Məhkəmə qərarları › İş №e-2(017)-2676/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-2676/2025

24.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-2676/2025 24.12.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı 5000 manat məbləğində sığorta ödənişi və 70 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 5070 manat subroqasiya qaydasında pul tələbinə dair məhkəmədə iddia qaldırmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 16 avqust 2023-cü il tarixində Cavabdeh idarə etdiyi “Vaz 21214” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobil Ağdam rayonu ərazisində yol nəqliyyat hadisəsi törətmiş, nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanan “BMW 528İ” markalı, ** KR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurmuşdur. Belə ki, qeyd olunan hadisə ilə bağlı tərtib olunan qərara əsasən “Vaz 21214” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobili idarə etmək hüququ olmadan idarə etmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə 5000 manat məbləğində maddi zərər dəymişdir. 29 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası Mərkəzi X4 tərəfindən “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda”nın təsdiq edilməsi barədə qərar qəbul edilmişdir. Bu qaydalara əsasən hesablaşma zərərçəkənin sığortaçısı ilə zərərvuranın sığortaçısının arasında həyata keçirilir. Bu hesablaşmaların həyata keçirilməsi məqsədilə İcbari Sığorta Bürosu tərəfindən hesablaşma bankında açılan və iştirakçılar tərəfindən vəsaitlərin ödənildiyi bank hesabı xüsusi hesab mövcuddur. Beləliklə, "xxxx" ASC qeyd edilən yol nəqliyyatı hadisəsində zərər vuran tərəfin sığortaçısı olduğu üçün zərərçəkən tərəfin sığortaçısı olan "xxxx" ASCnin hesabına 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Ona görə də Cavabdeh 5000 manat məbləğində sığorta ödənişinin və 70 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 5070 manat pulun alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ünvanladığı ərizəsində iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh pul tələbinə dair iddiasını müdafiə etdiyini və işə onun iştirakı olmadan baxılaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh heç bir üzürlü səbəb olmadan məhkəmənin iclasında iştirak etmir və məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş şəhadətnamənin təfsilatından görünür ki, sığortalı X1 “VAZ 21214” markalı 9-BN-340 dövlət qeydiyyat nişanlı avtomobili sığortaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətində 29 mart 2023-cü il tarixdən 129 mart 2024-cü il tarixədək PME********** saylı sığorta şəhadətnaməsi əsasında sığortalamışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Cavabdeh 16 avqust 2023-cü il tarixində sürücülük hüququ olmadan idarə etdiyi “Vaz 21214” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonu ərazisində hərəkətdə olarkən “BMW 528İ” markalı, ** KR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 13 noyabr 2023-cü il tarixli, CLM**********58 saylı sığorta aktından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X1 arasında 29 mart 2023-cü il tarixdə PME********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21214” markalı 9-BN-340 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi 29 mart 2023-cü il tarixdən 29 mart 2024-cü il tarixədək sığorta şəhadətnaməsi əsasında sığortalanmışdır. 16 avqust 2023-cü il tarixdə Ağdam rayonu ərazisində sığorta hadisəsi baş vermişdir. Dəymiş zərərin məbləği 8000 manat, yekun sığorta ödənişinin məbləği 5000 manat təşkil etmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Ağdam rayon X3 X5 21 oktyabr 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, 16 avqust 2023-cü il tarixdə Ağdam rayonu ərazisində Cavabdeh sürücülük hüququ olmadan idarə etdiyi “VAZ 21214” markalı 9-BN-340 dövlət qeydiyyat nişanlı avtomobillə “BMW 528İ” markalı, ** KR *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsinə görə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.4-cü maddələri ilə təqsirli bilinmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş ödəniş tapşırığından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 13 noyabr 2023-cü il tarixli, CLM**********58 saylı sığorta aktına əsasən PME********** saylı sığorta şəhadətnaməsi üzrə 5000 manat sığorta ödənişi köçürülmüşdür Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə isə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən sığortaçının mülki məsuliyyətinin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında yaranır. “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 37-ci maddəsinə (reqres tələbi hüququ) əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 8.1-ci və 9.1-ci maddələrində isə qeyd edilir ki, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. İş materialları araşdırılarkən müəyyən olundu ki, avtonəliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi ilə “VAZ 21214” markalı 9-BN-340 dövlət qeydiyyat nişanlı avtomobilin sahibinin mülki məsuliyyəti iddiaçı tərəfindən sığortalanmış, sığorta müqaviləsinin müddəti 29 mart 2023-cü il tarixdən 29 mart 2024-cü il tarixədək müəyyən edilmişdir. Sığorta müddətində (16 avqust 2023-cü il tarixdə Ağdam rayon ərazisi) Cavabdeh həmin avtomobili nəqliyyat vasitələrini sürücülük hüququ olmadan idarə edərkən “BMW 528İ” markalı, ** KR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə həmin avtomobilə maddi ziyan dəymişdir. Yol nəqliyyat hadisəsinin Cavabdeh təqsiri üzündən baş verməsi Ağdam rayon X3 X5 21 oktyabr 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolu ilə təsdiq olunmuşdur. Dəymiş maddi ziyana görə 5000 manat sığorta məbləği "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyəta keçirilmişdir. “Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.3cü maddəsinə əsasən iddiaçının (sığortaçının) mülki məsuliyyətin icbari sığortası üzrə subroqasiya hüququ yarandığından Cavabdeh 5000 manat məbləğində verilmiş sığorta ödənişini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə iştirak edən tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşdə olan 26 avqust 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən70 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 70 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək subroqasiya qaydasında Cavabdeh 5000 manat sığorta ödənişi və 70 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Yuxarəda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat sığorta ödənişi və 70 manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar