Məhkəmə qərarları › İş №e-2(017)-2379/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-2379/2023

01.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-2379/2023 01.12.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 31 iyul 2019-cu il tarixli, 41/0719-023 nömrəli kredit restruktuizasiya müqaviləsinə əsasən 418,80 manat əsas borc, 7,75 manat faiz borcu, 54 manat penya borcu, 375 manat əldən çəxməş fayda, Azərbaycan Respublikasınən Mərkəzi Bankının uçot dərəcəsinə əsasən 2021-2022-2023-cü illər üçün 99 manat, cəmi 954,55 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 31 iyul 2019-cu il tarixli, 41/0719-023 nömrəli kredit restruktuizasiya müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 1% olmaqla 428,46 manat məbləğində kredit verilmişdir. Kredit restruktuizasiya müqaviləsinə və kredit müqaviləsinə əsasən Cavabdeh ödəməli olduğu krediti və ona hesablanmış faizləri banka ödəməkdən yayınaraq üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə və bildirişlər göndərilməsinə baxmayaraq cavabdeh kredit restruktuizasiya müqaviləsi və kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayınmışdır. Cavabdeh 31 iyul 2019-cu il tarixli, 41/0719-023 nömrəli kredit restruktuizasiya müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdə 10 manat ödəniş etmişdir. Ona görə də, Cavabdeh 31 iyul 2019-cu il tarixli, 41/0719-023 nömrəli kredit restruktuizasiya müqaviləsinə əsasən 418,80 manat əsas borc, 7,75 manat faiz borcu, 54 manat penya borcu, 375 manat əldən çəxməş fayda, Azərbaycan Respublikasınən Mərkəzi Bankının uçot dərəcəsinə əsasən 2021-2022-2023-cü illər üçün 99 manat, cəmi 954,55 manat manat borc və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin, cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 31 iyul 2019-cu il tarixli, 41/0719-023 nömrəli kredit müqaviləsindən görünür ki, bu müqavilə illik 60 ay müddətinə illik 1 % olmaqla 428,46 məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 27 may 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə 31 iyul 2019-cu il tarixli, 41/0719-023 nömrəli kredit restruktuizasiya müqaviləsinə əsasən 418,80 manat əsas borc, 7,75 manat faiz borcu, 54 manat penya borcu, 375 manat əldən çəxməş fayda, Azərbaycan Respublikasınən Mərkəzi Bankının uçot dərəcəsinə əsasən 2021-2022-2023-cü illər üçün 99 manat, cəmi 954,55 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti arasında bağlanmış 31 iyul 2019-cu il tarixli, 41/0719-023 nömrəli kredit restruktuizasiya müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 60 ay müddətinə illik 1% olmaqla 428,46 manat məbləğində kredit verilmişdir. Kredit restruktuizasiya müqaviləsinə və kredit müqaviləsinə əsasən Cavabdeh ödəməli olduğu krediti və ona hesablanmış faizləri banka ödəməkdən yayınaraq üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə və bildirişlər göndərilməsinə baxmayaraq cavabdeh kredit restruktuizasiya müqaviləsi və kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayınmışdır. Cavabdeh 31 iyul 2019-cu il tarixli, 41/0719-023 nömrəli kredit restruktuizasiya müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdə 10 manat ödəniş etmişdir. Ona görə də, Cavabdeh 31 iyul 2019-cu il tarixli, 41/0719-023 nömrəli kredit restruktuizasiya müqaviləsinə əsasən 418,80 manat əsas borc, 7,75 manat faiz borcu, 54 manat penya borcu, 375 manat əldən çəxməş fayda, Azərbaycan Respublikasınən Mərkəzi Bankının uçot dərəcəsinə əsasən 2021-2022-2023-cü illər üçün 99 manat, cəmi 954,55 manat borcu yaranmışdır. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti Cavabdeh 418,80 manat əsas borc, 7,75 manat faiz borcu, 54 manat penya borcu, 375 manat əldən çəxməş fayda, Azərbaycan Respublikasınən Mərkəzi Bankının uçot dərəcəsinə əsasən 2021-2022-2023-cü illər üçün 99 manat, cəmi 954,55 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan 54 manat məbləğində peniya pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 14 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 31 iyul 2019-cu il tarixli, 41/0719-023 nömrəli kredit restruktuizasiya müqaviləsinə əsasən 418,80 manat əsas borc, 7,75 manat faiz borcu, 14 manat penya borcu, 375 manat əldən çəxməş fayda, Azərbaycan Respublikasınən Mərkəzi Bankının uçot dərəcəsinə əsasən 2021-2022-2023-cü illər üçün 99 manat, cəmi 914,55 manat borc alınaraq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş 03 avqust 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 418,80 manat əsas borc, 7,75 manat faiz borcu, 14 manat penya borcu, 375 manat əldən çəxməş fayda, Azərbaycan Respublikasınən Mərkəzi Bankının uçot dərəcəsinə əsasən 2021-2022-2023-cü illər üçün 99 manat və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 944 (doqquz yüz qırx dörd) manat 55 (əlli beş) qəpik alınaraq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar