Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-660/2024 29.03.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 09 mart 2023-cü il tarixli, GTZK0116399B299 saylı elektron kredit müqaviləsinə əsasən 1748,99 manat əsas borc, 148,89 manat faiz borcu, cəmi 1897,88 manat borc və ödənilmiş 38,98 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında elektron qaydada bağlanmış 09 mart 2023-cü il tarixli, GTZK0116399B299 saylı elektron kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdein kartına 35 ay müddətinə, illik 20 % olmaqla, 1915 manat məbləğində pul mədaxil edilmişdir. Elektron kredit müqaviləsinə əsasən Cavabdeh ödəməli olduğu krediti və ona hesablanmış faizləri banka ödəməkdən yayınaraq üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə və bildirişlər göndərilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayınmışdır. 08 fevral 2024-cü il tarixə cavabdehin iddiaçıya 09 mart 2023-cü il tarixli, GTZK0116399B299 saylı elektron kredit müqaviləsinə əsasən 1748,99 manat əsas borc, 148,89 manat faiz borcu, cəmi 1897,88 manat borcu vardır. Ona görə də, cavabdeh 09 mart 2023-cü il tarixli, GTZK0116399B299 saylı elektron kredit müqaviləsinə əsasən 1748,99 manat əsas borc, 148,89 manat faiz borcu, cəmi 1897,88 manat borc və ödənilmiş 38,98 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin, cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 09 mart 2023-cü il tarixli, GTZK0116399B299 saylı elektron kredit müqaviləsindən görünür ki, bu müqavilə 35 ay müddətinə, illik 20 % olmaqla, 1915 manat məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 13 fevral 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 18 yanvar 2024-cü il tarixə cavabdehin iddiaçıya 09 mart 2023-cü il tarixli, GTZK0116399B299 saylı elektron kredit müqaviləsinə əsasən 1748,99 manat əsas borc, 148,89 manat faiz borcu, cəmi 1897,88 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 09 mart 2023-cü il tarixli, GTZK0116399B299 saylı elektron kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdein kartına 35 ay müddətinə, illik 20 % olmaqla, 1915 manat məbləğində pul mədaxil edilmişdir. Elektron kredit müqaviləsinə əsasən Cavabdeh ödəməli olduğu krediti və ona hesablanmış faizləri banka ödəməkdən yayınaraq üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə və bildirişlər göndərilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayınmışdır. 08 fevral 2024-cü il tarixə cavabdehin iddiaçıya 09 mart 2023-cü il tarixli, GTZK0116399B299 saylı elektron kredit müqaviləsinə əsasən 1748,99 manat əsas borc, 148,89 manat faiz borcu, cəmi 1897,88 manat borcu vardır. Ona görə də, cavabdeh 09 mart 2023-cü il tarixli, GTZK0116399B299 saylı elektron kredit müqaviləsinə əsasən 1748,99 manat əsas borc, 148,89 manat faiz borcu, cəmi 1897,88 manat borcu yaranmışdır. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 09 mart 2023-cü il tarixli, GTZK0116399B299 saylı elektron kredit müqaviləsinə əsasən 1748,99 manat əsas borc, 148,89 manat faiz borcu, cəmi 1897,88 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 09 mart 2023-cü il tarixli, GTZK0116399B299 saylı elektron kredit müqaviləsinə əsasən 1748,99 manat əsas borc, 148,89 manat faiz borcu, cəmi 1897,88 manat borcu vardır. Ona görə də, cavabdeh 09 mart 2023-cü il tarixli, GTZK0116399B299 saylı elektron kredit müqaviləsinə əsasən 1748,99 manat əsas borc, 148,89 manat faiz borcu, cəmi 1897,88 manat borc alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş 12 fevral 2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 38,98 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 38,98 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1748,99 manat əsas borc, 148,89 manat faiz borcu və ödənilmiş 38,98 manat dövlət rüsumu, cəmi 1936 (bir min doqquz otuz otuz altı) manat 86 (səksən altı) qəpik alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev
Məhkəmə qərarları › İş №e-2(017)-660/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-660/2024
29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver