Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-2260/2024 02.12.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 25 avqust 2023-cü il tarixli, 142-EMB-0782-23 nömrəli kredit müqaviləsinə əsasən 326,34 manat əsas borc, 48,95 manat cərimə və ödənilmiş 30,40 manat dövlət rüsumu, cəmi 405,69 manat tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia qaldırmışdır. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçı arasında bağlanmış 25 avqust 2023-cü il tarixli, 142-EMB-0782-23 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 19 ay müddətinə 395 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh ödəməli olduğu krediti və ona hesablanmış faizləri banka ödəməkdən yayınaraq üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə və bildirişlər göndərilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayınmışdır. 03 oktyabr 2024-cü il tarixə cavabdehin iddiaçıya 25 avqust 2023-cü il tarixli, 142-EMB-0782-23 nömrəli kredit müqaviləsinə əsasən 326,34 manat əsas borc, 48,95 manat cərimə, cəmi 375,29 manat məbləğində borcu vardır. Ona görə də, cavabdeh 25 avqust 2023-cü il tarixli, 142-EMB-0782-23 nömrəli kredit müqaviləsinə əsasən 326,34 manat əsas borc, 48,95 manat cərimə, cəmi 375,29 manat məbləğində borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin, cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 25 avqust 2023-cü il tarixli, 142-EMB-0782-23 nömrəli kredit müqaviləsindən görünür ki, bu müqavilə illik 19 ay müddətinə 395 manat məbləğində kreditin verilməsi ilə əlaqədar "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 03 oktyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 14 mart 2024-cü tarixə "xxxx" Qapalı Səhmdar Cəmiyyətnəi 25 avqust 2023-cü il tarixli, 142-EMB-0782-23 nömrəli kredit müqaviləsinə əsasən 326,34 manat əsas borc, 48,95 manat cərimə, cəmi 375,29 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 25 avqust 2023-cü il tarixli, 142-EMB- 0782-23 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 19 ay müddətinə 395 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh ödəməli olduğu krediti və ona hesablanmış faizləri banka ödəməkdən yayınaraq üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə və bildirişlər göndərilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayınmışdır. 03 oktyabr 2024-cü il tarixə cavabdehin iddiaçıya 25 avqust 2023-cü il tarixli, 142-EMB-0782-23 nömrəli kredit müqaviləsinə əsasən 326,34 manat əsas borc, 48,95 manat cərimə, cəmi 375,29 manat məbləğində borcu vardır. Ona görə də, cavabdeh 25 avqust 2023-cü il tarixli, 142-EMB- 0782-23 nömrəli kredit müqaviləsinə əsasən 326,34 manat əsas borc, 48,95 manat cərimə, cəmi 375,29 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Lakin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 5 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 25 avqust 2023-cü il tarixli, 142-EMB-0782-23 nömrəli kredit müqaviləsinə əsasən 326,34 manat əsas borc, 5 manat cərimə, cəmi 331,34 manat borc alınaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş 09 oktyabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 30,40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 326,34 manat əsas borc, 5 manat cərimə və ödənilmiş 30,40 manat dövlət rüsumu, cəmi 361 (üç yüz altmış bir) manat 74 (yetmiş dörd) qəpik alınaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №e-2(017)-2260/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-2260/2024
02.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver