Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-2730/2025 21.10.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı MMM QBKT-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun qaytarılması tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı MMM QBKT cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən 989,14 manat əsas borc, 103 manat faiz borcu, 94,30 manat cərimə olmaqla, cəmi 1186,44 manat borcun və ödənilmiş 31,87 manat dövlət rüsumunun müştərək qaydada alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MMM QBKT ərizəni onunla əsaslandırmışdır ki, 16 avqust 2023-cü il tarixli, **********1535 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə illik 28%-lə ödəmək şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə iddiaçı ilə Cavabdeh2 arasında 16 avqust 2023-cü il tarixli, **********1***-******* saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Lakin cavabdehlər kredit və zaminlik müqavilələrinin şərtlərinə əməl etməyərək öhdəliklərini tam yerinə yetirməmişdir. Hal hazırda onların iddiaçıya 989,14 manat əsas borc, 103 manat faiz borcu, 94,30 manat cərimə olmaqla, cəmi 1186,44 manat borcu yaranmışdır. Ona görə də, cavabdehlərdən 989,14 manat əsas borc, 103 manat faiz borcu, 94,30 manat cərimə olmaqla, cəmi 1186,44 manat borcun və ödənilmiş 31,87 manat ödənilmiş dövlət rüsumunun müştərək qaydada alınıb İddiaçı MMM QBKT-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları bildirilmişdir. Lakin cavabdehlərdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 16 avqust 2023-cü il tarixli, **********1535 saylı kredit müqaviləsindən və ona 1 saylı əlavədən görünür ki, İddiaçı MMM QBKT tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 28%-lə ödəmək şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. İşdə olan İddiaçı MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış 16 avqust 2023cü il tarixli, **********1***-******* saylı zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə üzrə zamin Cavabdeh2 16 avqust 2023-cü il tarixli, **********1535 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün iddiaçı qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı Cavabdeh1 bütün öhdəliklərini öhdəsinə götürmüşdür. İşdə olan 20 avqust 2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehlərin İddiaçı MMM QBKT-yə 989,14 manat əsas borc, 103 manat faiz borcu, 94,30 manat cərimə olmaqla, cəmi 1186,44 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh1 ilə İddiaçı MMM QBKT arasında bağlanmış 16 avqust 2023-cü il tarixli, **********1535 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 24 ay müddətinə illik 28%-lə ödəmək şərti ilə 2000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə iddiaçı ilə Cavabdeh2 arasında 16 avqust 2023-cü il tarixli, **********1***-******* saylı zaminlik müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Lakin cavabdehlər kredit və zaminlik müqavilələrinin şərtlərinə əməl etməyərək öhdəliklərini tam yerinə yetirməmişdir. Hal hazırda onların iddiaçıya 989,14 manat əsas borc, 103 manat faiz borcu, 94,30 manat cərimə olmaqla, cəmi 1186,44 manat borcu yaranmışdır. Ona görə də, cavabdehlərdən 989,14 manat əsas borc, 103 manat faiz borcu, 94,30 manat cərimə olmaqla, cəmi 1186,44 manat borcun borcun alınmasını tələb edir. Lakin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 5 manatadək azaldılmalıdır Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 989,14 manat əsas borc, 103 manat faiz borcu, 5 manat cərimə olmaqla, cəmi 1097,14 manat müştərək qaydada alınıb İddiaçı MMM QBKT-nin xeyrinə ödənilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. İşdə olan 05 sentyabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMM QBKT tərəfindən 31,87 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 31,87 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6 maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 989,14 manat əsas borc, 103 manat faiz borcu, 5 manat cərimə və ödənilmiş 31,87 manat dövlət rüsumu, cəmi 1129 (bir min bir yüz iyirmi doqquz) manat 01 (bir) qəpik pul alınıb İddiaçı MMM QBKT-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №e-2(017)-2730/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-2730/2025
21.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver