Məhkəmə qərarları › İş №e-2(017)-2599/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-2599/2025

09.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-2599/2025 09.10.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi ilə, İddiaçı MMM QBKT-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borcun qaytarılması tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı MMM QBKT cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 11 oktyabr 2019-cu il tarixli, **********0652 saylı kredit müqaviləsi üzrə 83,17 manat əsas borc, 0,01 manat faiz borcu, cəmi 83,18 manat, 11 oktyabr 2019-cu il tarixli, **********0662 saylı kredit müqaviləsi üzrə 710,19 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMM QBKT ərizəni onunla əsaslandırmışdır ki, İddiaçı MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış 11 oktyabr 2019-cu il tarixli, **********0652 saylı kredit müqaviləsi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 201,93 manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmçinin 11 oktyabr 2019-cu il tarixli, **********0662 saylı kredit müqaviləsi Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 970,06 manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir.Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə iddiaçı ilə Cavabdeh1 arasında 11 oktyabr 2019-cu il tarixli, **********0652 – ******* saylı və 11 oktyabr 2019-cu il tarixli, **********0662 – ******* saylı zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Lakin cavabdehlər kredit və zaminlik müqavilələrinin şərtlərinə əməl etməyərək öhdəliklərini tam yerinə yetirməmişdir. Hal hazırda onların iddiaçıya 11 oktyabr 2019-cu il tarixli, **********0652 saylı kredit müqaviləsi üzrə 83,17 manat əsas borc, 0,01 manat faiz borcu, cəmi 83,18 manat, 11 oktyabr 2019cu il tarixli, **********0662 saylı kredit müqaviləsi üzrə 710,19 manat borcu yaranmışdır. Ona görə də, tərəflər arasında bağlanmış 11 oktyabr 2019-cu il tarixli, **********0652 saylı kredit müqaviləsi üzrə 83,17 manat əsas borc, 0,01 manat faiz borcu, cəmi 83,18 manat, 11 oktyabr 2019-cu il tarixli, **********0662 saylı kredit müqaviləsi üzrə 710,19 manat borcun və ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada alınıb İddiaçı MMM QBKT-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları bildirilmişdir. Lakin cavabdehlərdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 11 oktyabr 2019-cu il tarixli, **********0652 saylı kredit müqaviləsindən və ona 1 saylı əlavədən görünür ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında /iziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən,Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 201,93 manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. İşdə olan 11 oktyabr 2019-cu il tarixli, **********0662 saylı kredit müqaviləsindən və ona 1 saylı əlavədən görünür ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında /iziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən,Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 970,06 manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. İşdə olan İddiaçı MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 11 oktyabr 2019cu il tarixli, **********0652 – ******* saylı və 11 oktyabr 2019-cu il tarixli, **********0662 – ******* saylı zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İşdə olan 18 iyul 2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehlərin İddiaçı MMM QBKT-yə 11 oktyabr 2019-cu il tarixli, **********0652 saylı kredit müqaviləsi üzrə 83,17 manat əsas borc, 0,01 manat faiz borcu, cəmi 83,18 manat, 11 oktyabr 2019cu il tarixli, **********0662 saylı kredit müqaviləsi üzrə 710,19 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış 11 oktyabr 2019-cu il tarixli, **********0652 saylı kredit müqaviləsi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqında” Fərmanın 6-cı maddəsinə uyğun olaraq güzəştli Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 201,93 manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Həmçinin 11 oktyabr 2019-cu il tarixli, **********0662 saylı kredit müqaviləsi Kredit (Restrukturizasiya) Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Kredit Alanın vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 970,06 manat qalıq məbləği illik 1% faiz dərəcəsi olmaqla və 1 il güzəşt müddəti müəyyən edilməklə 5 il müddətinə vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir.Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə iddiaçı ilə Cavabdeh1 arasında 11 oktyabr 2019-cu il tarixli, **********0652 – ******* saylı və 11 oktyabr 2019-cu il tarixli, **********0662 – ******* saylı zaminlik müqavilələri bağlanmış və həmin müqavilələrə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Lakin cavabdehlər kredit və zaminlik müqavilələrinin şərtlərinə əməl etməyərək öhdəliklərini tam yerinə yetirməmişdir. Hal hazırda onların iddiaçıya 11 oktyabr 2019-cu il tarixli, **********0652 saylı kredit müqaviləsi üzrə 83,17 manat əsas borc, 0,01 manat faiz borcu, cəmi 83,18 manat, 11 oktyabr 2019cu il tarixli, **********0662 saylı kredit müqaviləsi üzrə 710,19 manat borcu yaranmışdır. Ona görə də, tərəflər arasında bağlanmış 11 oktyabr 2019-cu il tarixli, **********0652 saylı kredit müqaviləsi üzrə 83,17 manat əsas borc, 0,01 manat faiz borcu, cəmi 83,18 manat, 11 oktyabr 2019-cu il tarixli, **********0662 saylı kredit müqaviləsi üzrə 710,19 manat borcun borcun alınmasını tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 11 oktyabr 2019-cu il tarixli, **********0652 saylı kredit müqaviləsi üzrə 83,17 manat əsas borc, 0,01 manat faiz borcu, cəmi 83,18 manat, 11 oktyabr 2019-cu il tarixli, **********0662 saylı kredit müqaviləsi üzrə 710,19 manat müştərək qaydada alınıb İddiaçı MMM QBKT-nin xeyrinə ödənilməlidir. İşdə olan 07 avqust 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMM QBKT tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 11 oktyabr 2019-cu il tarixli, **********0652 saylı kredit müqaviləsi üzrə 83,17 manat əsas borc, 0,01 manat faiz borcu, 11 oktyabr 2019-cu il tarixli, **********0662 saylı kredit müqaviləsi üzrə 710,19 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 823 (səkkiz yüz iyirmi üç) manat 37 (otuz yeddi) qəpik alınıb İddiaçı MMM QBKT-yə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar