Məhkəmə qərarları › İş №e-2(017)-697/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-697/2025

05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-697/2025 05.03.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nuriyev Rəşad Mövsüm oğlunun sədrliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbi barədə kiçik iddia ərizəsinə dair işə baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 22 yanvar 2024-cü il tarixli, RGTK5952310B299 saylı elektron kredit müqaviləsinə əsasən 1518,26 manat əsas borc, 133,33 manat faiz borcu, cəmi 1651,59 manat borc və ödənilmiş 36,52 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında elektron qaydada bağlanmış 22 yanvar 2024-cü il tarixli, RGTK5952310B299 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 22 %-lə ödəmək şərti ilə 1653,03 manat məbləğində pul mədaxil edilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh ödəməli olduğu krediti və ona hesablanmış faizləri banka ödəməkdən yayınaraq üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə və bildirişlər göndərilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayınmışdır. 09 yanvar 2025-ci il tarixə cavabdehin iddiaçıya 22 yanvar 2024-cü il tarixli, RGTK5952310B299 saylı kredit müqaviləsinə əsasən 1518,26 manat əsas borc, 133,33 manat faiz borcu, cəmi 1651,59 manat borcu vardır. Ona görə də, cavabdehdən 22 yanvar 2024-cü il tarixli, RGTK5952310B299 saylı elektron kredit müqaviləsinə əsasən 1518,26 manat əsas borc, 133,33 manat faiz borcu, cəmi 1651,59 manat borc və ödənilmiş 36,52 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda 10 iş günü müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu bildirilmişdir. Lakin, cavabdehdən ərizəyə dair etiraz daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən işə iddiaçının təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmasını mümkün hesab edir. İşdə olan 22 yanvar 2024-cü il tarixli, RGTK5952310B299 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilə 36 ay müddətinə illik 22 %-lə ödəmək şərti ilə 1653,03 manat məbləğində kreditin verilməsi ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmışdır. İşdə olan 15 yanvar 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 09 yanvar 2025-ci il tarixə cavabdehin iddiaçıya 22 yanvar 2024-cü il tarixli, RGTK5952310B299 saylı elektron kredit müqaviləsinə əsasən 1518,26 manat əsas borc, 133,33 manat faiz borcu, cəmi 1651,59 manat borcu vardır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv araşdırıb, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. İş materialları araşdırılarkən müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 22 yanvar 2024-cü il tarixli, RGTK5952310B299 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 22 %lə ödəmək şərti ilə 1653,03 manat məbləğində pul mədaxil edilmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh ödəməli olduğu krediti və ona hesablanmış faizləri banka ödəməkdən yayınaraq üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Borcun ödənilməsi barədə cavabdehə xəbərdarlıq edilməsinə və bildirişlər göndərilməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə olan borcunu ödəməkdən yayınmışdır. 09 yanvar 2025-ci il tarixə cavabdehin iddiaçıya 22 yanvar 2024-cü il tarixli, RGTK5952310B299 saylı kredit müqaviləsinə əsasən 1518,26 manat əsas borc, 133,33 manat faiz borcu, cəmi 1651,59 manat borcu vardır. Ona görə də, cavabdehdən 22 yanvar 2024-cü il tarixli, RGTK5952310B299 saylı elektron kredit müqaviləsinə əsasən 1518,26 manat əsas borc, 133,33 manat faiz borcu, cəmi 1651,59 manat borcun tutulmasını tələb etməkdə haqlıdır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 22 yanvar 2024-cü il tarixli, RGTK5952310B299 saylı elektron kredit müqaviləsinə əsasən 1518,26 manat əsas borc, 133,33 manat faiz borcu, cəmi 1651,59 manat borcu vardır. Ona görə də, cavabdeh 22 yanvar 2024-cü il tarixli, RGTK5952310B299 saylı elektron kredit müqaviləsinə əsasən 1518,26 manat əsas borc, 133,33 manat faiz borcu, cəmi 1651,59 manat borc alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İş materiallarına əlavə edilmiş 15 yanvar 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 36,52 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, ödənilmiş 36,52 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-6-cı maddəsinə əsasən, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 1518,26 manat əsas borc, 133,33 manat faiz borcu və ödənilmiş 36,52 manat dövlət rüsumu, cəmi 1688 (bir min altı yüz səksən səkkiz) manat 11 (on bir) qəpik alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Rəşad Nuriyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar