Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № e-2(017)-1959/2025 19.06.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlu, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “SN TV” əmtəə nişanı ilə fəaliyyət göstərən "xxxx" MMCnin kabel şəbəkəsinə müvafiq müqavilə bağlamadan qanunsuz qoşulma nəticəsində 130.35 manat abunə haqqı qismində vurulmuş zərərin, hüquqi göstərilməsi və qrafik üzrə 50 manat, iddia ərizəsi verilərkən ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 qəpik məbləğində bank xidmət haqqının, cəmi 210.75 manat məbləğində pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsinə dair sadələşmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. Belə ki, iddiaçı iddia tələbinin əsası qismində "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 55 saylı arayışa istinad edərək cavabdehin Sumqayıt şəhəri, 6-cı mkr, H.Salayev küçəsi, 12 saylı yaşayış binasının 13 №-li mənzilinin sahibi olması və həmin mənzildə yaşaması qeyd edilmişdir. Lakin, cavabdehin göstərilən mənzilin mülkiyyətçisi olmasını təsdiq edən sübutlar iddia ərizəsinə əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə görə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəlllənin 284-4.2-ci maddəsinə görə bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğun gündən 5 iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə görə ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsini qəbul etməkdən imtina edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2025 qəbz nömrəsi: **********) dövlət büdcəsindən İddiaçınə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264 və 284-cü maddələrini rəhbər tutaraq, Qəraraaldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. Məhkəməyə ərizə verilərkən təqdim edilmiş sənədlər İddiaçınə qaytarılsın. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2025 qəbz nömrəsi: **********) dövlət büdcəsindən İddiaçınə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №e-2(017)-1959/2025
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(017)-1959/2025
19.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver