Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-462/2025 16.04.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, X1, Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, İddiaçı MM QBKT-nın cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı MM QBKT iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5937 manat əsas borc, 1761 faiz borcu, 348 manat 85 qəpik cərimə olmaqla, cəmi 8046 manat 85 qəpik borcun və 100 manat 47 qəpik ödənilmiş dövlət rüsumunun alınıb iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı MM QBKT-nın nümayəndəsi Nümayəndə2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MM QBKT ilə Cavabdeh3 arasında bağlanmış 08 dekabr 2023-cü il tarixli, **********2169 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 30 ay müddətinə, 26% dərəcəsi ilə 7000 manat məbləğində kredit verilmişdir. Həmçinin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********2***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1 və **********2***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Cavabdeh öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında cavabdehlik daşımağı öhdələrinə götürmüşdürlər. Borcun ödənilməsi barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsindən yayınmışdır. Ona görə də 08 dekabr 2023-cü il tarixli, **********2169 saylı kredit müqaviləsi üzrə 5937 manat əsas borc, 1761 manat faiz borcu, 348 manat 85 qəpik cərimə olmaqla, cəmi 8046 manat 85 qəpik borcun və 100 manat 47 qəpik ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi “Elektron Məhkəmə” sistemi vasitəsilə məhkəməyə ünvanladığı ərizədə mülki iş üzrə təyin olunmuş məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin ərizəsini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh3 iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, 08 dekabr 2023-cü il tarixli, **********2169 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən ona 30 ay müddətinə, 26% dərəcəsi ilə 7000 manat məbləğində kredit verilmişdir. Həmçinin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********2***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1 və **********2***- ******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh2 ona zamin durmuşdular. Günəmuzd fəhlə işləyir. Əvvəllər kreditini vaxtında ödəsə də, sonradan xəstələndiyi üçün işə çıxa bilmədiyi üçün kreditini ödəyə bilməmişdir. Söz verir banka qalan borcunu hissə-hissə ödəyəcəkdir. Həmçinin o, maddi vəziyyətinin aşağı olmasını və şəhid qardaşı olmasını nəzərə alınaraq cərimənin silinməsini xahiş etdi. Məhkəmə iclasında digər cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Cavabdeh3 izahatına uyğun izahat verərək cərimə faizinin silinməsini xahiş etdilər. İşdə olan 08 dekabr 2023-cü il tarixli **********2169 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə 30 ay müddətinə, 26% dərəcəsi ilə 7000 manat məbləğində kredit manat məbləğində kreditin verilməsi ilə əlaqədar “Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh3 arasında bağlanmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli **********2***-******* saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Alıcı qızı xx.xx.2023-cü il tarixli **********2169 saylı kredit müqaviləsinə əsasən, həmin müqavilə üzrə kredit alan olan Cavabdeh3 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz və cərimələri nəzərdə tutan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli **********2***-******* saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli **********2169 saylı kredit müqaviləsinə əsasən, həmin müqavilə üzrə kredit alan olan Cavabdeh3 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz və cərimələri nəzərdə tutan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. İşdə olan 26 noyabr 2024-cü il tarixli maliyyə arayışdan görünür ki, 08 dekabr 2023cü il tarixli, **********2169 saylı kredit müqaviləsinə əsasən Cavabdeh3 İddiaçı MM QBKTna 5937 manat əsas borc, 1761 manat faiz borcu, 348 manat 85 qəpik cərimə olmaqla, cəmi 8046 manat 85 qəpik borcu vardır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh3 kredit müqaviləsi əsasında İddiaçı MM Qeyri Bank Kredit Təşkilatından kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit xətti müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı MMM Qeyri Bank Kredit Təşkilatı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci müqaviləsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İş materialları araşdırılarkən müəyyən olundu ki, 08 dekabr 2023-cü il tarixli, **********2169 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 30 ay müddətinə, 26% dərəcəsi ilə 7000 manat məbləğində kredit verilmişdir. Kredit öhdəliyinin təmin edilməsi məqsədi ilə İddiaçı MM QBKT ilə digər Cavabdeh3 arasında 08 dekabr 2023-cü il tarixli, **********2169 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən cavabdeh öhdəliklərinin yerinə yetirilməsinə görə iddiaçı qarşısında kredit cavabdehlik daşımağı öhdələsinə götürmüşdür. Borcun ödənilməsi barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh borcun ödənilməsindən yayınmışdır. Ona görə də 08 dekabr 2023-cü il tarixli, **********2169 saylı kredit müqaviləsi üzrə Cavabdeh3 5937 manat əsas borc, 1761 manat faiz borcu, 348 manat 85 qəpik cərimə olmaqla, cəmi 8046 manat 85 qəpik borcun alınmasını tələb edir. Qeyd olunanlardan görünür ki, İddiaçı MM QBKT cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tələb etməkdə haqlıdır. 5937 manat əsas borc, 1761 manat faiz borcu, 348 manat 85 qəpik cərimə olmaqla, cəmi 8046 manat 85 qəpik borcun müştərək qaydada alınmasını tələb etməkdə haqlıdır. Lakin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehdən tələb olunan 348 manat 85 qəpik məbləğində dəbbə pulunun (cərimənin) tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq hesab edir ki, dəbbə pulunun miqdarı 10 manatadək azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5937 manat əsas borc, 1761 manat faiz borcu, 10 manat cərimə olmaqla, cəmi 7708 manat borc alınıb İddiaçı MM QBKT-nın xeyrinə ödənilməli və iddia tələbi qalan hissədə təmin edilməməlidir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı MMM QBKT-nın adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 100 (yüz) manat 47 (qırx yeddi) qəpik dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq cavabdehdən 97 manat 08 qəpik dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1, müştərək qaydada 5937 manat əsas borc, 1761 manat faiz borcu, 10 manat cərimə və ödənilmiş 97 manat 08 qəpik dövlət rüsumu, cəmi 7805 (yeddi min səkkiz yüz beş) manat 08 (səkkiz) qəpik alınıb İddiaçı MM QBKT-nın xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov
Məhkəmə qərarları › İş №e-2(017)-462/2025
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-462/2025
16.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver