Məhkəmə qərarları › İş №e-2(017)-280/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-280/2024

22.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-280/2024 22.01.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Muradov Malik Maarif oğlunun katibliyi ilə, İddiaçı Məhdud Məhsuliyyətli Qeyri-Bank Kredit Təşkilatının Cavabdeh qarşı «kredit borcunun və dövlət rüsumunun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Ağcabədi Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMM QBKT Cavabdeh istehlak məqsədləri üçün xx.xx.2023-cü il tarixli, **********0150 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə illik 30 faiz ödəmək şərtilə 2400 manat məbləğində kredit xətti açmışdır. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımı qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin İddiaçı Məhdud Məhsuliyyətli Qeyri-Bank Kredit Təşkilatına xx.xx.2023-cü il tarixli, **********0150 saylı kredit müqaviləsinə əsasən 2012 manat əsas borcu, 544,94 faiz borcu, 83,72 manat cərimə borcu olmaqla, cəmi 2640,66 manat borcu yaranmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh 2012 manat əsas borcunun, 544,94 faiz borcunun, 83,72 manat cərimə borcunun olmaqla, cəmi 2640,66 manat borcun və 46,41 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür İddiaçı X1-Bank Kredit təşkılatının Cavabdeh arasındakı müqaviləsinə əsasən cavabdehə illik 30 faiz dərəcəsi ilə 2400 manat kredit verilmişdir. İddiaçı X1-Bank Kredit təşkılatının Cavabdeh arasında şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdehnun 2012 manat əsas borcun, 544,94 manat faiz borcu, 83,72 manat cərimə borcu olmaqla, cəmi 2640,66 manat borcu var. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı MMM QBKT məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 46,41 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən cavabdehdən xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 2012 manat əsas borcu, 544,94 manat faiz borcu, 10 manat cərimə borcu olmaqla və 46,41 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı MMM QBKT-ə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən banka olan borc cavabdehdən alınaraq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 46,41 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 2012 manat əsas borcu, 544,94 faiz manat borcu, 10 manat cərimə borcu və 46,41 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMM QBKT-nin xeyrinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sulduz Ləzimov AZƏRBAYCAN RESPUBLİKASİ AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ ------------------------------------------------------------------------------------------------------------------------- --------------------------------- Ünvan : AZ 0403, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti № 153. Tel/faks : 021- 275 – 18 – 80 Elektron ünvan 1 03 iyun 2022-ci il №2(017)-280/2024 İddiaçı: İddiaçı MMM QBKT Ünvan: Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi 160 A Surəti: Cavabdeh: Cavabdeh Ünvan: Ağcabədi şəhəri, Şəmil Cəmşidov küçəsi ev 71 Ağcabədi Rayon Məhkəməsi hakiminin 22 yanvar 2024-cü il tarixli, 2(017)-280/2024 saylı qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qətnamənin surəti 01 vərəqə. Ağcabədi Rayon Məhkəməsinin sədri: Sulduz Ləzimov MƏHKƏMƏİCLASİNİN PROTOKOLU AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ 22 yanvar 2024-cü il İş №2(017)-280/2024 Ağcabədi şəhəri Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Malik Maarif oğlunun katibliyi ilə, İddiaçı KB MƏHDUD MƏHSULİYYƏTLİ QEYRİ-BANK KREDİT TƏŞKİLATİ-nin Cavabdeh qarşı kredit borcunun və dövlət rüsumunun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsinə açıq məhkəmə iclasında baxılır. İclas saat 16:30-də açıldı. Məhkəmə iclasına sədrlik edən iclası açıb baxılacaq işi elan edir. Sədrlik edən bildirir ki, Ağcabədi Rayon Məhkəməsinin icraatına İddiaçı KB MƏHDUD MƏHSULİYYƏTLİ QEYRİ-BANK KREDİT TƏŞKİLATİ-nin Cavabdeh qarşı kredit borcunun və dövlət rüsumunun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi daxil olmuşdur. İşüzrə cavabdeh tərəfindən iddia tələbinə etirazın olub-olmaması məsələsinin həll edilməsi üçün iddia ərizəsinin surəti və bildiriş rəsmi qaydada cavabdehə göndərilmişdir. Həmin ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günüərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalıdır. Sədrlik edən iş materiallarını nəzərdən keçirərək qətnaməni elan edir. Sədrik edən məhkəmə iclasını saat 16:50-də bağlı elan edir. Məhkəmə iclasının protokolu 22 yanvar 2024-cü il tarixdə tərtib olunmuş və imzalanmışdır. Sədrlik edən: İclas katibi: İCRAVƏRƏQƏSİ İş №2(017)-280/2024 22 yanvar 2024-cü il AĞCABƏDİRAYONMƏHKƏMƏSİ İddiaçı MƏHDUD MƏHSULİYYƏTLİ QEYRİ-BANK KREDİT TƏŞKİLATİ-nin cavabdehlər Cavabdeh qarşı yaranmış borcun və dövlət rüsumunun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Ağcabədi rayon Məhkəməsinin binasında baxaraq, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 100 manat əsas borcunun, 26,2 faiz borcunun, 1,28 manat cərimə borcunun, 2 manat komisyon haqqının, cəmi 129,63 manat borcun və 46,41 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı MMM QBKTnin xeyrinə ödənilsin. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu madəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarına öz vəzifələrini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İddiaçının soyadı, adı, atasının adı, ünvanı, doğum tarixi; İddiaçı KB MƏHDUD MƏHSULİYYƏTLİ QEYRİ-BANK KREDİT TƏŞKİLATİ – Bakı şəhəri, ünvan 1 ünvanı, doğum tarixi Cavabdeh -xx.xx.1964-cü il, Ağcabədi şəhəri, Şəmil Cəmşidov küç., ev 71 AA2150605 İcra vərəqəsi 04 iyul 022-ci il tarixdə verilmişdir. Ağcabədi Rayon Məhkəməsinin hakimi: Etibar Quliyev AZƏRBAYCAN RESPUBLİKASİ AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ -------------------------------------------------------------------------------------------------------------------- ------------------------------------ Ünvan : AZ 0403, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti № 153. Tel/faks : 021- 275 – 18 – 80 Elektron ünvan 2 --------------------------------------------------------------------------------------------------------------- ------------------------------------------ 04 iyul 2022-ci il №2(017)-280/2024 Ağcabədi rayon İcra və Probasiya şöbəsinin rəisi V.İ.E cənab Faiq Mustafayevə İddiaçı KB MƏHDUD MƏHSULİYYƏTLİ QEYRİ-BANK KREDİT TƏŞKİLATİ-nin Cavabdeh qarşı yaranmış borcun və dövlət rüsumunun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki iş üzrə Ağcabədi rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli, 2(017)-280/2024 saylı icra vərəqəsi icra edilməsi üçün Sizə göndərilir. Qoşma: icra sənədi «01» vərəqə; Məhkəmənin hakimi Etibar Quliyev .

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar