Məhkəmə qərarları › İş №e-2(017)-2173/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-2173/2025

07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-2173/2025 07.08.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcunun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Ağcabədi Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı «kredit borcunun ödənilməsi» barədə iddia verərək, Cavabdeh BPM**********02 nömrəli xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən 286,62 manat əsas, 47,71 manat faiz və BPM**********02 nömrəli xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən 2937,43 manat əsas, 570,6 manat faiz borcunun, 58,43 manat dövlət rüsumunun, 0,40 qəpik bank xidmət haqqının alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 21 may 2024-cü il tarixdə kredit müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə uyğun olaraq tərəflər arasında razılaşma imzalanmış, cavabdehə 35 ay müddətinə illik 24 faiz olmaqla 300 manat və eyni tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 18,9 faiz olmaqla 3000 manat məbləğində kredit verilmişdir. Lakin, Cavabdeh borcunu banka ödəməkdən yayınmış, beləliklə də BPM**********02 nömrəli xx.xx.2024cü il tarixli kredit müqaviləsinə əsasən 286,62 manat əsas, 47,71 manat faiz və BPM**********02 nömrəli xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən 2937,43 manat əsas, 570,6 manat faiz borcu yaranmışdır. Ona görə də həmin məbləğin, habelə 58,43 manat ödənilmiş dövlət rüsumunun və 0,40 qəpik bank xidmət haqqının onlara verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 may 2024-cü il tarixli müqavilədən görünür ki, bankla Cavabdeh arasında müqavilə bağlanılmış, cavabdehə 35 ay müddətinə illik 24 faiz olmaqla 300 manat və eyni tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 18,9 faiz olmaqla 3000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh banka BPM**********02 nömrəli xx.xx.2024cü il tarixli kredit müqaviləsinə əsasən 286,62 manat əsas, 47,71 manat faiz və BPM**********02 nömrəli xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən 2937,43 manat əsas, 570,6 manat faiz borcu vardır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 58,43 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış müqaviləyə əsasən iddiaçı banka olan borc cavabdehdən alınaraq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 58,43 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh BPM**********02 nömrəli xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən 286,62 manat əsas, 47,71 manat faiz və BPM**********02 nömrəli xx.xx.2024cü il tarixli kredit müqaviləsinə əsasən 2937,43 manat əsas, 570,6 manat faiz borcu, 58,43 manat məbləğində ödənilmiş dövlət rüsumu və 0,40 qəpik bank xidmət haqqının tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar