Məhkəmə qərarları › İş №e-2(017)-732/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-732/2024

20.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-732/2024 20.06.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Komersiya Bankı (Ləğv Prosesindədir) Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Komersiya Bankı (Ləğv Prosesindədir) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2013-cü il tarixli 1xx/xx/27878/13 saylı müqavilə üzrə 3847 manat 24 qəpik əsas borc, 57 manat 75 qəpik faiz borcu, 2074 manat 19 qəpik cərimə kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-ci il tarixli Plenum qərarına əsasən illik 5% olmaqla hesablanmış 1231 manat 72 qəpik faiz borcu və ödənilmiş 92 manat 11 qəpik dövlət rüsumu alınaraq Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Komersiya Bankı (Ləğv Prosesindədir) iddia ərizəsini onunla əsaslandırmışdır ki, Ləğv prosesində olan QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1xx/xx/27878/13 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə, illik 25% ödəmək şərti ilə 5000 manat məbləğində kredit verilmişdir. Sonradan Cavabdeh müraciətinə əsasən xx.xx.2013-cü il tarixli 1xx/xx/27878/13 saylı kredit müqaviləsinə xx.xx.2014-cü il tarixli 1 saylı Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən əsas kredit xətt müqaviləsinin 1.1-ci bəndində göstərilən 5000 manat məbləğ artırılaraq 10000 manat vəsait cavabdehin ******************** saylı hesabına daxil edilmişdir. xx.xx.2014-cü il tarixli 1 saylı Əlavə Saziş müqaviləsinin 1.3 bəndinə əsasən kredit xətt müddəti xx.xx.2015-ci il tarixədək uzadılmışdır. Sonradan Cavabdeh müraciətinə əsasən xx.xx.2013-cü il tarixli 1xx/xx/27878/13 saylı kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli 2 saylı Əlavə Saziş bağlanmışdır. xx.xx.2015-ci il tarixli 02 saylı Əlavə Saziş müqaviləsinin 1.3-cü bəndinə əsasən kredit xətt müddəti xx.xx.2016-cı il tarixədək uzadılmışdır. Lakin, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin banka ödənilməmiş 3847 manat 24 qəpik əsas borc, 57 manat 75 qəpik faiz borcu, 2074 manat 19 qəpik cərimə kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-ci il tarixli Plenum qərarına əsasən illik 5% olmaqla hesablanmış 1231 manat 72 qəpik faiz borcu vardır. Ona görə də, Cavabdeh 3847 manat 24 qəpik əsas borc, 57 manat 75 qəpik faiz borcu, 2074 manat 19 qəpik cərimə kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-ci il tarixli Plenum qərarına əsasən illik 5% olmaqla hesablanmış 1231 manat 72 qəpik faiz borcu və ödənilmiş 92 manat 11 qəpik dövlət rüsumu alınaraq Ləğv prosesində olan QSC “Bank Standard” KB-nın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Komersiya Bankı (Ləğv Prosesindədir) nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin tərəfindən iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət edildiyindən iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan 22 fevral 2013-cü il tarixli, 1xx/xx/27878/13 saylı kredit müqaviləsindən görünür ki, Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Komersiya Bankı (Ləğv Prosesindədir) Cavabdeh illik 25 % faiz ödəməsi şərtilə, 12 ay müddətinə 5000 manat məbləğində kredit vermişdir. İşdə olan 22 fevral 2013-cü il tarixli, 1xx/xx/27878/13 saylı kredit xətt müqaviləsinə 01 saylı Əlavə Sazişdən görünür ki, cavabdehin müraciətinə əsasən xx.xx.2013-cü il tarixli 1xx/xx/27878/13 saylı kredit müqaviləsinə xx.xx.2014-cü il tarixli 1 saylı Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən əsas kredit xətt müqaviləsinin 1.1-ci bəndində göstərilən 5000 manat məbləğ artırılaraq 10000 manat vəsait cavabdehin ******************** saylı hesabına daxil edilmişdir. İşdə olan 22 fevral 2013-cü il tarixli, 1xx/xx/27878/13 saylı kredit xətt müqaviləsinə 02 saylı Əlavə Sazişdən görünür ki, cavabdehin müraciətinə əsasən xx.xx.2015-ci il tarixli 2 saylı Əlavə Saziş bağlanmışdır. xx.xx.2015-ci il tarixli 02 saylı Əlavə Saziş müqaviləsinin 1.3-cü bəndinə əsasən kredit xətt müddəti xx.xx.2016-cı il tarixədək uzadılmışdır. İşdə olan 19 sentyabr 2018-ci il tarixli cavabdehin ünvanına göndərilmiş bildirişdən görünür ki, Cavabdeh ödənilməmiş 3847 manat 24 qəpik əsas borc, 57 manat 75 qəpik faiz borcu, 2074 manat 19 qəpik cərimə borcu vardır. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia tələbi müddət keçdiyi üçün təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Konatitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Beləliklə, işdə olan sübutlarla cavabdehin iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-kı ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya borcunun yarandığı təsdiq olunur və iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin Cavabdeh 3847 manat 24 qəpik əsas borc, 57 manat 75 qəpik faiz borcu, 2074 manat 19 qəpik cərimə kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-ci il tarixli Plenum qərarına əsasən illik 5% olmaqla hesablanmış 1231 manat 72 qəpik faiz borcunu tələb etməkdə haqlıdır. Lakin, iddiaçı Ləğv prosesində olan QSC “Bank Standard” KB-nin yuxarıda qeyd olunan məbləğdə pulun cavabdehdən alınması ilə bağlı iddiasını, iddia müddətini üzrsüz səbəbdən ötürməklə məhkəməyə vermiş, Cavabdeh da iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə təqdim etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinin tələbinə görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəffndən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina etməsində qərar çıxarması üçün əsasdır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekbar 2001-ci il tarixli, qərarında göstərilir ki, iddia müddəti birinci növbədə hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair» 03 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. «L.İ.Binnətovanın şikayəti üzrə» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında göstərilir ki, iddia müddətinin tətbiqi barədə ərizənin verilməsi qaydasını (subyekt, forma, verilmə anı, məzmun – iddia müddətlərinin keçməsini əks etdirən konkret faktoloji əsas və onun nəticəsində yaranan maddi-hüquq tələbi) ehtiva edən maddi hüquq normasının mövcudluğu, onun daxilində iddia müddətinin tətbiqi ilə bağlı məsələnin həllinin tənzimlənməsi, habelə maddi normanın hüquqyaradıcı və hüququ təminedici təbiəti bir qayda olaraq onun hüququn müdafiəsində prosessual normanı qabaqlamasını tələb edir. Avropa İnsan Hüquqları Məhkəməsi, analoji hüquqi mövqedən çıxış edərək, «Miragall Eskolano və digərləri İspaniyaya qarşı» iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İş materialları ilə müəyyən edilmişdir ki, Ləğv prosesində olan QSC “Bank Standard” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1xx/xx/27878/13 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə, illik 25% ödəmək şərti ilə 5000 manat məbləğində kredit verilmiş, sonradan Cavabdeh müraciətinə əsasən xx.xx.2013-cü il tarixli 1xx/xx/27878/13 saylı kredit müqaviləsinə xx.xx.2014-cü il tarixli 1 saylı Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən əsas kredit xətt müqaviləsinin 1.1-ci bəndində göstərilən 5000 manat məbləğ artırılaraq 10000 manat vəsait cavabdehin ******************** saylı hesabına daxil edilmişdir. xx.xx.2014-cü il tarixli 1 saylı Əlavə Saziş müqaviləsinin 1.3 bəndinə əsasən kredit xətt müddəti xx.xx.2015-ci il tarixədək uzadılmışdır. Sonradan Cavabdeh müraciətinə əsasən xx.xx.2013-cü il tarixli 1xx/xx/27878/13 saylı kredit müqaviləsinə xx.xx.2015-ci il tarixli 2 saylı Əlavə Saziş bağlanmışdır. xx.xx.2015-ci il tarixli 02 saylı Əlavə Saziş müqaviləsinin 1.3-cü bəndinə əsasən kredit xətt müddəti xx.xx.2016-cı il tarixdə bitmişdir.Buradan da göründüyü kimi iddiaçı iddia müddətini keçirməklə məhkəməyə müraciət etmiş və Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə ünvanlamışdır. Belə olan halda məhkəmə həmçinin hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə iddia müddəti keçmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Komersiya Bankı (Ləğv Prosesindədir) Cavabdeh qarşı 3847 manat 24 qəpik əsas borc, 57 manat 75 qəpik faiz borcu, 2074 manat 19 qəpik cərimə kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-ci il tarixli Plenum qərarına əsasən illik 5% olmaqla hesablanmış 1231 manat 72 qəpik faiz borcunu cavabdehdən alınaraq Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Komersiya Bankının xeyrinə ödənilməsi barədə iddiası iddia müddətinin ötürülməsi səbəbindən təmin edilməməlidir. İşdə olan 21 fevral 2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Komersiya Bankı tərəfindən 92 manat 11 qəpik dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 92 manat 11 qəpik dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilməsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Komersiya Bankı (Ləğv Prosesindədir) Cavabdeh qarşı 3847 manat 24 qəpik əsas borc, 57 manat 75 qəpik faiz borcu, 2074 manat 19 qəpik cərimə 1231 manat 72 qəpik kredit müqaviləsi bitdikdən sonra Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-ci il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu, cəmi 7210 manat 90 qəpik alınaraq Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Komersiya Bankının xeyrinə ödənilməsi barədə iddiası rədd edilsin. Ödənilmiş 92 manat 11 qəpik dövlət rüsumu iddiaçı Ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti «Bank Standard» Komersiya Bankına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar