Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-3/2025 06.01.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X5 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsədən tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Ağcabədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X2 vərəsəsi-Cavabdeh 04 aprel 2023-cü il tarixli, BPM**********20 saylı müqavilə üzrə 8086,24 manat, 15 sentyabr 2020-ci il tarixli, BPM**********24 saylı müqavilə üzrə 382,12 manat məbləğində əsas borcun, ödənilmiş 105,08 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə X4 arasında bağlanmış 04 aprel 2023-cü il tarixli, BPM**********20 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən X3 48 ay müddətinə, illik 23 faiz dərəcəsi ilə 8400 manat məbləğində kredit verilmişdir. Həmçinin iddiaçı "xxxx" ASC ilə X4 arasında bağlanmış 15 sentyabr 2020-ci il tarixli, BPM**********24 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən X3 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 400 manat məbləğində kart limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.4.2-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 22 noyabr 2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən, xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılmış və X2 vərəsəsi Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 15 avqust 2024-cü il tarixli maliyyə arayışına əsasən, X2 Banka nağd kredit üzrə 8086,24 manat, ödənilməmiş kart limiti üzrə 382,12 manat borcu qalmışdır. Cavabdeh mərhum X2 vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Ona görə də X2 vərəsəsi-Cavabdeh 04 aprel 2023-cü il tarixli, BPM**********20 saylı müqavilə üzrə 8086,24 manat, 15 sentyabr 2020-ci il tarixli, BPM**********24 saylı müqavilə üzrə 382,12 manat məbləğində əsas borcun, ödənilmiş 105,08 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan 04 aprel 2023-cü il tarixli, BPM**********20 saylı Kredit müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış və müqaviləyə əsasən sonuncuya 48 ay müddətinə, illik 23 faiz dərəcəsi ilə 8400 manat kredit verilmişdir. İşdə olan 15 sentyabr 2020-ci il tarixli, BPM**********24 saylı Kredit müqaviləsindən görünür ki, həmin müqavilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında bağlanmış və müqaviləyə əsasən sonuncuya 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 400 manat məbləğində kart limiti ayrılmışdır. İşdə olan maliyyə arayışından görünür ki, X2 Banka nağd kredit üzrə 8086,24 manat, ödənilməmiş kart limiti üzrə 382,12 manat borcu qalmışdır. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 21 may 2023cü il tarixdə ölmüşdür. İşdə olan 22 noyabr 2023-cü il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 21 may 2023-cü il tarixdə ölmüş X2 vərəsəsi-qızı Cavabdehdur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 145,70 kv.m fərdi yaşayış evindən və ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0,04418 ha torpaq sahəsindən ibarətdir. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1255-ci maddəsinə görə, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə müvafiq olaraq, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 -ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X4 arasında 04 aprel 2023-cü il tarixli, BPM**********20 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən X3 48 ay müddətinə, illik 23 faiz dərəcəsi ilə 8400 manat məbləğində kredit verilmişdir. Həmçinin iddiaçı "xxxx" ASC ilə X4 arasında bağlanmış 15 sentyabr 2020-ci il tarixli, BPM**********24 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən X3 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 400 manat məbləğində kart limiti ayrılmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 4.4.2-ci bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. X1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 22 noyabr 2023-cü il tarixli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnaməyə əsasən, xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılmış və X2 vərəsəsi Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 15 avqust 2024-cü il tarixli maliyyə arayışına əsasən, X2 Banka nağd kredit üzrə 8086,24 manat, ödənilməmiş kart limiti üzrə 382,12 manat borcu qalmışdır. Cavabdeh mərhum X2 vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq "xxxx" ASC qarşısında olan öhdəliyi icra etməmişdir. Ona görə də X2 vərəsəsi-Cavabdeh 04 aprel 2023-cü il tarixli, BPM**********20 saylı müqavilə üzrə 8086,24 manat, 15 sentyabr 2020-ci il tarixli, BPM**********24 saylı müqavilə üzrə 382,12 manat borcu cavabdehdən tələb etməkdə haqlıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 04 aprel 2023-cü il tarixli, BPM**********20 saylı müqavilə üzrə 8086,24 manat, 15 sentyabr 2020-ci il tarixli, BPM**********24 saylı müqavilə üzrə 382,12 manat borc tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İşdə olan 21 avqust 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 105,08 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 105,08 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Yuxarıda qeyd olunanlaraq əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 04 aprel 2023-cü il tarixli, BPM**********20 saylı müqavilə üzrə 8086,24 manat, 15 sentyabr 2020-ci il tarixli, BPM**********24 saylı müqavilə üzrə 382,12 manat borc və ödənilmiş 105,08 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı, cəmi 8573 (səkkiz min beş yüz yetmiş üç) manat 84 (səksən dörd) qəpik pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №e-2(017)-3/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-3/2025
06.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver