Məhkəmə qərarları › İş №e-2(017)-455/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-455/2024

27.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-455/2024 27.03.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun tutulmasına dair iddia ərizəsi üzrə işə Ağcabədi şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdirdi ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh X3 arasında bağlanmış 10 avqust 2022-ci il tarixli, 026A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.7917% olmaqla, 48 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə X1 13000 manatməbləğində kredit verilmişdir. Bundan başqa X3 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə 10 avqust 2022-ci il tarixdə bağladığı 025A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 0.0833 faiz olmaqla, 48 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan bir saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 13000 manat məbləğində kredit götürmüşdür. Dəfələrlə kreditin ödənilməsi üçün Cavabdeh xəbərdarlıqlar olunsa da, kredit borcları ödənilməmiş qalmışdır. Kredit öhdəliyi üzrə cavabdehin 10 avqust 2022-ci il tarixli, 026A********** saylı kredit müqaviləsi üzrə 11332 manat 72 qəpik məbləğində kredit borcu, 1297 manat 24 qəpik məbləğində faiz borcu, 383 manat 03 qəpik məbləğində cərimə borcu, cəmi 13012 manat 99 qəpik məbləğində borcun və iddia qaldırılması üçün ödənilmiş 129 manat 04 qəpik məbləğində dövlət rüsumunun alınıb bankın hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəmyə ərizə göndərərək iddia tələbinin təmin olunmasını və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul etdi və izahat verərək göstərdi ki, o, vətən müharibəsi iştrakçısıdır. 10 avqust 2022-ci il tarixli, 026A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.7917% olmaqla, 48 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 13000 manat məbləğində kredit götürmüşdür. O, əvvəllər kredit borcu üzrə ödənişlər etmiş, lakin sonradan işdən çıxdığı üçün maddi vəziyyəti çətin olduğuna görə ödəniş edə bilməmişdir. Qalan borcunu hissə-hissə ödəyəcəkdir, lakin dəbbə pulu çoxdur. Ona görə dəbbə pulunun silinməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 10 avqust 2022-ci il tarixli, 026A********** saylı kredit müqaviləsindən görünür ki, iddiaçı bank tərəfindən Cavabdeh aylıq faiz dərəcəsi 1.7917% olmaqla 48 ay müddətinə 13000 manatməbləğində kredit verilmişdir. İş materiallarında olan 29 noyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 10 avqust 2022-ci il tarixli, 026A********** saylı kredit müqaviləsi üzrə 11332 manat 72 qəpik məbləğində əsas, 1297 manat 24 qəpik məbləğində faiz borcu, 383 manat 03 qəpik məbləğində cərimə borcu, ümumilikdə cəmi 13012 manat 99 qəpik məbləğində borcu vardır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş 10 noyabr 2022-ci il tarixli, M/V № 102490 saylı vəsiqənin surətindən görünür ki, Cavabdeh vətən müharibəsi iştrakçısıdır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xəbərdarlıq məktubundan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehə borcun qaytarılması üçün lazımi qaydada xəbərdarlıq etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdiriliş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə (cərimə, penya) pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə borclunun deyil, məhz kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq tənəsübü müəyyənləşdirərək tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh 025A********** saylı kredit müqaviləsi üzrə 383 manat 03 qəpik məbləğində cərimə pulu tələb edir. Məhkəmə qanunvericilik aktının göstərilən normaları baxımından 10 avqust 2022-ci il tarixdə bağlanmış 026A********** saylı kredit müqaviləsi üzrə sərimə pulunun azaldılmasını və iddianın həmin hissədə 38 manat həcmində təmin etməyi qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılmasına görə iddiaçının ödədiyi 128 manat 01 qəpik dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, vətən müharibəsi iştrakçısı, iş üzrə Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinın xeyrinə 10 avqust 2022-ci il tarixdə bağlanmış 026A********** saylı kredit müqaviləsi üzrə 11332 manat 72 qəpik məbləğində əsas borc, 1297 manat 24 qəpik məbləğində faiz borcu, 38 manat məbləğində cərimə borcu olmaqla, cəmi 12667 manat 96 qəpik məbləğində borc və ödənilmiş 128 manat 01 qəpik məbləğində dövlət rüsumunun əvəzi tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. Məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh tərəfindən kredit müqavilələrinin tələbləri pozulmuş, o, müqavilələr üzrə üzərinə düşən öhdəliyi icra etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 233.1-ci maddəsində göstərilir ki, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213-214, 216-222-ci maddələrini rəhbər tuturaq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 10 avqust 2022-ci il tarixdə bağlanmış 026A********** saylı kredit müqaviləsi üzrə 11332 manat 72 qəpik məbləğində əsas borc, 1297 manat 24 qəpik məbləğində faiz borcu, 38 manat məbləğində cərimə borcu olmaqla, cəmi 12667 manat 96 qəpik məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 128 manat 01 qəpik məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada veridiyi gündən bir ay müddətində Ağcabədi rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar