Məhkəmə qərarları › İş №e-2(017)-2355/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-2355/2023

01.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-2355/2023 01.12.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 21 mart 2020-ci il tarixli, WTCN-003719 saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 183 manat əsas borc, 15 manat cərimə olmaqla, cəmi 198 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 mart 2020-ci il tarixli, WTCN-003719 saylı nisyə alqısatqı müqaviləsinə əsasən cavabdeh aldığı 549 manat dəyərində olan “Huavei P smart” 9İMEİ **********12014) markalı mobil telefona görə ilkin ödəniş olmadan 549 manat pulu ödəniş cədvəlinə əsasən xx.xx.2020-ci il tarixdən başlayaraq hər ayın 21-dən gec olmayaraq ayda 46 manat olmaqla, iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə 366 manat ödəniş etmiş və qalıq 183 manat borcu ödəməkdən yayınmışdır. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış Faktorinq müqaviləsi və həmin faktoriq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı olan 549 manat məbləğindəki tələb hüququ “X1» Məhdud Məsuliyyətli Cəmiyyətinə keçmişdir. Eyni zamanda tələb hüququnun X1» Məhdud Məsuliyyətli Cəmiyyətinə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. “Ona görə də Cavabdeh 21 mart 2020-ci il tarixli, WTCN-003719 saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 183 manat əsas borc, 15 manat cərimə olmaqla, cəmi 198 manat borcun və və 30 manat ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 21 mart 2020-ci il tarixli, WTCN-003719 saylı nisyə alqı-satqı müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, satılmış 549 manat dəyərində olan “Huavei P smart” (İMEİ **********12014) markalı mobil telefona görə ilkin ödəniş olmadan 549 manat pulu ödəniş cədvəlinə əsasən xx.xx.2020-ci il tarixdən başlayaraq hər ayın 21dən gec olmayaraq ayda 46 manat olmaqla alınması ilə əlaqədar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. İşdə olan 11 iyul 2023-cü il tarixli faktorinq müqaviləsinin surətindən görünür ki, bu müqavilə İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış və həmin faktoriq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı olan 240 manat məbləğindəki tələb hüququ İddiaçı MMC-yə keçmişdir. İşdə olan 26 oktyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ümumilikdə 183 manat əsas borc, 15 manat cərimə olmaqla, cəmi 198 manat əsas borcu qalmışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənəşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. İş materialları araşdırılarkən müəyyən olundu ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 mart 2020-ci il tarixli, WTCN-003719 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı 549 manat dəyərində olan “Huavei P smart” 9İMEİ **********12014) markalı mobil telefona görə ilkin ödəniş olmadan 549 manat pulu ödəniş cədvəlinə əsasən xx.xx.2020-ci il tarixdən başlayaraq hər ayın 21-dən gec olmayaraq ayda 46 manat olmaqla, iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə 366 manat ödəniş etmiş və qalıq 183 manat borcu ödəməkdən yayınmışdır. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış Faktorinq müqaviləsi və həmin faktoriq müqaviləsinə əlavə olunan Sazişə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı olan 549 manat məbləğindəki tələb hüququ “X1» Məhdud Məsuliyyətli Cəmiyyətinə keçmişdir. Eyni zamanda tələb hüququnun X1» Məhdud Məsuliyyətli Cəmiyyətinə keçməsi barədə nisyə alqı-satqı müqaviləsi üzrə Alıcıya müvafiq bildiriş təqdim edilmişdir. “Ona görə də Cavabdeh 21 mart 2020-ci il tarixli, WTCN-003719 saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 183 manat əsas borc, 15 manat cərimə olmaqla, cəmi 198 manat borcun alınaraq manat borcun tutulmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı Cavabdeh 21 mart 2020-ci il tarixli, WTCN- 003719 saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 183 manat əsas borc, 15 manat cərimə olmaqla, cəmi 198 manat borcun alınmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 21 mart 2020-ci il tarixli, WTCN-003719 saylı müddətli nisyə alqı-satqı müqaviləsi üzrə 183 manat əsas borc, 15 manat cərimə olmaqla, cəmi 198 manat borc pul alınaraq İddiaçı MMC-yə ödənilməlidir. İşdə olan 26 oktyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 183 manat əsas borc, 15 manat cərimə və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 228 (iki yüz iyirmi səkkiz) manat pul alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar