Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-2331/2023 27.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı “Finca Azerbaijan” MM QBKT Cavabdeh qarşı kredit borcunun tutulması tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı “Finca Azerbaijan” MM QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 30 avqust 2022-ci il tarixli, **********7621 nömrəli kredit müqaviləsinə əsasən 1432 əsas borc, 322 manat faiz borcu, 131,57 manat cərimə olmaqla, cəmi 1885,57 manat və ödənilmiş 38,86 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia qaldırmışdır. İddiaçı “Finca Azerbaijan” MM QBKT tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə bağlanmış 30 avqust 2022-ci il tarixli, **********7621 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə illik 28 % olmaqla 1500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh ödəməli olduğu krediti və ona hesablanmış faizləri banka ödəməkdən yayınaraq üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə və bildirişlər göndərilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayınmışdır. xx.xx.2023-cü il tarixə cavabdehin 30 avqust 2022-ci il tarixli, **********7621 nömrəli kredit müqaviləsinə əsasən 1432 əsas borc, 322 manat faiz borcu, 131,57 manat cərimə olmaqla, cəmi 1885,57 manat borcu vardır. Ona görə də, cavabdehdən 30 avqust 2022-ci il tarixli, **********7621 nömrəli kredit müqaviləsinə əsasən 1432 əsas borc, 322 manat faiz borcu, 131,57 manat cərimə olmaqla, cəmi 1885,57 manat borcun və ödənilmiş 55,15 manat dövlət rüsumunun tutularaq iddiaçı Finca Azerbaijan MM QBKT-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin, cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 30 avqust 2022-ci il tarixli, **********7621 nömrəli kredit müqaviləsindən görünür ki, bu müqavilə 18 ay müddətinə illik 28 % olmaqla 1500 manat məbləğində kreditin verilməsi ilə əlaqədar “Finca Azerbaijan” MM QBKT ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 06 iyun 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın “Finca Azerbaijan” MM QBKT-ya 30 avqust 2022-ci il tarixli, **********7621 nömrəli kredit xətti müqaviləsinə əsasən 1432 əsas borc, 322 manat faiz borcu, 131,57 manat cərimə olmaqla, cəmi 1885,57 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə iddiaçı “Finca Azerbaijan” MM QBKT arasında bağlanmış 30 avqust 2022-ci il tarixli, **********7621 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə illik 28 % olmaqla 1500 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh ödəməli olduğu krediti və ona hesablanmış faizləri banka ödəməkdən yayınaraq üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə və bildirişlər göndərilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayınmışdır. xx.xx.2023-cü il tarixə cavabdehin 30 avqust 2022-ci il tarixli, **********7621 nömrəli kredit müqaviləsinə əsasən 1432 əsas borc, 322 manat faiz borcu, 131,57 manat cərimə olmaqla, cəmi 1885,57 manat borcu vardır. Ona görə də, cavabdehdən 30 avqust 2022-ci il tarixli, **********7621 nömrəli kredit müqaviləsinə əsasən 1432 əsas borc, 322 manat faiz borcu, 131,57 manat cərimə olmaqla, cəmi 1885,57 manat manat borcu yaranmışdır. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, iddiaçı “Finca Azerbaijan” MM QBKT Cavabdeh 30 avqust 2022-ci il tarixli, **********7621 nömrəli kredit müqaviləsinə əsasən 1432 əsas borc, 322 manat faiz borcu, 131,57 manat cərimə olmaqla, cəmi 1885,57 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə cavabdehdən tələb olunan dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 20 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 30 avqust 2022-ci il tarixli, **********7621 nömrəli kredit müqaviləsinə əsasən 1432 əsas borc, 322 manat faiz borcu, 20 manat cərimə olmaqla, cəmi 1774 manat borc alınaraq iddiaçı “Finca Azerbaijan” MM QBKT-ya ödənilməli və iidia qalan hissədə təmin edilməməlidir.. İş materiallarına əlavə edilmiş 13 iyun 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı “Finca Azerbaijan” MM QBKT tərəfindən 38,86 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 38,86 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 1432 əsas borc, 322 manat faiz borcu, 20 manat cərimə və ödənilmiş 38,86 manat dövlət rüsumu, cəmi 1812 (bir min səkkiz yüz on iki) manat 86 (səksən altı) qəpik alınaraq iddiaçı “Finca Azerbaijan” MM QBKT-a ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №e-2(017)-2331/2023
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-2331/2023
27.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver