Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № e-2(017)-2351/2023 30.11.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı MMC Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC məhkəməyə vəsatət təqdim edərək Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, eləcə də əvvəlcədən ödənilmiş 30 manat dövlət rüsumunun geri qaytarılmasını və iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı MMC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı MMC-yə qaytarılmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı MMC iddia ərizəsinin və sənədlərin geri qaytarılmasını tələb etdiyi üçün iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259.0.6, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı MMC -nin Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə İddiaçı MMC -nə qaytarılsın. Ödənilmiş 30 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı MMC-yə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətində Ağcabədi rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən :Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №e-2(017)-2351/2023
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(017)-2351/2023
30.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver