Məhkəmə qərarları › İş №e-2(017)-2352/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-2352/2023

14.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-2352/2023 14.12.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun girov predmetinə yönəldilməsi, girovun açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitdən borcun tutulması, əldə olunmuş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa qalan borcun cavabdehdən tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(017)-1557/2023 nömrəli qətnaməsinə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmiş, cəmi 3543,93 manat məbləğində borcun, həmçinin ödənilmiş 62,83 manat dövlət rüsumunun Cavabdeh məxsus olan İddiaçı ASC-nin “Yasamal” filalına saxlanca verilmiş, girov qoyulmuş: 1 ədəd, çəkisi 19,3 qram, 750 əyyarlı - sep-klon, 1 ədəd, çəkisi 6,6 qram, 750 əyyarlı – üzük, 1 ədəd, çəkisi 34,5 qram, 583 əyyarlı – komplekt, cəmi 60,4 qram çəkidə qızıl-zinət əşyalarına yönəldilməsi, həmin əşyaların açıq hərracda satılması və onun satışından əldə edilmiş vəsait hesabına Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(017)-1557/2023 nömrəli qətnaməsinə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmiş, cəmi 3543,93 manat məbləğində borcun və ödənilmiş 62,83 manat dövlət rüsumunun, həmçinin dövlət rüsumuna görə ödənilmiş 100 manat məbləğində pulun ödənilməsi, əldə olunmuş vəsait yetərli olmazsa qalan məbləğin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən illik 27,5 faiz dərəcəsi ilə 24 ay müddətinə 3720 manat məbləğində cavabdehə kredit verilmişdir. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, öhdəliklərin icrasından qərəzli olaraq yayınmışdır. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(017)-1557/2023 nömrəli qətnaməsinə əsasən Cavabdeh cəmi 3543,93 manat məbləğində borcun, həmçinin ödənilmiş 62,83 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan 60,4 qram çəkisi olan zinət əşyaları girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları 1 ədəd, çəkisi 19,3 qram, 750 əyyarlı - sep-klon, 1 ədəd, çəkisi 6,6 qram, 750 əyyarlı – üzük, 1 ədəd, çəkisi 34,5 qram, 583 əyyarlı – komplektdən ibarətdir. Girov müqaviləsinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən borclu girovla təmin edilmiş öhdəliyi icra etmədikdə kreditor (girovsaxlayan) borc tələbini girov predmetinə yönəldir. Girov müqaviləsinin şərtlərinə əsasən verilən kreditin təminatı kimi girov əmlakı olaraq 60,4 qram çəkidə qızıl-zinət əşyaları girov qoyulmuşdur. Ona görə də Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(017)-1557/2023 nömrəli qətnaməsinə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmiş, cəmi 3543,93 manat məbləğində borcun, həmçinin ödənilmiş 62,83 manat dövlət rüsumunun Cavabdeh məxsus olan İddiaçı ASC-nin “Yasamal” filalına saxlanca verilmiş, girov qoyulmuş: 1 ədəd, çəkisi 19,3 qram, 750 əyyarlı - sep-klon, 1 ədəd, çəkisi 6,6 qram, 750 əyyarlı – üzük, 1 ədəd, çəkisi 34,5 qram, 583 əyyarlı – komplekt, cəmi 60,4 qram çəkidə qızıl-zinət əşyalarına yönəldilməsi, həmin əşyaların açıq hərracda satılması və onun satışından əldə edilmiş vəsait hesabına Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(017)-1557/2023 nömrəli qətnaməsinə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmiş, cəmi 3543,93 manat məbləğində borcun, həmçinin ödənilmiş 62,83 manat dövlət rüsumunun və dövlət rüsumuna görə ödənilmiş 100 manat məbləğində pulun ödənilməsi, əldə olunmuş vəsait yetərli olmazsa qalan məbləğin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək onun iştirakı olmadan işə baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan qətnamənin surətindən görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(017)-1557/2023 nömrəli qətnaməsinə əsasən Cavabdeh cəmi 3543,93 manat məbləğində borcun, həmçinin ödənilmiş 62,83 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli girov müqaviləsindən və ona edilmiş eyni tarixli aktın surətindən görünür ki, Cavabdeh məxsus 60,4 qram çəkisi olan qızıl-zinət əşyaları girov qoyulmuşdur. Həmin əşyalar “girov saxlayanın” depozit seyfində saxlanılır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə mövcud sübutlara qiymət verərək bu qənaətə gəlir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən illik 27,5 faiz dərəcəsi ilə 24 ay müddətinə 3720 manat məbləğində cavabdehə kredit verilmişdir. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(017)-1557/2023 nömrəli qətnaməsinə əsasən Cavabdeh cəmi 3543,93 manat məbləğində borcun, həmçinin ödənilmiş 62,83 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Kreditin təminatı olaraq kreditorla borclu arasında xx.xx.2022-ci il tarixdə girov müqaviləsi bağlanmaqla, Cavabdeh məxsus 60,4 qram çəkisi olan zinət əşyaları girov qoyulmuşdur. Həmin əşyalar “girov saxlayanın” depozit seyfində saxlanılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnun digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında, kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.3-cü maddəsinə əsasən girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür. Azərbaycan Respublikasının MM-nin 270.1-ci maddəsinə əsasən girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikasının MM-nin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Azərbaycan Respublikasının MM-nin 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Azərbaycan Respublikasının MM-nin 298.2-ci maddəsinə əsasən əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli olan qanun normalarına uyğun qiymət verərək hesab edir ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(017)-1557/2023 nömrəli qətnaməsinə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmiş, cəmi 3543,93 manat məbləğində borcun, həmçinin ödənilmiş 62,83 manat dövlət rüsumunun Cavabdeh məxsus olan İddiaçı ASC-nin “Yasamal” filalına saxlanca verilmiş, girov qoyulmuş: 1 ədəd, çəkisi 19,3 qram, 750 əyyarlı - sep-klon, 1 ədəd, çəkisi 6,6 qram, 750 əyyarlı – üzük, 1 ədəd, çəkisi 34,5 qram, 583 əyyarlı – komplekt, cəmi 60,4 qram çəkidə qızıl-zinət əşyalarına yönəldilməli, həmin əşyalar açıq hərracda satılmalı və onun satışından əldə edilmiş vəsait hesabına Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(017)-1557/2023 nömrəli qətnaməsinə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmiş, cəmi 3543,93 manat məbləğində borcun, həmçinin ödənilmiş 62,83 manat dövlət rüsumunun və dövlət rüsumuna görə ödənilmiş 100 manat məbləğində pul ödənilməli, ödənişlər aparıldıqdan sonra artıq qalan məbləğ Cavabdeh qaytarılmalı, əldə olunmuş vəsait yetərli olmazsa qalan məbləğ cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin olunsun. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(017)-1557/2023 nömrəli qətnaməsinə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmiş, cəmi 3543,93 manat məbləğində borcun, həmçinin ödənilmiş 62,83 manat dövlət rüsumunun Cavabdeh məxsus olan İddiaçı ASC-nin “Yasamal” filalına saxlanca verilmiş, girov qoyulmuş: 1 ədəd, çəkisi 19,3 qram, 750 əyyarlı - sep-klon, 1 ədəd, çəkisi 6,6 qram, 750 əyyarlı – üzük, 1 ədəd, çəkisi 34,5 qram, 583 əyyarlı – komplekt, cəmi 60,4 qram çəkidə qızıl-zinət əşyalarına yönəldilsin. Həmin əşyalar açıq hərracda satılsın və onun satışından əldə edilmiş vəsait hesabına Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(017)-1557/2023 nömrəli qətnaməsinə əsasən Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmiş, cəmi 3543,93 manat məbləğində borc və ödənilmiş 62,83 manat dövlət rüsumu, həmçinin dövlət rüsumuna görə ödənilmiş 100 manat məbləğində pul ödənilsin. Ödənişlər aparıldıqdan sonra artıq qalan məbləğ Cavabdeh qaytarılsın. Əldə olunmuş vəsait borcun ödənilməsinə yetərli olmadıqda qalan məbləğ Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar