Məhkəmə qərarları › İş №e-2(017)-2192/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-2192/2024

25.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-2192/2024 25.11.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 24 avqust 2023-cü il tarixli, BRCB3194491B299 saylı elektron kredit müqaviləsinə əsasən 1375,04 manat əsas borc, 260,59 manat faiz borcu, cəmi 1635,63 manat borc və ödənilmiş 36,36 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında elektron qaydada bağlanmış 24 avqust 2023-cü il tarixli, BRCB3194491B299 saylı elektron kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdein kartına 59 ay müddətinə, illik 30 % olmaqla, 1500 manat məbləğində pul mədaxil edilmişdir. Elektron kredit müqaviləsinə əsasən Cavabdeh ödəməli olduğu krediti və ona hesablanmış faizləri banka ödəməkdən yayınaraq üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə və bildirişlər göndərilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayınmışdır. 10 oktyabr 2024-cü il tarixə cavabdehin iddiaçıya 24 avqust 2023-cü il tarixli, BRCB3194491B299 saylı elektron kredit müqaviləsinə əsasən 1375,04 manat əsas borc, 260,59 manat faiz borcu, cəmi 1635,63 manat borcu vardır. Ona görə də, cavabdeh 24 avqust 2023-cü il tarixli, BRCB3194491B299 saylı elektron kredit müqaviləsinə əsasən 1375,04 manat əsas borc, 260,59 manat faiz borcu, cəmi 1635,63 manat borc və ödənilmiş 36,36 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin, cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 24 avqust 2023-cü il tarixli, BRCB3194491B299 saylı elektron kredit müqaviləsindən görünür ki, bu müqavilə illik 59 ay müddətinə, illik 30 % olmaqla, 1500 manat məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 16 oktyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın 10 oktyabr 2024-cü il tarixə cavabdehin iddiaçıya 24 avqust 2023-cü il tarixli, BRCB3194491B299 saylı elektron kredit müqaviləsinə əsasən 1375,04 manat əsas borc, 260,59 manat faiz borcu, cəmi 1635,63 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 24 avqust 2023-cü il tarixli, BRCB3194491B299 saylı elektron kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdein kartına 59 ay müddətinə, illik 30 % olmaqla, 1500 manat məbləğində pul mədaxil edilmişdir. Elektron kredit müqaviləsinə əsasən Cavabdeh ödəməli olduğu krediti və ona hesablanmış faizləri banka ödəməkdən yayınaraq üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə və bildirişlər göndərilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayınmışdır. 10 oktyabr 2024-cü il tarixə cavabdehin iddiaçıya 24 avqust 2023-cü il tarixli, BRCB3194491B299 saylı elektron kredit müqaviləsinə əsasən 1375,04 manat əsas borc, 260,59 manat faiz borcu, cəmi 1635,63 manat borcu vardır. Ona görə də, cavabdeh 24 avqust 2023-cü il tarixli, BRCB3194491B299 saylı elektron kredit müqaviləsinə əsasən 1375,04 manat əsas borc, 260,59 manat faiz borcu, cəmi 1635,63 manat borcu yaranmışdır. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 24 avqust 2023-cü il tarixli, BRCB3194491B299 saylı elektron kredit müqaviləsinə əsasən 1375,04 manat əsas borc, 260,59 manat faiz borcu, cəmi 1635,63 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 24 avqust 2023-cü il tarixli, BRCB3194491B299 saylı elektron kredit müqaviləsinə əsasən 1375,04 manat əsas borc, 260,59 manat faiz borcu, cəmi 1635,63 manat borcu vardır. Ona görə də, cavabdeh 24 avqust 2023-cü il tarixli, BRCB3194491B299 saylı elektron kredit müqaviləsinə əsasən 1375,04 manat əsas borc, 260,59 manat faiz borcu, cəmi 1635,63 manat borc alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş 10 oktyabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 36,36 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 36,36 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1375,04 manat əsas borc, 260,59 manat faiz borcu və ödənilmiş 36,36 manat dövlət rüsumu, cəmi 1671 (bir min altı yüz yetmiş bir) manat 99 (doxsan doqquz) qəpik alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar