Məhkəmə qərarları › İş №e-2(017)-2680/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-2680/2025

17.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-2680/2025 17.10.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması və tutmanın girov predmetinə yönəldilməsi tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 22 oktyabr 2024-cü il tarixli, AGLMB-07910 saylı kredit müqaviləsi üzrə 2983,17 manat əsas borc, 230,75 manat məbləğində faiz borcu, cəmi 3213,92 manat pul və ödənilmiş 53,80 manat dövlət rüsumunun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş Kolye (qırıq) -1 ədəd,çəkisi – 13 qr,əyarı – 585, Sep+Qolbağı -2 ədəd,çəkisi – 21,97 qr,əyarı – 585, Kişi üzüyü+üzüklər (əyilib) -3 ədəd,çəkisi – 13,5 qr,əyarı – 585. Cəmi: 48,47 qr ibarət qızıl-zinət əşyalarına yönəldilməsi, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 22 oktyabr 2024-cü il tarixli, AGLMB-07910 saylı kredit müqaviləsi üzrə 2983,17 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 230,75 manat məbləğində faiz borcu və 0 manat məbləğində dəbbə borcu, cəmi 3213,92 manat borcun və ödənilmiş 53,80 manat dövlət rüsumunun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 22 oktyabr 2024-cü il tarixli, AGLMB-07910 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialı ilə Cavabdeh arasında bağlanmış 22 oktyabr 2024cü il tarixli, AGLMB-07910 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 28 % olmaqla 18 ay müddətinə 3855 manat məbləğində kredit verilmişdir. 22 oktyabr 2024-cü il tarixli, AGLMB-07910 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Cavabdeh 22 oktyabr 2024-cü il tarixli, AGLMB-07910 saylı kredit müqaviləsi üzrə 2983,17 manat əsas borc, 230,75 manat məbləğində faiz borcu, cəmi 3213,92 manat borcu vardır. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan Kolye (qırıq) -1 ədəd,çəkisi – 13 qr,əyarı – 585, Sep+Qolbağı -2 ədəd,çəkisi – 21,97 qr,əyarı – 585, Kişi üzüyü+üzüklər (əyilib) -3 ədəd,çəkisi – 13,5 qr,əyarı – 585. Cəmi: 48,47 qr ibarət qızıl-zinət əşyaları 22 oktyabr 2024-cü il tarixli, AGLMB-07910 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları 22 oktyabr 2024-cü il tarixli təhvil-təslim aktına əsasən İddiaçı ASC-nin Ağcabədi filialına saxlanca verilmişdir. Ona görə də, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 22 oktyabr 2024-cü il tarixli, AGLMB-07910 saylı kredit müqaviləsi üzrə 2983,17 manat əsas borc, 230,75 manat məbləğində faiz borcu, cəmi 3213,92 manat pul və ödənilmiş 53,80 manat dövlət rüsumunun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş Kolye (qırıq) -1 ədəd,çəkisi – 13 qr,əyarı – 585, Sep+Qolbağı -2 ədəd,çəkisi – 21,97 qr,əyarı – 585, Kişi üzüyü+üzüklər (əyilib) -3 ədəd,çəkisi – 13,5 qr,əyarı – 585. Cəmi: 48,47 qr ibarət qızıl-zinət əşyalarına yönəldilməsi, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 22 oktyabr 2024-cü il tarixli, AGLMB-07910 saylı kredit müqaviləsi üzrə 2983,17 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 230,75 manat məbləğində faiz borcu və 0 manat məbləğində dəbbə borcu, cəmi 3213,92 manat borcun və ödənilmiş 53,80 manat dövlət rüsumunun ödənilməsi, girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan 22 oktyabr 2024-cü il tarixli, AGLMB-07910 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin, cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 22 oktyabr 2024-cü il tarixli, AGLMB-07910 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə illik faiz dərəcəsi 28 % olmaqla 18 ay müddətinə 3855 manat məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 22 oktyabr 2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, 22 oktyabr 2024-cü il tarixli, AGLMB-07910 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan Kolye (qırıq) -1 ədəd,çəkisi – 13 qr,əyarı – 585, Sep+Qolbağı -2 ədəd,çəkisi – 21,97 qr,əyarı – 585, Kişi üzüyü+üzüklər (əyilib) -3 ədəd,çəkisi – 13,5 qr,əyarı – 585. Cəmi: 48,47 qr ibarət qızıl-zinət əşyaları banka girov qoyulmuşdur. İşdə olan 04 fevral 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 22 oktyabr 2024-cü il tarixli, AGLMB-07910 saylı kredit müqaviləsinə əsasən 2983,17 manat əsas borc, 230,75 manat məbləğində faiz borcu, cəmi 3213,92 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialı ilə Cavabdeh arasında bağlanmış 22 oktyabr 2024-cü il tarixli, AGLMB-07910 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 28 % olmaqla 18 ay müddətinə 3855 manat məbləğində kredit verilmişdir. 22 oktyabr 2024-cü il tarixli, AGLMB-07910 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Cavabdeh 22 oktyabr 2024-cü il tarixli, AGLMB-07910 saylı kredit müqaviləsi üzrə 2983,17 manat əsas borc, 230,75 manat məbləğində faiz borcu, cəmi 3213,92 manat borcu vardır. Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan Kolye (qırıq) -1 ədəd,çəkisi – 13 qr,əyarı – 585, Sep+Qolbağı -2 ədəd,çəkisi – 21,97 qr,əyarı – 585, Kişi üzüyü+üzüklər (əyilib) -3 ədəd,çəkisi – 13,5 qr,əyarı – 585. Cəmi: 48,47 qr ibarət qızıl-zinət əşyaları 22 oktyabr 2024-cü il tarixli, AGLMB-07910 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları 22 oktyabr 2024-cü il tarixli təhvil-təslim aktına əsasən İddiaçı ASC-nin Ağcabədi filialına saxlanca verilmişdir. Ona görə də, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 22 oktyabr 2024-cü il tarixli, AGLMB-07910 saylı kredit müqaviləsi üzrə 2983,17 manat əsas borc, 230,75 manat məbləğində faiz borcu, cəmi 3213,92 manat pul və ödənilmiş 53,80 manat dövlət rüsumunun tutulması, Cavabdeh məxsus olan girov qoyulmuş Kolye (qırıq) -1 ədəd,çəkisi – 13 qr,əyarı – 585, Sep+Qolbağı -2 ədəd,çəkisi – 21,97 qr,əyarı – 585, Kişi üzüyü+üzüklər (əyilib) -3 ədəd,çəkisi – 13,5 qr,əyarı – 585. Cəmi: 48,47 qr ibarət qızıl-zinət əşyalarına yönəldilməsi, bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh 22 oktyabr 2024-cü il tarixli, AGLMB-07910 saylı kredit müqaviləsi üzrə 2983,17 manat əsas borc, 230,75 manat məbləğində faiz borcu və 0 manat cərimə, cəmi 3213,92 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Həmin Məcəllənin 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Həmin Məcəllənin 298.2-ci maddəsinə əsasən əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Qeyd olunanlardan görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 2983,17 manat əsas borc, 230,75 manat məbləğində faiz borcu, cəmi 3213,92 manat borcun tutulmasını, həmçinin tutmanın girov qoyulmuş zinət əşyalarına yönəldilməsini tələb etməkdə haqlıdır. İş materiallarına əlavə edilmiş 30 iyun 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 53,80 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 53,80 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 2983,17 manat əsas borc, 230,75 manat məbləğində faiz borcu və 53,80 manat ödənilmiş dövlət rüsumu, cəmi 3267 (üç min iki yüz altmış yeddi) manat 72 (yetmiş iki) qəpik İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Tutma girov qoyulmuş Cavabdeh məxsus olan Kolye (qırıq) -1 ədəd,çəkisi – 13 qr,əyarı – 585, Sep+Qolbağı -2 ədəd,çəkisi – 21,97 qr,əyarı – 585, Kişi üzüyü+üzüklər (əyilib) -3 ədəd,çəkisi – 13,5 qr,əyarı – 585. Cəmi: 48,47 qr ibarət qızıl-zinət əşyalarına yönəldilsin, həmin girov predmetləri hərracda satılaraq tələb edilən borca ödənilsin, bu vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda borcun cavabdehin başqa əmlakı hesabına icra edilsin Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar