Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-479/2024 19.09.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, İddiaçı və onun nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə payların müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə payların müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək verdiyi izahatında göstərdi ki, xx.xx.2003-cü il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, onların 3 uşaqları anadan olmuşdur. 2003-cü ildən əri, uşaqları və qayınanası ilə birlikdə mübahisəli evdə yaşamışlar. X1 2014cü ildə vəfat etmişdir. Cavabdeh ilə aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Hazırda mübahisəli evdə yaşayır. Onun iddia ərizəsi üzrə mülki iş məhkəmədə baxıldığı ərəfədə mübahisəli fərdi yaşayış sahəsinə, yəni Ağcabədi şəhəri, Xəlfərəddin küçəsi, Yeni qaydalarla: AZ 0403, Ağcabədi rayonu, Ağcabədi şəhəri, Səid Rüstəmov küçəsi, giriş 10-a dair daşınmaz əmlakın reyestr nömrəsi **********41-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan Çıxarış alınmışdır. Həmin çıxarışa əsasən AZ 0403, Ağcabədi rayonu, Ağcabədi şəhəri, Səid Rüstəmov küçəsi, giriş 10-da yerləşən ümumi sahəsi 252,10 kv.metr fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0924 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh, X2 və İddiaçı ümumi birgə mülkiyyətinə verilmişdir. Lakin paylar müəyyən edilməmişdir. Ona görə də AZ 0403, Ağcabədi rayonu, Ağcabədi şəhəri, Səid Rüstəmov küçəsi, giriş 10-da yerləşən həyətyanı torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində tikilmiş fərdi yaşayış evinə payların müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə da eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etmədi və izahatında göstərdi ki, mübahisəli fərdi yaşayış evi ona valideynlərindən miras qalmışdır. Buna baxmayaraq yaşadıqları ünvanda yerləşən həyətyanı torpaq sahəsinə və fərdi yaşayış evinə çıxarış alınmışdır. Həmin çıxarışda mülkiyyətçi kimi 3 nəfərin - Cavabdeh, X2 və İddiaçı adları göstərilmişdir. Onların bir yerdə yaşamaları mümkün deyildir. Ona görə də iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq etməklə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə olan payların müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş Çıxarışın surətindən görünür ki, daşınmaz əmlakın reyestr nömrəsi **********41-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışa əsasən Ağcabədi şəhəri, Xəlfərəddin küçəsi, Yeni qaydalarla: AZ 0403, Ağcabədi rayonu, Ağcabədi şəhəri, Səid Rüstəmov küçəsi, giriş 10da yerləşən ümumi sahəsi 252,10 kv.metr fərdi yaşayış evi və 0,0924 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh, X2 və İddiaçı ümumi birgə mülkiyyətindədir. İş materiallarında olan ölüm haqqında akt qeydinin surətindən görünür ki, X6 xx.xx.2013-cü il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 21815 nömrəli ödəniş qəbzinin surətindən görünür ki, İddiaçı dövlət rüsumuna görə 50 manat pul ödəmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzinin surətindən görünür ki, Həsənova X3 Şurasının hesabına 50 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət hüququ toxunulmazdır. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsində qeyd edilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-220.6-cı maddələrinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 223.2-223.4-cü maddələrinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, daşınmaz əmlakın reyestr nömrəsi **********41-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışa əsasən Ağcabədi şəhəri, Xəlfərəddin küçəsi, Yeni qaydalarla: AZ 0403, Ağcabədi rayonu, Ağcabədi şəhəri, Səid Rüstəmov küçəsi, giriş 10-da yerləşən ümumi sahəsi 252,10 kv.metr fərdi yaşayış evi və 0,0924 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə Cavabdeh, X2 və İddiaçı ümumi birgə mülkiyyətindədir. X6 xx.xx.2013-cü il tarixdə ölmüşdür. Lakin onların hər birinin paylarına düşən hissə müəyyən edilməmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “ümumi paylı mülkiyyətdə payların müəyyən edilməsi” tələbinə dair iddiası təmin edilməli, daşınmaz əmlakın reyestr nömrəsi **********41-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışa əsasən xüsusi mülkiyyətdə olan Ağcabədi şəhəri, Xəlfərəddin küçəsi, Yeni qaydalarla: AZ 0403, Ağcabədi rayonu, Ağcabədi şəhəri, Səid Rüstəmov küçəsi, giriş 10-da yerləşən ümumi sahəsi 252,10 kv.metr fərdi yaşayış evinin və 0,0924 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinə Cavabdeh, 1/3 hissəsinə X2 və 1/3 hissəsinə İddiaçı payı olması müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, Cavabdeh mediasiya xərci üçün ödənilmiş 50 manat və dövlət rüsumuna görə ödənilmiş 50 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Daşınmaz əmlakın reyestr nömrəsi **********41-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2024-cü il olan çıxarışa əsasən xüsusi mülkiyyətdə olan Ağcabədi şəhəri, Xəlfərəddin küçəsi, Yeni qaydalarla: AZ 0403, Ağcabədi rayonu, Ağcabədi şəhəri, Səid Rüstəmov küçəsi, giriş 10-da yerləşən ümumi sahəsi 252,10 kv.metr fərdi yaşayış evinin və 0,0924 ha həyətyanı torpaq sahəsinin 1/3 hissəsinə Cavabdeh, 1/3 hissəsinə X2 və 1/3 hissəsinə İddiaçı payı olması müəyyən edilsin. Cavabdeh mediasiya xərci üçün ödənilmiş 50 manat və dövlət rüsumuna görə ödənilmiş 50 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №e-2(017)-479/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-479/2024
19.09.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver