Məhkəmə qərarları › İş №e-2(017)-2950/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-2950/2025

18.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-2950/2025 18.12.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakları ilə İddiaçı “X2” ASC-nin cavabdehlər Səlimov Xaliq Gəray oğlu və Cavabdeh1 qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “X2” ASC-nin cavabdehlər Səlimov Xaliq Gəray oğlu və Cavabdeh1 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada həmin kredit müqaviləsi üzrə 12661,50 manat məbləğində əsas kredit borcu, 1434,87 manat məbləğində faiz borcu, 484,30 manat məbləğində cərimə borcu, ümumilikdə cəmi 14580,67 manat məbləğində borcun, həmçinin ödənilmiş 134,15 manat dövlət rüsumunun “X2” ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “X2” ASC iddiasını onunla əsaslandırmışdır ki, iddiaçı “X2” ASC ilə cavabdeh Səlimov Xaliq Gəray oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli 4469mieBRD/23-EM nömrəli əsas kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 300000 manat məbləğində 120 ay müddətinə, xx.xx.2033-cü il tarixinədək müddət ərzində Azərbaycan manatı ilə bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verilməsi nəzərdə tutulmuşdur. Buna uyğun olaraq borcluya göndərilmiş xx.xx.2024-cü il tarixli SMS-ə uyğun olaraq borcluya istehlak məqsədləri üçün illik 21 faizlə, 24 ay müddətinə bankdan 20000 manat məbləğində kredit verilmişdir. Bank üzərinə götürdüyü öhdəliyi tam icra etmişdir. “X2” ASC ilə cavabdehlər arasında bağlanmış kredit müqaviləsinin şərtləri cavabdehlər tərəfindən pozulmuş, kreditin əsas məbləği və ona hesablanmış faizlərin ödənilməsi kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirilmişdir. Cavabdehlərə bu barədə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq öhdəliyi icra etməmiş və onların xx.xx.2024-cü il tarixdə bağlanmış kredit müqaviləsi üzrə 12661,50 manat məbləğində əsas kredit borcu, 1434,87 manat məbləğində faiz borcu, 484,30 manat məbləğində cərimə borcu, ümumilikdə cəmi 14580,67 manat məbləğində borcları ödənilməmiş qalmaqdadır. Zaminlik müqaviləsinə əsasən borcalan Səlimov Xaliq Gəray oğlunun kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi üzrə cavabdehlik öhdəliyini zamin Cavabdeh1 öz üzərinə götürmüşdür. Ona görə də cavabdehlərdən müştərək qaydada xx.xx.2023-cü il tarixli 4469mieBRD/23-EM nömrəli əsas kredit müqaviləsi çərçivəsində xx.xx.2024-cü il tarixli SMS-ə uyğun olaraq bağlanmış kredit müqaviləsi üzrə 12661,50 manat məbləğində kredit borcu, 1434,87 manat məbləğində faiz borcu, 484,30 manat məbləğində cərimə borcu, ümumilikdə cəmi 14580,67 manat məbləğində borcun, həmçinin ödənilmiş 134,15 manat dövlət rüsumunun “X2” ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək onun iştirakı olmadan işə baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Səlimov Xaliq Gəray oğlu və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli 4469mieBRD/23-EM nömrəli əsas kredit müqaviləsi çərçivəsində xx.xx.2024-cü il tarixli SMS-ə uyğun olaraq bağlanmış kredit müqaviləsindən görünür ki, iddiaçı “X2” ASC ilə cavabdeh Səlimov Xaliq Gəray oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli əsas kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün 300000 manat məbləğində 120 ay müddətinə, xx.xx.2033-cü il tarixinədək müddət ərzində Azərbaycan manatı ilə bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verilməsi nəzərdə tutulmuşdur. Buna uyğun olaraq borcluya göndərilmiş xx.xx.2024-cü il tarixli SMS-ə uyğun olaraq borcluya istehlak məqsədləri üçün illik 21 faizlə, 24 ay müddətinə bankdan 20000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Səlimov Xaliq Gəray oğlunun xx.xx.2025-ci il tarixə kredit müqaviləsi üzrə Banka olan əsas borc qalığı 12661,50 manat məbləğində əsas kredit borcu, 1434,87 manat məbləğində faiz borcu, 484,30 manat məbləğində cərimə borcu, ümumilikdə cəmi 14580,67 manat məbləğində borc təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçının 12661,50 manat məbləğində əsas kredit borcu üzrə 484,30 manat məbləğində cərimə borcunun hesablaması ədalətli deyil. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (maddə 467). Bu səbəbdən məhkəmə 484,30 manat məbləğində cərimənin 10 manat məbləğində müəyyən edilməsini tərəflərin əmlak mənafeyi baxımından ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Həmin məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcələsinin 462.1-ci maddəsinə əsasən dəbbə (cərimə, penya) pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə təsdiq olundu ki, cavabdeh Səlimov Xaliq Gəray oğlu ilə “X2” ASC arasında kredit müqaviləsi bağlanmışdır. Bank üzərinə düşən öhdəliyi tam yerinə yetirmiş, cavabdeh Səlimov Xaliq Gəray oğlu arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə illik 21 faizlə 24 ay müddətinə bankdan 20000 manat məbləğində kredit verilmişdir. “X2” ASC ilə cavabdehlər arasında bağlanmış kredit müqaviləsinin şərtləri cavabdehlər tərəfindən pozulmuş, kreditin əsas məbləği və ona hesablanmış faizlərin ödənilməsi kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirilmişdir. Zaminlik müqaviləsinə əsasən borcalan Səlimov Xaliq Gəray oğlunun kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi üzrə cavabdehlik öhdəliyini zamin Cavabdeh1 öz üzərinə götürmüşdür. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, cavabdehlər Səlimov Xaliq Gəray oğlu və Cavabdeh1 müştərək qaydada iddiaçı “X2” ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli 4469mieBRD/23- EM nömrəli əsas kredit müqaviləsi çərçivəsində xx.xx.2024-cü il tarixli SMS-ə uyğun olaraq bağlanmış kredit müqaviləsi üzrə 12661,50 manat məbləğində kredit borcu, 1434,87 manat məbləğində faiz borcu, 10 manat məbləğində cərimə borcu, ümumilikdə cəmi 14106,37 manat məbləğində borc və 132,15 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı “X2” ASC ilə cavabdeh Səlimov Xaliq Gəray oğlu arasında xx.xx.2023-cü il tarixli 4469mieBRD/23-EM nömrəli əsas kredit müqaviləsi çərçivəsində xx.xx.2024-cü il tarixli SMS-ə uyğun olaraq bağlanmış kredit müqaviləsi üzrə 12661,50 manat məbləğində əsas kredit borcu, 1434,87 manat məbləğində faiz borcu, 10 manat məbləğində cərimə borcu, ümumilikdə cəmi 14106,37 manat məbləğində borc və 132,15 manat məbləğində dövlət rüsumu Səlimov Xaliq Gəray oğlu və Cavabdeh1 müştərək qaydada alınaraq “X2” ASC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar