Məhkəmə qərarları › İş №e-2(017)-328/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-328/2025

13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-328/2025 13.01.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı MMM QBKT-nin Cavabdeh qarşı borcun tutulması barədə kiçik iddia ərizəsinə dair işə baxaraq Müəyyənetdi: İddiaçı MMM QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 19 oktyabr 2022-ci il tarixli, **********00045 nömrəli kredit müqaviləsinə əsasən 588,87 manat əsas borc, 3 manat faiz borcu olmaqla, cəmi 591,87 manat və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia qaldırmışdır. İddiaçı MMM QBKT tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə bağlanmış 19 oktyabr 2022-ci il tarixli, **********00045 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə illik 28 % olmaqla 2000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh ödəməli olduğu krediti və ona hesablanmış faizləri banka ödəməkdən yayınaraq üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə və bildirişlər göndərilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayınmışdır. xx.xx.2024-cü il tarixə cavabdehin 19 oktyabr 2022-ci il tarixli, **********00045 nömrəli kredit müqaviləsinə əsasən 588,87 manat əsas borc, 3 manat faiz borcu olmaqla, cəmi 591,87 manat borcu vardır. Ona görə də, cavabdehdən 19 oktyabr 2022-ci il tarixli, **********00045 nömrəli kredit müqaviləsinə əsasən 588,87 manat əsas borc, 3 manat faiz borcu olmaqla, cəmi 591,87 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı Finca Azerbaijan MMM QBKT-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin, cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 19 oktyabr 2022-ci il tarixli, **********00045 nömrəli kredit müqaviləsindən görünür ki, bu müqavilə 18 ay müddətinə illik 28 % olmaqla 2000 manat məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı MMM QBKT ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 17 sentyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın İddiaçı MMM QBKT-ya 19 oktyabr 2022-ci il tarixli, **********00045 nömrəli kredit müqaviləsinə əsasən 588,87 manat əsas borc, 3 manat faiz borcu olmaqla, cəmi 591,87 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı MMM QBKT arasında bağlanmış 19 oktyabr 2022-ci il tarixli, **********00045 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 18 ay müddətinə illik 28 % olmaqla 2000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh ödəməli olduğu krediti və ona hesablanmış faizləri banka ödəməkdən yayınaraq üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə və bildirişlər göndərilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayınmışdır. xx.xx.2024-cü il tarixə cavabdehin 19 oktyabr 2022-ci il tarixli, **********00045 nömrəli kredit müqaviləsinə əsasən 588,87 manat əsas borc, 3 manat faiz borcu olmaqla, cəmi 591,87 manat borcu vardır. Ona görə də, cavabdehdən 19 oktyabr 2022-ci il tarixli, **********00045 nömrəli kredit müqaviləsinə əsasən 588,87 manat əsas borc, 3 manat faiz borcu olmaqla, cəmi 591,87 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 19 oktyabr 2022-ci il tarixli, **********00045 nömrəli kredit müqaviləsinə əsasən 588,87 manat əsas borc, 3 manat faiz borcu olmaqla, cəmi 591,87 manat borc alınaraq İddiaçı MMM QBKT-ya ödənilməlidir. İş materiallarına əlavə edilmiş 02 dekabr 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMM QBKT tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 588,87 manat əsas borc, 3 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 621 (altı yüz iyirmi bir) manat 87 (səksən yeddi) qəpik alınaraq İddiaçı MMM QBKT-a ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar