Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-2890/2025 19.01.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi ilə İddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin cavabdeh X4 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində cavabdeh X2 21 dekabr 2023-cü il tarixli, 427nkBRD/23 saylı kredit müqaviləsinə əsasən "xxxx" X6 Səhmdar Cəmiyyətinə 5587 manat məbləğində əsas, 477 manat 85 qəpik məbləgində faiz borcu olmaqla cəmi 6064 manat 85 qəpik məbləğində borcunun yaranmasını, bu barədə cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borclu olduğu məbləği ödəməməsini göstərib, iddia tələbinin təmin edilməklə cavabdeh X1 "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə 21 dekabr 2023-cü il tarixli, 427nkBRD/23 saylı kredit müqaviləsi üzrə 5587 manat məbləğində əsas, 477 manat 85 qəpik məbləgində faiz borcu olmaqla, cəmi 6064 manat 85 qəpik məbləğində borcun və ödənilmiş 81 manat 05 qəpik məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin nümayəndəsi Novruzov X3 Məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Cavabdeh X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarında olan "xxxx" X6 Səhmdar Cəmiyyəti ilə X5 arasında bağlanmış 21 dekabr 2023-cü il tarixli, 427nkBRD/23 saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdeh X4 54 ay müddətinə illik 25%-lə ödəmək şərtilə 5587 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 07 oktyabr 2025-ci il tarixli arayışdan görünür ki, cavabdeh X2 22 iyul 2025-ci il tarixli, 427nkBRD/23 saylı kredit müqaviləsinə əsasən iddiaçıya 5587 manat məbləğində əsas, 477 manat 85 qəpik məbləgində faiz borcu, 477 manat 85 qəpik cərimə borcu olmaqla, cəmi 6064 manat 85 qəpik məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh tərəfindən kredit müqaviləsinin tələbi pozulmuş, o, müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı oduğundan təmin olunmalıdır. Beləliklə, məhkəmə işin materiallarını araşdırıb hesab edir ki, cavabdeh X1 iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin xeyrinə 21 dekabr 2023-cü il tarixli, 427nkBRD/23 saylı kredit müqaviləsi üzrə 5587 manat məbləğində əsas, 477 manat 85 qəpik məbləgində faiz borcu olmaqla, cəmi 6064 manat 85 qəpik məbləğində borc və ödənilmiş 81 manat 05 qəpik məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrıayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılmasına görə iddiaçının ödədiyi 81 manat 05 qəpik dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh X1 iddiaçı "xxxx" X6 Səhmdar Cəmiyyətinin xeyrinə 21 dekabr 2023-cü il tarixli, 427nkBRD/23 saylı kredit müqaviləsi üzrə 5587 manat məbləğində əsas, 477 manat 85 qəpik məbləgində faiz borcu olmaqla, cəmi 6064 manat 85 qəpik məbləğində borc və ödənilmiş 81 manat 05 qəpik məbləğində dövlət rüsumu tutulsun. Qətnamədən rəsmi qaydada veridiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №e-2(017)-2890/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-2890/2025
19.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver