Məhkəmə qərarları › İş №e-2(017)-461/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-461/2024

01.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-461/2024 01.03.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 30 sentyabr 2021-ci il tarixli, 027-EMB-0781-21 nömrəli kredit müqaviləsinə əsasən 151,36 manat əsas borc, 22,70 manat cərimə və ödənilmiş 30,40 manat dövlət rüsumu, cəmi 204,46 manat tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə iddia qaldırmışdır. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə iddiaçı arasında bağlanmış 30 sentyabr 2021-ci il tarixli, 027-EMB-0781-21 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə 1830 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh ödəməli olduğu krediti və ona hesablanmış faizləri banka ödəməkdən yayınaraq üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə və bildirişlər göndərilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayınmışdır. 08 yanvar 2024-cü il tarixə cavabdehin iddiaçıya 30 sentyabr 2021-ci il tarixli, 027-EMB-0781-21 nömrəli kredit müqaviləsinə əsasən 151,36 manat əsas borc, 22,70 manat cərimə, cəmi 174,06 manat məbləğində borcu vardır. Ona görə də, cavabdeh 30 sentyabr 2021-ci il tarixli, 027-EMB-0781-21 nömrəli kredit müqaviləsinə əsasən 151,36 manat əsas borc, 22,70 manat cərimə, cəmi 174,06 manat məbləğində borcun və ödənilmiş 30,40 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin, cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 30 sentyabr 2021-ci il tarixli, 027-EMB-0781-21 nömrəli kredit müqaviləsindən görünür ki, bu müqavilə illik 12 ay müddətinə 1830 manat məbləğində kreditin verilməsi ilə əlaqədar "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 08 yanvar 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın 10 yanvar 2023-cü tarixə "xxxx" Qapalı Səhmdar 30 sentyabr 2021-ci il tarixli, 027-EMB- 0781-21 nömrəli kredit müqaviləsinə əsasən 151,36 manat əsas borc, 22,70 manat cərimə, cəmi 174,06 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 30 sentyabr 2021-ci il tarixli, 027-EMB- 0781-21 nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə 1830 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh ödəməli olduğu krediti və ona hesablanmış faizləri banka ödəməkdən yayınaraq üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə və bildirişlər göndərilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayınmışdır. 08 yanvar 2024-cü il tarixə cavabdehin iddiaçıya 30 sentyabr 2021-ci il tarixli, 027-EMB-0781-21 nömrəli kredit müqaviləsinə əsasən 151,36 manat əsas borc, 22,70 manat cərimə, cəmi 174,06 manat məbləğində borcu vardır. Ona görə də, cavabdeh 30 sentyabr 2021-ci il tarixli, 027-EMB- 0781-21 nömrəli kredit müqaviləsinə əsasən 151,36 manat əsas borc, 22,70 manat cərimə, cəmi 174,06 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Lakin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 10 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 30 sentyabr 2021-ci il tarixli, 027-EMB-0781-21 nömrəli kredit müqaviləsinə əsasən 151,36 manat əsas borc, 5 manat cərimə, cəmi 156,36 manat borc alınaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş 30 mart 2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 30,40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 151,36 manat əsas borc, 5 manat cərimə və ödənilmiş 30,40 manat dövlət rüsumu, cəmi 186 (bir yüz səksən altı) manat 76 (yetmiş altı) qəpik alınaraq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar