Məhkəmə qərarları › İş №e-2(017)-615/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-615/2025

18.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-615/2025 18.04.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X2 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, əmlakın boşaldılması və təhvil verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış, Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiqlənmiş 29 noyabr 2022-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi, ünvan 1ində yerləşən, ümumi sahəsi 85.8 kv.m olan fərdi yaşayış evindən və ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0.2 ha torpaq sahəsindən Cavabdeh1 və Cavabdeh2 çıxarılması, əmlakın boşaldılması və mülkiyyətçi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdlərdən bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında 29 noyabr 2022-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilə Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiqlənmişdir. Nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1ində yerləşən, ümumi sahəsi 85.8 kv.m olan fərdi yaşayış evini və ümumi sahəsi 0.2 ha torpaq sahəsini alıcı Cavabdeh1 7200 manata satılması razılaşdırılmışdır. Müqaviləyə əsasən alıcı Cavabdeh1 ilkin olaraq 3000 manat məbləği satıcı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Cavabdeh1 qalan 4200 manat məbləği isə 29 noyabr 2023-cü il tarixinədək hər 2 aydan bir dəfə 500 manat olmaqla 5 dəfə və sonuncu ödənişi isə 1700 manat olmaqla ödəniş etməyi öhdəsinə götürür. Lakin, alıcı tərəfindən müqavilədə nəzərdə tutulmuş tarixlərdə yalnız 5500 manat ödəniş edilmiş, qalan məbləğ ödənilməmişdir. Cavabdeh1 nisyə alqısatqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği Banka ödəməmişdir. Bununla da Cavabdeh1 nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyi Bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq pozmaqda davam edir. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 19-cu bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh1 19 sentyabr 2024-cü il tarixində müqavilənin ləğv edilməsinə dair təklif göndərilmiş, təklifə 10 gün müddətində rəsmicavab verilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh təklifə cavab verməmişdir. Hazırda ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 85.8 kv.m fərdi yaşayış evini və ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0.2 ha torpaq sahəsi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətindədir və bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş, 23 noyabr 2018-ci il qeydiyyat tarixli, daşınmaz əmlakın **********11- 10301 reyestr nömrəli çıxarış alınmışdır. Ağcabədi Rayonu İcra Hakimiyyəti Başçısının Yuxarı Qiyamadınlı İƏD üzrə nümayəndəliyinin 10 avqust 2022-cc il tarixli məktubuna əsasən ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 85.8 kv.m fərdi yaşayış evində Cavabdeh2 və X5 qeydiyyatdadırlar. Ona görə də, göstərdiklərini nəzərə alaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər heç bir məlumat vermədən məhkəməyə gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5- ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 29 noyabr 2022-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 85.8 kv.m fərdi yaşayış evini və ümumi sahəsi 0.2 ha torpaq sahəsinin alıcı Cavabdeh1 7200 manata satılması razılaşdırılmışdır. Müqaviləyə əsasən alıcı Cavabdeh1 ilkin olaraq 3000 manat məbləği satıcı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Cavabdeh1 qalan 4200 manat məbləği isə 29 noyabr 2023-cü il tarixinədək hər 2 aydan bir dəfə 500 manat olmaqla 5 dəfə və sonuncu ödənişi isə 1700 manat olmaqla ödəniş etməyi öhdəsinə götürür. İşdə olan 23 noyabr 2018-ci il qeydiyyat tarixli, daşınmaz əmlakın **********11- 10301 reyestr nömrəli Çıxarışdan görünür ki, ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 85.8 kv.m fərdi yaşayış evini və ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0.2 ha torpaq sahəsi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətindədir İşdə olan 19 sentyabr 2024-cü il tarixində müqavilənin ləğv edilməsinə dair təklifdən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 29 noyabr 2022-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən öhdəliyinin olması bildirilərək həmin müqaviləyə əsasən 5500 manat məbləğində pul məbləğini ödəməyi öhdəsinə götürməsinə baxmayaraq öhdəliyi lazımınca yerinə yetirmədiyinə görə ona müqavilənin ləğv edilməsi və evin boşaldılması təklif edilmişdir. Əks təqdirdə isə Bankın müqavilənin ləğvi və fərdi yaşayış evinin boşaldılması tələbi ilə məhkəməyə müraciət edəcəkləri barədə xəbərdarlıq etmişlər. Məhkəmə işdə olan rəsmi sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 29 noyabr 2022-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1idə yerləşən, ümumi sahəsi 85.8 kv.m fərdi yaşayış evini və ümumi sahəsi 0.2 ha torpaq sahəsinin alıcı Cavabdeh1 7200 manata satılması marədə razılaşdırılmışdır. Müqaviləyə əsasən alıcı Cavabdeh1 ilkin olaraq 3000 manat məbləği satıcı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməlidir. Cavabdeh1 qalan 4200 manat məbləği isə 29 noyabr 2023-cü il tarixinədək hər 2 aydan bir dəfə 500 manat olmaqla 5 dəfə və sonuncu ödənişi isə 1700 manat olmaqla ödəniş etməyi öhdəsinə götürmüşdür. AR ƏMDK yanında DƏDRX tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş çıxarışa əsasən 23 noyabr 2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində ********** nömrəsi ilə qeydiyyat aparılaraq, həmin mənzilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyət hüququ təsdiq edilmiş və hal-hazırda da mənzilin mülkiyyətçisi İddiaçı Qapalı Səhmdar Cəmiyyətidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 567-ci madldəsinin tələbinə görə alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edimb əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. İş materiallarından göründüyü kimi Cavabdeh1 ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış 29 noyabr 2022-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətində olan ünvan 1idə yerləşən, ümumi sahəsi 85.8 kv.m olan fərdi yaşayış evini və ümumi sahəsi 0.2 ha torpaq sahəsini alıcı Cavabdeh1 7200 manata satılması razılaşdırılmışdır. Müqaviləyə əsasən alıcı Cavabdeh1 ilkin olaraq 3000 manat məbləği satıcı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Cavabdeh1 qalan 4200 manat məbləği isə 29 noyabr 2023-cü il tarixinədək hər 2 aydan bir dəfə 500 manat olmaqla 5 dəfə və sonuncu ödənişi isə 1700 manat olmaqla ödəniş etməyi öhdəsinə götürməsinə baxmayaraq öhdəliyi lazımınca yerinə yetirmədiyinə görə ona öhdəliyi yerinə yetirmək üçün 10 təqvim günü vaxt verilmiş, əks təqdirdə isə Bankın müqavilənin ləğvi və fərdi yaşayış evinin boşaldılması tələbi ilə məhkəməyə müraciət edəcəkləri barədə xəbərdarlıq edilsə də, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X1 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 29 noyabr 2022-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilməli, ünvan 1ində yerləşən, ümumi sahəsi 85.8 kv.m olan fərdi yaşayış evi və ünvan 1idə yerləşən, ümumi sahəsi 0.2 ha torpaq sahəsindən Cavabdeh1 və Cavabdeh2 çıxarılmalı, əmlak boşaldılmalı və mülkiyyətçi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilməlidir. İşdə olan 03 dekabr 2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iş üzrə 100 manat dövlət rüsumu iddiaçı tərəfindən ödənildiyindən həmin məbləğ də cavabdehlərə aid edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214-220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia tələbi təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 29 noyabr 2022-ci il tarixli, AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1idə yerləşən, ümumi sahəsi 85.8 kv.m olan fərdi yaşayış evi və ünvan 1ində yerləşən, ümumi sahəsi 0.2 ha torpaq sahəsindən çıxarısın, əmlak boşaldılsın və mülkiyyətçi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 100 (bir yüz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar