Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-2105/2025 11.08.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı pul tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 16 iyun 2022-ci il tarixli BPM**********36 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 3598,74 manat kredit borcunun və 11 yanvar 2021-ci il tarixli, BPM**********79 saylı Tamkart çərçivə müqaviləsinə əsasən kart kredit limiti üzrə 384,51 manat kredit borcunun və ödənilmiş 59.84 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərizəni onunla əsaslandırmışdır ki, borclu X4 "xxxx" ASC ilə bağladığı 11 yanvar 2021-ci il tarixli, BPM**********79 saylı Tam kart çərçivə müqaviləsinə əsasən 500 manat məbləğində kart krediti limiti və 16 iyun 2022-ci il tarixli BPM**********36 saylı kredit müqaviləsinə əsasən 3720 manat məbləğində nağd kredit verilmişdir. Lakin, əldə olunmuş məlumata görə borclu X4 10 sentyabr 2022-ci il tarixində vəfat etmişdir. Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 24 may 2025-ci il tarixli, 343 nömrəli məktubuna əsasən məlum olmuşdur ki, Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən X1 miras əmlakına dair oğlu Cavabdeh1, oğlu Cavabdeh4, qızı Cavabdeh5 Mahmud qızına, qızı Cavabdeh3, qızı Cavabdeh2 miras payı əldə etməsi barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 04 iyun 2025-ci il tarixli nağd kredit üzrə maliyyə arayışına əsasən, X1 vəfat etdiyi tarixə Banka ödənilməmiş qalan 3598,74 manat əsas borcu qalmışdır. 04 iyun 025-ci il tarixli kart kredit limiti üzrə maliyyə arayışına əsasən, X1 vəfat etdiyi tarixə Banka ödənilməmiş qalan 384,51 manat əsas borcu qalmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 Mahmud qızı, Cavabdeh3 və Cavabdeh2 qalmış mirası qəbul etmələrinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdir. X2 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 16 iyun 2022-ci il tarixli BPM**********36 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 3598.74 manat kredit borcunun və 11 yanvar 2021-ci il tarixli, BPM**********79 saylı Tamkart çərçivə müqaviləsinə əsasən kart kredit limiti üzrə 384.51 manat kredit borcunun və ödənilmiş 59.84 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 11 yanvar 2021-ci il tarixli, BPM**********79 saylı Tam kart çərçivə müqaviləsindən görünür ki, bu müqavilə əsasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X3 500 manat məbləğində kart krediti limiti verilmişdir. İşdə olan 16 iyun 2022- ci il tarixli BPM**********36 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə əsasında iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X3 3720 manat məbləğində nağd kredit verilmişdir. İşdə olan 04 iyun 2025-ci il tarixli arayışdan görünür ki, 17 yanvar 2022-ci il tarixli, 14398sNFT/21 saylı kredit müqaviləsi üzrə X1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 16 iyun 2022-ci il tarixli, BPM**********36 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 3598,74 manat kredit borcu və 11 yanvar 2021-ci il tarixli, BPM**********79 saylı Tamkart çərçivə müqaviləsinə əsasən kart kredit limiti üzrə 384.51 manat kredit borcu vardır. İşdə olan və məhkəmə iclasında elan olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 10 sentyabr 2022-ci il tarixdə ölmüşdür. İşdə olan 24 iyul 2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 10 sentyabr 2022-ci il tarixdə ölmüş X1 vərəsəsi Cavabdeh1dur və o, miras əmlakdan 1/5 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yaanında DƏDRX-nin Beyləqan Ərazi İdarəsi tərəfindən 08 iyun 2020-ci il tarixdə verilmiş **********91 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Ağcabədi rayonu Muğanlı kəndində yerləşən ümumi sahəsi 1,89 ha torpaq sahəsidir və Cavabdeh1 payı 0,3314 ha torpaq sahəsindən ibarətdir. İşdə olan 24 iyul 2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 10 sentyabr 2022-ci il tarixdə ölmüş X1 vərəsəsi Cavabdeh4dur və o, miras əmlakdan 1/5 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yaanında DƏDRX-nin Beyləqan Ərazi İdarəsi tərəfindən 08 iyun 2020-ci il tarixdə verilmiş **********91 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Ağcabədi rayonu Muğanlı kəndində yerləşən ümumi sahəsi 1,99 ha torpaq sahəsidir və Cavabdeh4 payı 0,3314 ha torpaq sahəsindən ibarətdir. İşdə olan 24 iyul 2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 10 sentyabr 2022-ci il tarixdə ölmüş X1 vərəsəsi Cavabdeh5dır və o, miras əmlakdan 1/5 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yaanında DƏDRX-nin Beyləqan Ərazi İdarəsi tərəfindən 08 iyun 2020-ci il tarixdə verilmiş **********91 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Ağcabədi rayonu Muğanlı kəndində yerləşən ümumi sahəsi 1,99 ha torpaq sahəsidir və Cavabdeh5 payı 0,3314 ha torpaq sahəsindən ibarətdir. İşdə olan 24 iyul 2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 10 sentyabr 2022-ci il tarixdə ölmüş X1 vərəsəsi Cavabdeh3dır və o, miras əmlakdan 1/5 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yaanında DƏDRX-nin Beyləqan Ərazi İdarəsi tərəfindən 08 iyun 2020-ci il tarixdə verilmiş **********91 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Ağcabədi rayonu Muğanlı kəndində yerləşən ümumi sahəsi 1,99 ha torpaq sahəsidir və Cavabdeh3 payı 0,3314 ha torpaq sahəsindən ibarətdir. İşdə olan 24 iyul 2024-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 10 sentyabr 2022-ci il tarixdə ölmüş X1 vərəsəsi Cavabdeh2dır və o, miras əmlakdan 1/5 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ƏMDK-nin yaanında DƏDRX-nin Beyləqan Ərazi İdarəsi tərəfindən 08 iyun 2020-ci il tarixdə verilmiş **********91 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Ağcabədi rayonu Muğanlı kəndində yerləşən ümumi sahəsi 1,99 ha torpaq sahəsidir və Cavabdeh2 payı 0,3314 ha torpaq sahəsindən ibarətdir. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1255-ci maddəsinə görə, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə müvafiq olaraq, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 -ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, borclu X4 "xxxx" ASC ilə bağladığı 11 yanvar 2021-ci il tarixli, BPM**********79 saylı Tam kart çərçivə müqaviləsinə əsasən 500 manat məbləğində kart krediti limiti və 16 iyun 2022- ci il tarixli BPM**********36 saylı kredit müqaviləsinə əsasən 3720 manat məbləğində nağd kredit verilmişdir. Lakin, əldə olunmuş məlumata görə borclu X4 10 sentyabr 2022-ci il tarixində vəfat etmişdir. Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 24 may 2025-ci il tarixli, 343 nömrəli məktubuna əsasən məlum olmuşdur ki, Ağcabədi Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən X1 miras əmlakına dair oğlu Cavabdeh1, oğlu Cavabdeh4, qızı Cavabdeh5 Mahmud qızına, qızı Cavabdeh3, qızı Cavabdeh2 miras payı əldə etməsi barədə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. 04 iyun 2025-ci il tarixli nağd kredit üzrə maliyyə arayışına əsasən, X1 vəfat etdiyi tarixə Banka ödənilməmiş qalan 3598.74 manat əsas borcu qalmışdır. 04 iyun 025-ci il tarixli kart kredit limiti üzrə maliyyə arayışına əsasən, X1 vəfat etdiyi tarixə Banka ödənilməmiş qalan 384.51 manat əsas borcu qalmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5 Mahmud qızı, Cavabdeh3 və Cavabdeh2 qalmış mirası qəbul etmələrinə baxmayaraq, onlara çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdir. X2 vərəsələri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 16 iyun 2022-ci il tarixli BPM**********36 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 3598.74 manat kredit borcunu və 11 yanvar 2021-ci il tarixli, BPM**********79 saylı Tamkart çərçivə müqaviləsinə əsasən kart kredit limiti üzrə 384.51 manat kredit borcunu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək X1 vərəsələri-cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 müştərək qaydada 11 yanvar 2021-ci il tarixli, BPM**********79 saylı Tamkart çərçivə müqaviləsinə əsasən kart kredit limiti üzrə 384,51 manat kredit borcu və 16 iyun 2022-ci il tarixli BPM**********36 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 3598,74 manat kredit borcu alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir İşdə olan 04 iyun 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 59,84 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 59,84 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 müştərək qaydada 11 yanvar 2021-ci il tarixli, BPM**********79 saylı Tamkart çərçivə müqaviləsinə əsasən kart kredit limiti üzrə 384,51 manat kredit borcu və 16 iyun 2022-ci il tarixli BPM**********36 saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 3598,74 manat kredit borcu, ödənilmiş 59,84 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı, cəmi 4043 (dörd min qırx üç) manat 49 (qırx doqquz) qəpik pul alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №e-2(017)-2105/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-2105/2025
11.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver