Məhkəmə qərarları › İş №e-2(017)-3359/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-3359/2025

27.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-3359/2025 27.01.2026 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 12 yanvar 2024 il tariхli, 800804-546637/1 nömrəli kredit müqaviləsi üzrə 1291.53 manat məbləğində əsas bоrcu və 103,72 manat faiz borcu оlmaqla, cəmi 1395.25 manat məbləğində kredit bоrcunun və 12 yanvar 2024 il tariхli, 800797-PC********** nömrəli krеdit xətti müqaviləsi üzrə 306.51 manat əsas borc və 16.15 manat faiz borcu olmaqla, cəmi 322.66 manat kredit borcun, ümumilikdə hər iki kredit müqaviləsi üzrə 1598.04 əsas və 119.87 faiz borcu olmaqla cəmi 1717.91 manat borcun və 37.17 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia qaldırmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 12 yanvar 2024 il tariхli, 800804-546637/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 42 ay müddətinə, illik 19.5% dərəcəsi ilə 1980 manat məbləğində və 12 yanvar 2024 il tariхli, 800797-PC********** nömrəli krеdit xətti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 300 manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 12 yanvar 2024 il tariхli, 800797-PC********** nömrəli krеdit xətti müqaviləsinin 2.11 bəndinə əsasən kredit xətti üzrə aylıq faiz ödənişi 30 gündən artıq gecikdirilərsə və ya kredit xətti üzrə istifadə müddəti bitdikdə kredit xəttinin limiti sıfırlanır, limit sıfırlandığı tarixdən etibarən 10 təqvim günü ərzində qalıq borc məbləği (vaxtı keçmiş və gecikdirilmiş əsas borc üzrə hesablanmış faizlər, vaxtı keçmiş və gecikdirilmiş əsas borc, faiz borcu, əsas borc) kapitallaşdırılaraq avtomatik olaraq bank daxili qaydalar ilə tənzimlənən məhsulun şərtinə uyğun olaraq növbəti 12 və ya 24 aylıq annuitet (aylıq bərabər) ödənişi forması ilə olan kreditə çevrilir və 2.3 bəndində nəzərdə tutulmuş illik faiz dərəcəsi ilə borcalan tərəfindən banka qaytarılır. Odur ki, borcalan Cavabdeh 12 yanvar 2024 il tariхli, 800797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə şərtləri icra etmədiyindən qalıq borc kapitallaşdırılaraq annuitet ödəmə qrafikinə çevrilmişdir. 10 dekabr 2025-cü il tarixinə cavabdehin 12 yanvar 2024 il tariхli, 800804-546637/1 nömrəli kredit müqaviləsi üzrə 1291.53 manat məbləğində əsas bоrcu və 103,72 manat faiz borcu оlmaqla, cəmi 1395.25 manat məbləğində kredit bоrcunun və 12 yanvar 2024 il tariхli, 800797-PC********** nömrəli krеdit xətti müqaviləsi üzrə 306.51 manat əsas borc və 16.15 manat faiz borcu olmaqla, cəmi 322.66 manat kredit borcun, ümumilikdə hər iki kredit müqaviləsi üzrə 1598.04 əsas və 119.87 faiz borcu olmaqla cəmi 1717.91 manat borcu vardır. Ona görə də, cavabdehdən 12 yanvar 2024 il tariхli, 800804-546637/1 nömrəli kredit müqaviləsi üzrə 1291.53 manat məbləğində əsas bоrcu və 103,72 manat faiz borcu оlmaqla, cəmi 1395.25 manat məbləğində kredit bоrcunun və 12 yanvar 2024 il tariхli, 800797-PC********** nömrəli krеdit xətti müqaviləsi üzrə 306.51 manat əsas borc və 16.15 manat faiz borcu olmaqla, cəmi 322.66 manat kredit borcun, ümumilikdə hər iki kredit müqaviləsi üzrə 1598.04 əsas və 119.87 faiz borcu olmaqla cəmi 1717.91 manat borcun və 37.17 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin, cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 12 yanvar 2024 il tariхli, 800804-546637/1 nömrəli istehlak krеditi müqaviləsindən görünür ki, bu müqavilə 42 ay müddətinə, illik 19.5% dərəcəsi ilə 1980 manat məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 12 yanvar 2024 il tariхli, 800797-PC********** nömrəli krеdit xətti müqaviləsindən görünür ki, bu müqavilə 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 300 manat məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 10 dekabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 12 yanvar 2024 il tariхli, 800804-546637/1 nömrəli kredit müqaviləsi üzrə 1291.53 manat məbləğində əsas bоrcu və 103,72 manat faiz borcu оlmaqla, cəmi 1395.25 manat məbləğində kredit bоrcunun və 12 yanvar 2024 il tariхli, 800797-PC********** nömrəli krеdit xətti müqaviləsi üzrə 306.51 manat əsas borc və 16.15 manat faiz borcu olmaqla, cəmi 322.66 manat kredit borcun, ümumilikdə hər iki kredit müqaviləsi üzrə 1598.04 əsas və 119.87 faiz borcu olmaqla cəmi 1717.91 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 12 yanvar 2024 il tariхli, 800804-546637/1 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 42 ay müddətinə, illik 19.5% dərəcəsi ilə 1980 manat məbləğində və 12 yanvar 2024 il tariхli, 800797-PC********** nömrəli krеdit xətti müqaviləsinə əsasən borcluya 36 ay müddətinə, illik 24% dərəcəsi ilə 300 manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 12 yanvar 2024 il tariхli, 800797-PC********** nömrəli krеdit xətti müqaviləsinin 2.11 bəndinə əsasən kredit xətti üzrə aylıq faiz ödənişi 30 gündən artıq gecikdirilərsə və ya kredit xətti üzrə istifadə müddəti bitdikdə kredit xəttinin limiti sıfırlanır, limit sıfırlandığı tarixdən etibarən 10 təqvim günü ərzində qalıq borc məbləği (vaxtı keçmiş və gecikdirilmiş əsas borc üzrə hesablanmış faizlər, vaxtı keçmiş və gecikdirilmiş əsas borc, faiz borcu, əsas borc) kapitallaşdırılaraq avtomatik olaraq bank daxili qaydalar ilə tənzimlənən məhsulun şərtinə uyğun olaraq növbəti 12 və ya 24 aylıq annuitet (aylıq bərabər) ödənişi forması ilə olan kreditə çevrilir və 2.3 bəndində nəzərdə tutulmuş illik faiz dərəcəsi ilə borcalan tərəfindən banka qaytarılır. Odur ki, borcalan Cavabdeh 12 yanvar 2024 il tariхli, 800797-PC********** nömrəli kredit xətti müqaviləsi üzrə şərtləri icra etmədiyindən qalıq borc kapitallaşdırılaraq annuitet ödəmə qrafikinə çevrilmişdir. 10 dekabr 2025-cü il tarixinə cavabdehin 12 yanvar 2024 il tariхli, 800804-546637/1 nömrəli kredit müqaviləsi üzrə 1291.53 manat məbləğində əsas bоrcu və 103,72 manat faiz borcu оlmaqla, cəmi 1395.25 manat məbləğində kredit bоrcunun və 12 yanvar 2024 il tariхli, 800797-PC********** nömrəli krеdit xətti müqaviləsi üzrə 306.51 manat əsas borc və 16.15 manat faiz borcu olmaqla, cəmi 322.66 manat kredit borcun, ümumilikdə hər iki kredit müqaviləsi üzrə 1598.04 əsas və 119.87 faiz borcu olmaqla cəmi 1717.91 manat borcu vardır. Ona görə də, cavabdehdən 12 yanvar 2024 il tariхli, 800804-546637/1 nömrəli kredit müqaviləsi üzrə 1291.53 manat məbləğində əsas bоrcu və 103,72 manat faiz borcu оlmaqla, cəmi 1395.25 manat məbləğində kredit bоrcunun və 12 yanvar 2024 il tariхli, 800797-PC********** nömrəli krеdit xətti müqaviləsi üzrə 306.51 manat əsas borc və 16.15 manat faiz borcu olmaqla, cəmi 322.66 manat kredit borcun, ümumilikdə hər iki kredit müqaviləsi üzrə 1598.04 əsas və 119.87 faiz borcu olmaqla cəmi 1717.91 manat manat borcu yaranmışdır. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 12 yanvar 2024 il tariхli, 800804-546637/1 nömrəli kredit müqaviləsi üzrə 1291.53 manat məbləğində əsas bоrcu və 103,72 manat faiz borcu оlmaqla, cəmi 1395.25 manat məbləğində kredit bоrcunun və 12 yanvar 2024 il tariхli, 800797-PC********** nömrəli krеdit xətti müqaviləsi üzrə 306.51 manat əsas borc və 16.15 manat faiz borcu olmaqla, cəmi 322.66 manat kredit borcun, ümumilikdə hər iki kredit müqaviləsi üzrə 1598.04 əsas və 119.87 faiz borcu olmaqla cəmi 1717.91manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 12 yanvar 2024 il tariхli, 800804-546637/1 nömrəli kredit müqaviləsi üzrə 1291.53 manat məbləğində əsas bоrcu və 103,72 manat faiz borcu оlmaqla, cəmi 1395.25 manat məbləğində kredit bоrcunun və 12 yanvar 2024 il tariхli, 800797-PC********** nömrəli krеdit xətti müqaviləsi üzrə 306.51 manat əsas borc və 16.15 manat faiz borcu olmaqla, cəmi 322.66 manat kredit borcun, ümumilikdə hər iki kredit müqaviləsi üzrə 1598.04 əsas və 119.87 faiz borcu olmaqla cəmi 1717.91 manat borc alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti-ya ödənilməlidir. İş materiallarına əlavə edilmiş 10 dekabr 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 37,17 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 37,17 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 12 yanvar 2024 il tariхli, 800804-546637/1 nömrəli kredit müqaviləsi üzrə 1291.53 manat məbləğində əsas bоrcu və 103,72 manat faiz borcu оlmaqla, cəmi 1395.25 manat məbləğində kredit bоrcunun və 12 yanvar 2024 il tariхli, 800797- PC********** nömrəli krеdit xətti müqaviləsi üzrə 306.51 manat əsas borc və 16.15 manat faiz borcu olmaqla, cəmi 322.66 manat kredit borcun, ümumilikdə hər iki kredit müqaviləsi üzrə 1598.04 əsas və 119.87 faiz borcu olmaqla cəmi 1717.91 manar borc və ödənilmiş 37,17 manat dövlət rüsumu alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyəti-a ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar