Azərbaycan Respublikası adından QƏRARDAD Ağcabədi rayonu İş № e-2(017)-2995/2025 19.11.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakimi Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi Paşayev Şamxal Yəhya oğlunun katibliyi ilə İddiaçı BOKT MMC Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbi barədə kiçik iddiaya dair sadələşdirilmiş icraat üzrə mülki işə məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı BOKT MMC Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbi barədə kiçik iddiaya dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İş üzrə İddiaçı BOKT MMC Ağcabədi Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək iddia ərizəsinin baxılmamış saxlanmasını və ərizəyə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152 və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı BOKT MMC Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbi barədə kiçik iddiaya dair sadələşdirilmiş icraat üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizə və ona əlavə olunmuş sənədlər İddiaçı BOKT MMC geri qaytarılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxarmış məhkəməyə verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №e-2(017)-2995/2025
Ağcabədi Rayon Məhkəməsi Qərardad — İş №e-2(017)-2995/2025
19.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver