Məhkəmə qərarları › İş №e-2(017)-792/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-792/2024

30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-792/2024 30.05.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsi hakim Quliyev Etibar Bəhrəm oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli, RGRR1655873B299 nömrəli kredit müqaviləsi üzrə 7496,24 manat məbləğində əsas borc, 883,17 manat məbləğində faiz borc, cəmi 8379,41 manat borc; xx.xx.2023-cü il tarixli, BRCB0204494B299 nömrəli birbank cashback kredit xətti müqaviləsi üzrə 257,68 manat məbləğində əsas borc, 60,91 manat məbləğində faiz borc, cəmi 318,59 manat borc, xx.xx.2023-cü il tarixli, BUMM1115332B299 nömrəli kredit və hesab müqaviləsi üzrə 607,71 manat məbləğində əsas borc, 93,11 manat məbləğində faiz borc, cəmi 700,82 manat borc, həmçinin ödənilmiş 113,99 manat dövlət rüsumunun "xxxx" ASC-nın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RGRR1655873B299 nömrəli kredit müqaviləsinə əsasən illik 28 faizlə 24 ay müddətinə bankdan 8000 manat, xx.xx.2023-cü il tarixli, BRCB0204494B299 nömrəli kredit müqaviləsinə əsasən 300 manat məbləğində kredit xətti və xx.xx.2023-cü il tarixli, BUMM1115332B299 nömrəli kredit müqaviləsinə əsasən illik 25 faizlə 36 ay müddətinə 690 manat məbləğində kredit xətti açılmışdır. Bank üzərinə götürdüyü öhdəliyi tam icra etmişdir. "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtləri cavabdeh tərəfindən pozulmuş, kreditin əsas məbləği və ona hesablanmış faizlərin ödənilməsi kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirilmişdir. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq öhdəliyi icra etməmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixə xx.xx.2023-cü il tarixli, RGRR1655873B299 nömrəli kredit müqaviləsi üzrə 7496,24 manat məbləğində əsas borc, 883,17 manat məbləğində faiz borc, cəmi 8379,41 manat borcu; xx.xx.2023-cü il tarixli, BRCB0204494B299 nömrəli kredit kartına dair müqavilə üzrə 257,68 manat məbləğində əsas borc, 60,91 manat məbləğində faiz borc, cəmi 318,59 manat məbləğində borcu; xx.xx.2023-cü il tarixli, BUMM1115332B299 nömrəli kredit kartına dair müqavilə üzrə 607,71 manat məbləğində əsas borc, 93,11 manat məbləğində faiz borc, cəmi 700,82 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Ona görə də həmin borcun, həmçinin ödənilmiş 113,99 manat dövlət rüsumunun "xxxx" ASC-nın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərək məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli, RGRR1655873B299 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh illik faiz dərəcəsi 28 faiz olmaqla, 24 ay müddətinə 8000 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, BRCB0204494B299 nömrəli birbank cashback kredit xətti müqaviləsinin surətindən görünür ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh 300 manat məbləğində kredit xətti açılmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli, BUMM1115332B299 nömrəli kredit və hesab müqaviləsinin surətindən görünür ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh illik faiz dərəcəsi 25 faiz olmaqla, 36 ay müddətinə 600 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixə xx.xx.2023-cü il tarixli, RGRR1655873B299 nömrəli kredit müqaviləsi üzrə 7496,24 manat məbləğində əsas borc, 883,17 manat məbləğində faiz borc, cəmi 8379,41 manat borcu; xx.xx.2023-cü il tarixli, BRCB0204494B299 nömrəli kredit kartına dair müqavilə üzrə 257,68 manat məbləğində əsas borc, 60,91 manat məbləğində faiz borc, cəmi 318,59 manat məbləğində borcu; xx.xx.2023-cü il tarixli, BUMM1115332B299 nömrəli kredit kartına dair müqavilə üzrə 607,71 manat məbləğində əsas borc, 93,11 manat məbləğində faiz borc, cəmi 700,82 manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər başa düşülür. Həmin məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə (cərimə, penya) pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə təsdiq olundu ki, Cavabdeh ilə "xxxx" ASC arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilələr üzrə Bank üzərinə düşən öhdəliyi tam yerinə yetirmiş, Cavabdeh xx.xx.2023-cü il tarixli, RGRR1655873B299 nömrəli kredit müqaviləsinə əsasən illik 28 faizlə 24 ay müddətinə bankdan 8000 manat, xx.xx.2023-cü il tarixli, BRCB0204494B299 nömrəli kredit müqaviləsinə əsasən 300 manat məbləğində kredit xətti və xx.xx.2023-cü il tarixli, BUMM1115332B299 nömrəli kredit müqaviləsinə əsasən illik 25 faizlə 36 ay müddətinə 690 manat məbləğində kredit xətti açılmışdır. Bank üzərinə götürdüyü öhdəliyi tam icra etmişdir. "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin şərtləri cavabdeh tərəfindən pozulmuş, kreditin əsas məbləği və ona hesablanmış faizlərin ödənilməsi kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirilmişdir. Cavabdehə bu barədə dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq öhdəliyi icra etməmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixə xx.xx.2023-cü il tarixli, RGRR1655873B299 nömrəli kredit müqaviləsi üzrə 7496,24 manat məbləğində əsas borc, 883,17 manat məbləğində faiz borc, cəmi 8379,41 manat borcu; xx.xx.2023-cü il tarixli, BRCB0204494B299 nömrəli kredit kartına dair müqavilə üzrə 257,68 manat məbləğində əsas borc, 60,91 manat məbləğində faiz borc, cəmi 318,59 manat məbləğində borcu; xx.xx.2023-cü il tarixli, BUMM1115332B299 nömrəli kredit kartına dair müqavilə üzrə 607,71 manat məbləğində əsas borc, 93,11 manat məbləğində faiz borc, cəmi 700,82 manat məbləğində borcu ödənilməmiş qalmışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli, RGRR1655873B299 nömrəli kredit müqaviləsi üzrə 7496,24 manat məbləğində əsas borc, 883,17 manat məbləğində faiz borc, cəmi 8379,41 manat borc; xx.xx.2023-cü il tarixli, BRCB0204494B299 nömrəli kredit kartına dair müqavilə üzrə 257,68 manat məbləğində əsas borc, 60,91 manat məbləğində faiz borc, cəmi 318,59 manat məbləğində borc; xx.xx.2023-cü il tarixli, BUMM1115332B299 nömrəli kredit kartına dair müqavilə üzrə 607,71 manat məbləğində əsas borc, 93,11 manat məbləğində faiz borc, cəmi 700,82 manat məbləğində borc, ümumilikdə 9398,82 manat məbləğində borc və 113,99 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, RGRR1655873B299 nömrəli kredit müqaviləsi üzrə 7496,24 manat məbləğində əsas borc, 883,17 manat məbləğində faiz borc, cəmi 8379,41 manat borc; xx.xx.2023-cü il tarixli, BRCB0204494B299 nömrəli kredit kartına dair müqavilə üzrə 257,68 manat məbləğində əsas borc, 60,91 manat məbləğində faiz borc, cəmi 318,59 manat məbləğində borc; xx.xx.2023-cü il tarixli, BUMM1115332B299 nömrəli kredit kartına dair müqavilə üzrə 607,71 manat məbləğində əsas borc, 93,11 manat məbləğində faiz borc, cəmi 700,82 manat məbləğində borc, ümumilikdə 9398,82 manat məbləğində borc və dövlət rüsumuna görə ödənilmiş 113,99 manat pul Cavabdeh alınaraq "xxxx" ASC-nın xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar