Məhkəmə qərarları › İş №e-2(017)-2535/2023

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-2535/2023

26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-2535/2023 26.12.2023 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedici Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kredit borcunun tutulması tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedici Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 364,95 manat əsas borc, 5,65 manat faiz borcu, 2,68 manat cərimə borcu və 52,40 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-ci il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz borcu, cəmi 425,68 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedici Əmanətlərin Sığortalanması Fondu tələbini onunla əsaslandırmışdır ki, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 06 dekabr 2019cu il tarixli, LM121900205 nömrəli kredit müqaviləsinə əsasən ləğv prosesində olan İddiaçı Açıq Səhmdar tərəfindən cavabdehə 12 ay müddətinə illik 1 % olmaqla 511,60 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə və kredit müqaviləsinə əsasən Cavabdeh ödəməli olduğu krediti və ona hesablanmış faizləri banka ödəməkdən yayınaraq üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə və bildirişlər göndərilməsinə baxmayaraq cavabdeh kredit restruktuizasiya müqaviləsi və kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayınmışdır. Ona görə də, Cavabdeh 06 dekabr 2019-cu il tarixli, LM121900205 nömrəli kredit müqaviləsinə əsasən 364,95 manat əsas borc, 5,65 manat faiz borcu, 2,68 manat cərimə borcu və 52,40 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-ci il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz borcu, cəmi 425,68 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedici Əmanətlərin Sığortalanması Fondunun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin, cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 06 dekabr 2019-cu il tarixli, LM121900205 nömrəli kredit müqaviləsindən görünür ki, bu müqavilə 12 ay müddətinə illik 1 % olmaqla 511,60 məbləğində kreditin verilməsi ilə əlaqədar Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 26 oktyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 06 dekabr 2019-cu il tarixli, LM121900205 nömrəli kredit müqaviləsinə əsasən 364,95 manat əsas borc, 5,65 manat faiz borcu, 2,68 manat cərimə borcu və 52,40 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-ci il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz borcu, cəmi 425,68 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 06 dekabr 2019-cu il tarixli, LM121900205 nömrəli kredit müqaviləsinə əsasən ləğv prosesində olan İddiaçı Açıq Səhmdar tərəfindən cavabdehə 12 ay müddətinə illik 1 % olmaqla 511,60 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə və kredit müqaviləsinə əsasən Cavabdeh ödəməli olduğu krediti və ona hesablanmış faizləri banka ödəməkdən yayınaraq üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə və bildirişlər göndərilməsinə baxmayaraq cavabdeh kredit restruktuizasiya müqaviləsi və kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayınmışdır. Ona görə də, Cavabdeh 06 dekabr 2019-cu il tarixli, LM121900205 nömrəli kredit müqaviləsinə əsasən 364,95 manat əsas borc, 5,65 manat faiz borcu, 2,68 manat cərimə borcu və 52,40 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-ci il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz borcu, cəmi 425,68 manat borcu yaranmışdır. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 364,95 manat əsas borc, 5,65 manat faiz borcu, 2,68 manat cərimə borcu və 52,40 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-ci il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq), cəmi 425,68 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 06 dekabr 2019-cu il tarixli, LM121900205 nömrəli kredit müqaviləsinə əsasən 364,95 manat əsas borc, 5,65 manat faiz borcu, 2,68 manat cərimə borcu və 52,40 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-ci il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz borcu, cəmi 425,68 manat borc alınaraq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ləğvedici Əmanətlərin Sığortalanması Fonduna ödənilməlidir. İş materiallarına əlavə edilmiş 17 noyabr 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 364,95 manat əsas borc, 5,65 manat faiz borcu, 2,68 manat cərimə borcu və 52,40 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-ci il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 455 (doqquz yüz əlli beş) manat 68 (altmış səkkiz) qəpik alınaraq iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar