Məhkəmə qərarları › İş №e-2(017)-195/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-195/2025

07.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-195/2025 07.03.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı nümayəndəsi və vəkili Vəkil Cavabdeh qarşı 12300 manat borc məbləğinin, 320 manat vəkil xərcinin və 128,25 manat dövlət rüsumunun, cəmi 12748,25 manat pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı nümayəndəsi və vəkili Vəkil idda tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh 2020-ci ildə tanış olmuşlar. 2023-cü ilin dekabr ayında cavabdeh pula ehtiyacının olduğunu bidirib, İddiaçı ona borc pul verməyi xahiş etmiş və borcu 2024-cü ilin fevral ayının əvvəlindən gec olmayaraq qaytarmağa söz vermişdir. İddiaçı da cavabdehə inanaraq 2023-cü ilin dekabrın sonundan 2024-cü ilin yanvarın sonunadək olan müddətdə ona hissələrlə cəmi 11500 manat məbləğində borc pul vermişdir. Cavabdehin xahişi ilə həmin məbləğin 9370 manatı iddiaçı tərəfindən cavabdehin bank kartına köçürülmüş, qalan 2130 manatı isə ona nəğd verilmişdir. Pulların cavabdehin bank kartına köçürülməsi “X2” ASC (Leobank) tərəfindən verilmiş xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək dövr ərzində iddiaçının bank kartı üzrə əməliyyatlara dair arayışla da təsdiq olunur. Belə ki, arayışa əsasən iddiaçının bank kartı vasitəsilə cavabdehin bank kartına xx.xx.2023-cü il tarixdə - 150 manat; xx.xx.2024-cü il tarixdə - 500 manat; xx.xx.2024-cü il tarixdə - 100 manat; xx.xx.2024-cü il tarixdə - 7500 manat; xx.xx.2024-cü il tarixdə - 10 manat; xx.xx.2024-cü il tarixdə - 100 manat; xx.xx.2024-cü il tarixdə - 10 manat; xx.xx.2024-cü il tarixdə - 1000 manat olmaqla, cəmi 9370 manat pul köçürülmüşdür. Lakin, cavabdeh verdiyi sözə əməl etməmiş və borcu qaytarmaqdan müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Bununla da iddiaçı ağır maddi vəziyyətə düşmüş, cavabdehin borcu qaytarmaması səbəbindən iddiaçı 20 fevral 2024-cü il tarixdə "xxxx" ASC-dən 5000 manat kredit almağa məcbur olmuş və kreditin əsas məbləği ilə yanaşı cəmi 818 manat məbləğində faizləri də ödəmişdir. Ona görə də, Cavabdeh 12300 manat borc məbləğinin, 320 manat vəkil xərcinin və 128,25 manat dövlət rüsumunun, cəmi 12748,25 manat məbləğində pulun alınıb İddiaçı verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İşdə olan “X2” ASC (Leobank) tərəfindən verilmiş İddiaçı məxsus bank hesabının çıxarışından görünür ki, İddiaçı məxsus bank kart vasitəsi ilə Cavabdeh bank kartına xx.xx.2023-cü il tarixdə - 150 manat; xx.xx.2024-cü il tarixdə - 500 manat; xx.xx.2024-cü il tarixdə - 100 manat; xx.xx.2024-cü il tarixdə - 7500 manat; xx.xx.2024-cü il tarixdə - 10 manat; xx.xx.2024-cü il tarixdə - 100 manat; xx.xx.2024-cü il tarixdə - 10 manat; xx.xx.2024-cü il tarixdə - 1000 manat olmaqla, cəmi 9370 manat pul köçürülmüşdür. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1 və 1091.2-ci maddələrinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. İş materialları ilə müəyyən olunmuşdur ki, İddiaçı özünə məxsus bank kart vasitəsi ilə Cavabdeh bank kartına xx.xx.2023-cü il tarixdə - 150 manat; xx.xx.2024-cü il tarixdə - 500 manat; xx.xx.2024-cü il tarixdə - 100 manat; xx.xx.2024-cü il tarixdə - 7500 manat; xx.xx.2024-cü il tarixdə - 10 manat; xx.xx.2024-cü il tarixdə - 100 manat; xx.xx.2024-cü il tarixdə - 10 manat; xx.xx.2024-cü il tarixdə - 1000 manat olmaqla, cəmi 9370 manat pul köçürmüş, cavabdeh həmin pulu qaytaracağını bildirsə də, qaytarmamışdır. Buradan da göründüyü kimi cavabdeh iddiaçının 9370 manat məbləğində pulunu əldə edib iddiaçının hesabına hüquqi əsas olmadan əsassız varlanmış və iddiaçı da cavabdehdən həmin pulu tələb etməkdə haqlıdır. Bundan başqa, İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəməyə ünvanladığı ərizədə həmçinin İddiaçı Cavabdeh 2130 manat nəğd olaraq borc pul verməsini göstərsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Ankerin» işində qeyd etmişdir ki, məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarların qanunliyi və əsaslılığını təmin etməlidir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırması hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh 9370 manat pul alınaraq İddiaçı verilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. İşdə olan 03 sentyabr 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil 128,25 dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 128,25 manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə münasibətdə, yəni 113,70 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi isə iddiaçıya aid edilməlidir. Bundan başqa, İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsində 320 manat xidmət haqqının cavabdehdən tutulub iddiaçıya ödənilməsini xahiş etsə də, həmin xərcin ödənilməsi ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 9370 manat pul və ödənilmiş dövlət rüsumundan 113,70 manat, cəmi 9483 (doqquz min dörd səksən üç) manat 70 (yetmiş) qəpik pul alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar