Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-542/2024 05.04.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 8364,68 manat məbləğində əsas kredit borcu, 3061,47 manat məbləğində faiz borcu, 630,84 manat müqavilə şərtlərinin pozulması nəticəsində əldən çıxmış fayda, cəmi 12056,99 manat məbləğində borcun və ödənilmiş 127 manat dövlət rüsumunun tutularaq Bank Olmayan Kredit Təşkilatı İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə Bank Olmayan Kredit Təşkilatı İddiaçı arasında 21 noyabr 2019-cu il tarixli, L-BK-0049771-F saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh aylıq 3 %-lə, illik 36 %-lə 15 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən müştəri əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu hər ay bərabər məbləğdə ödəməli olduğu halda, kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış, bununlada müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh banka 8364,68 manat məbləğində əsas kredit borcu, 3061,47 manat məbləğində faiz borcu, 630,84 manat müqavilə şərtlərinin pozulması nəticəsində əldən çıxmış fayda, cəmi 12056,99 manat məbləğində borcu vardır. Ona görə də Cavabdeh ilə bank arasında bağlanmış 21 noyabr 2019-cu il tarixli, L-BK-0049771-F saylı kredit müqaviləsi üzrə Cavabdeh 8364,68 manat məbləğində əsas kredit borcu, 3061,47 manat məbləğində faiz borcu, 630,84 manat müqavilə şərtlərinin pozulması nəticəsində əldən çıxmış fayda, cəmi 12056,99 manat məbləğində borcun və ödənilmiş 127 manat dövlət rüsumunun Bank Olmayan Kredit Təşkilatı İddiaçı xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İşdə olan 21 noyabr 2019-cu il tarixli, L-BK-0049771-F saylı kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh aylıq 3 %-lə, illik 36 %-lə 15 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. İşdə olan 01 fevral 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 8364,68 manat məbləğində əsas kredit borcu, 3061,47 manat məbləğində faiz borcu, 630,84 manat müqavilə şərtlərinin pozulması nəticəsində əldən çıxmış fayda, cəmi 12056,99 manat məbləğində borcu vardır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bank Olmayan Kredit Təşkilatı İddiaçı ilə Cavabdeh arasında 21 noyabr 2019-cu il tarixli, L-BK-0049771-F saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh aylıq 3 %-lə, illik 36 %-lə 15 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən müştəri əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu hər ay bərabər məbləğdə ödəməli olduğu halda, kreditin ödənilməsini vaxtlı-vaxtında aparmamış, bununlada müqavilə üzrə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməyərək müqavilənin şərtlərini pozmuşdur. Cavabdeh banka 8364,68 manat məbləğində əsas kredit borcu, 3061,47 manat məbləğində faiz borcu, 630,84 manat müqavilə şərtlərinin pozulması nəticəsində əldən çıxmış fayda, cəmi 12056,99 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilərək Cavabdeh iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı xeyrinə 8364,68 manat məbləğində əsas kredit borcu, 3061,47 manat məbləğində faiz borcu, 630,84 manat müqavilə şərtlərinin pozulması nəticəsində əldən çıxmış fayda, cəmi 12056,99 manat məbləğində borc pul tutulmalıdır. İşdə olan 01 fevral 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçı tərəfindən 127 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş 127 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh xeyrinə 8364,68 manat məbləğində əsas kredit borcu, 3061,47 manat məbləğində faiz borcu, 630,84 manat müqavilə şərtlərinin pozulması nəticəsində əldən çıxmış fayda və ödənilmiş 127 manat dövlət rüsumu, cəmi 12183 (on iki min bir yüz səksən üç) manat 99 (doxsan doqquz) qəpik pul tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №e-2(017)-542/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-542/2024
05.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver