Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-422/2024 14.03.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı “Azərbaycan Mikro-Kredit” Bank Olmayan kredit təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “Azərbaycan Mikro-Kredit” Bank Olmayan kredit təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5432 manat məbləğində əsas, 283 manat faiz borcun və həmçinin ödənilmiş 77 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “Azərbaycan Mikro-Kredit” Bank Olmayan kredit təşkilatının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etdi və izahatında göstərdi ki, Cavabdeh1 ilə “Azərbaycan Mikro-Kredit” Bank Olmayan kredit təşkilatı arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh1 illik 25 faizlə 48 ay müddətinə bankdan 6580 manat məbləğində kredit verilmişdir. Borclu kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış bununla da müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh1 qeyd olunan kredit müqaviləsi üzrə əsas borcu 5432 manat, faiz borcu 283 manat təşkil edir. Həmçinin kredit müqaviləsinin təminat olaraq “Azərbaycan Mikro-Kredit” Bank Olmayan kredit təşkilatı ilə Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmışdır. Müqaviləyə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5432 manat əsas, 283 manat faiz borcun, həmçinin ödənilmiş 77 manat dövlət rüsumunun “Azərbaycan Mikro-Kredit” Bank Olmayan kredit təşkilatının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 ilə kredit təşkilatı arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 kredit təşkilatından illik 25 faizlə 48 ay müddətinə 6580 manat kredit almışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən borcalan Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi üzrə cavabdehlik öhdəliyini zamin Cavabdeh2 öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan maliyyə arayışdan görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixə kredit təşkilatına olan əsas borc qalığı 5432 manat, faiz borcu 283 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən: “Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1 və 448.2-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinin əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar Azərbaycan Respublikası Məcəlləsinin 472.2-ci maddəsinə əsasən Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə təsdiq olundu ki, Cavabdeh1 ilə “Azərbaycan Mikro-Kredit” Bank Olmayan kredit təşkilatı arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Təşkilat üzərinə düşən öhdəliyi tam yerinə yetirmiş, Cavabdeh1 illik 25 faiz olmaqla 6580 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kredit müqaviləsinin şərtlərinə baxmayaraq, hazırkı vaxtadək kredit borcunu banka tam ödəməmişdir. Həmçinin zamin Cavabdeh2 ilə “Azərbaycan Mikro-Kredit” Bank Olmayan kredit təşkilatı arasında müqavilə bağlanmışdır. Cavabdeh2 Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi üzrə cavabdehlik öhdəliyini öz üzərinə götürmüşdür. Ona görə də məhkəmə hesab edir ki, “Azərbaycan Mikro-Kredit” Bank Olmayan kredit təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 5432 manat əsas, 283 manat faiz borcu, habelə ödənilmiş 77 manat dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq “Azərbaycan Mikro-Kredit” Bank Olmayan kredit təşkilatının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. “Azərbaycan Mikro-Kredit” Bank Olmayan kredit təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 5432 manat əsas, 283 manat faiz borcu, habelə ödənilmiş 77 manat dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq “Azərbaycan Mikro-Kredit” Bank Olmayan kredit təşkilatının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №e-2(017)-422/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-422/2024
14.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver