödənilmiş 43,10 manat dövlət rüsumu, cəmi 2328 (iki min üç yüz iyirmi səkkiz) manat 50 (əlli) qəpik pul alınıb iddiaçı Açıq Səhmdar Cəmiyyəti «Xalq Bankı»ın xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar