Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-776/2024 21.05.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, iddiaçı "xxxx" qapalı səhmdar cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi, qeyri yaşayış binasından və torpaq sahəsindən çıxarılma və əmlakların boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “istifadə hüququna xitam verilməsi, qeyri yaşayış binasından və torpaq sahəsindən çıxarılma və əmlakların boşaldılaraq təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" qapalı səhmdar cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə etdi və izahatında göstərdi ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2017ci il tarixli 2(017)-1314/2017 nömrəli qətnaməsinə əsasən AccessBank qapalı səhmdar cəmiyyəti ilə bağlanmış xx.xx.2009-cu il tarixli kredit xətti müqaviləsinə əsasən xx.xx.2010cu il tarixli 15R000002254 nömrəli kredit razılaşması üzrə əsas borc 14554,51 ABŞ dollar, əsas məbləğə hesablanmış faiz borcu 4080,92 ABŞ dollar, 200 ABŞ dolları dəbbə pulu; xx.xx.2011-ci il tarixli 15R000002828 nömrəli kredit razılaşması üzrə əsas borc 3824,72 ABŞ dollar, əsas məbləğə hesablanmış faiz borcu 1084,31 ABŞ dolları, 50 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla, ümumilikdə 23794,46 ABŞ dolları borcu, bildirişlərin qeydə alınması üçün ödənilmiş 20 manat və 42 manat xidmət haqqı, həmçinin 15 manat dövlət rüsumu cavabdehlər Cavabdeh və X3 müştərək qaydada alınaraq AccessBank qapalı səhmdar cəmiyyətinin xeyrinə ödənilməsi, tələbin ipoteka predmeti olan, Ağcabədi şəhəri, 28 may küçəsi 31-də istifadədə olan 0,006352 ha torpaq sahəsində yerləşən qeyriyaşayış binası və Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 0,10 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlaklar açıq hərrac yolu ilə satılaraq satışdan əldə olunan vəsait hesabına kredit borcunun AccessBank qapalı səhmdar cəmiyyətinə ödənilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsait qətnamənin icrası üçün kifayət etmədikdə qalan borc məbləği cavabdehlər Cavabdeh və X3 ümumi qaydada alınması qət edilmişdir. Qətnamədən apellyasiya və kassasiya şikayətləri verilmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Hazırda Ağcabədi şəhəri, 28 may küçəsi 31-də istifadədə olan 0,006352 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binası və Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 0,10 ha torpaq sahəsi AccessBank qapalı səhmdar cəmiyyətinin mülkiyyətindədir. Bu barədə iddiaçı təşkilatın adına Cıxarışlar alınmışdır. Buna baxmayaraq cavabdeh bu gündə həmin əmlaklardan istifadə edir. Cavabdehə xəbərdarlıq məktubları göndərilmiş, lakin əmlaklar boşaldılaraq iddiaçıya təhvil verilməmişdir. Bu da mülkiyyətçi kimi iddiaçının hüquqlarının həyata keçirilməsinə mane olur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini, Cavabdeh Ağcabədi şəhəri, 28 may küçəsi 31-də istifadədə olan 0,006352 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına və Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 0,10 ha torpaq sahəsinə istifadə hüquqlarının itirilməklə onun qeyri-yaşayış binasından və torpaq sahəsindən çıxarılması və əmlakların boşaldılaraq İddiaçı QSC-yə təhvil verilməsi və iddia qaldırılması üçün dövlət rüsumuna görə ödənilmiş 100 manat pulun cavabdehdən alınaraq İddiaçı QSC-yə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etdi və izahatında göstərdi ki, pul götürülüb qeyri-yaşayış və torpaq sahəsi ipoteka qoyulmuşdur. Borc ipotekaya yönəldilmiş, hazırda adı çəkilən əmlaklar iddiaçının mülkiyyətindədir. İstənilən vaxt əmlaklarına sahib çıxa bilərlər. İddianın təmin edilməsinə etirazı yoxdur. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışların surətindən görünür ki, aşağıdakı əmlaklar: -Ağcabədi şəhəri, 28 may küçəsi 31-də istifadədə olan 0,006352 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 53,10 kv.metr olan qeyri-yaşayış binası (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022); -Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 0,10 ha torpaq sahəsi (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022) İddiaçı ASC-nin adına qeydiyyatdan keçmişdir. İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh əmlakların könüllü olaraq boşaldılması və banka təhvil verilməsi barədə xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsində göstərilir ki, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” avropa Konvensiyası presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələrə Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marksın Belçikaya qarşı” işində şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir”. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında göstərilən mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Yuxarıda qeyd olunan Konstitusiya normalarını özündə ehtiva edən və onu daha da inkişaf etdirən Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi mülkiyyət hüququnun tanınması və müdafiə olunması üçün hüquqi mexanizmləri, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtlərini müəyyənləşdirmişdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 153.3-cü maddəyə görə isə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka mülkiyyət hüququnun, əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər. Məhkəmə iclasında müəyyən olundu ki, Ağcabədi şəhəri, 28 may küçəsi 31-də istifadədə olan 0,006352 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 53,10 kv.metr olan qeyri-yaşayış binası (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022) və Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 0,10 ha torpaq sahəsi (qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022) İddiaçı ASC-nin adına qeydiyyatdan keçmişdir. Bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlara əsasən iddiaçı mülkiyyət hüququ əldə etmişdir. Bank tərəfindən Cavabdeh əmlakların könüllü olaraq boşaldılması və banka təhvil verilməsi barədə xəbərdarlıq olunmuşdur. Hazırda qeyd olunan əmlaklar Cavabdeh tərəfindən boşaldılaraq banka təhvil verilməmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı ASC-nin xüsusi mülkiyyətində olan əmlaklardan istifadə etməsi, hazırda bankın mülkiyyətində olan torpaq və qeyri-yaşayış sahəsini boşaldaraq iddiaçıya təhvil verməməsi sonuncunun öz əmlakına istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və üzərində sərəncam vermək hüquqlarını kobud surətdə pozur. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh qarşı iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh Ağcabədi şəhəri, 28 may küçəsi 31-də istifadədə olan 0,006352 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasına və Ağcabədi şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən 0,10 ha torpaq sahəsinə istifadə hüquqlarına xitam verilsin və həmin qeyriyaşayış binası və torpaq sahəsindən çıxarılsın; qeyri-yaşayış binası və torpaq sahəsi boşaldılaraq İddiaçı QSC-yə təhvil verilsin Cavabdeh 100 manat dövlət rüsumu alınaraq İddiaçı QSC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev
Məhkəmə qərarları › İş №e-2(017)-776/2024
Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-776/2024
21.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver