Məhkəmə qərarları › İş №e-2(017)-829/2024

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-829/2024

30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-829/2024 30.04.2024 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Ağcabədi Rayon Məhkəməsinin hakimi Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Muradov Malik Maarif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcunun və dövlət rüsumunun ödənilməsi» tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Ağcabədi Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci ilədək illik 29 faiz ödəmək şərti ilə 300 manat məbləğində kredit limiti açılmışdır. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımı qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinə 300 manat əsas kredit borcu, 135,93 manat faiz borcu, 50,84 manat cərimə borcu olmaqla, və 3 manat komisyon haqqı, cəmi 489,77 manat məbləğində pul borcu yaranmışdır. İddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh kredit müqaviləsinə əsasən 300 manat əsas kredit borcunun, 135,93 manat faiz borcunun, 50,84 manat cərimə borcu, 3 manat komisyon haqqı, cəmi 489,77 məbləğində pul borcunun və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 120 ay müddətinə illik 35 faizədək 20000 manat məbləğində kredit limiti açılmışdır. İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh arasında şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh öhdəliyin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 300 manat əsas kredit borcu, 135,93 faiz borcu, 50,84 manat cərimə borcu, cəmi 321,11 manat məbləğində pul borcu var. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti məhkəməyə müraciət etməsi üçün dövlət büdcəsinə 30,40 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyi üçün məhkəmə hesab edir ki, iddia təmin olunmalı, tərəflər arasında bağlanmış kredit razılaşmasına əsasən banka olan borc cavabdehdən alınaraq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30,40 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 300 manat əsas kredit borcu, 135,93 manat faiz borcu, cəmi 50,84 manat cərimə borcu, 3 manat komisyon haqqı, cəmi 489,77 manat məbləğində pulvə 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən 01 (bir) ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sulduz Ləzimov Azяrbaycan Respublikasы Ağcabədi Rайон Mяhkяmяsi Почт индекси 0403, Ağcabədi шящяри Тел: (021) 275-18-80 Ü.Hacıbəyli prospekti №153 Faks: (021) 275-18-80 www. ъонтаът@aghjabadiъоурт.эов.аз № 2(017)-411/2024 “___” may 2024-cü il İddiaçı: "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti Ünvan: AZ 5500, Şəki şəhəri, M.Ə.Rəsulzadə 160 A Surəti: Cavabdeh: Cavabdeh Ünvan: Ağcabədi şəhəri, B.Sərdarov küçəsi ev 124 Ağcabədi Rayon Məhkəməsi hakiminin 01 aprel 2024-cü il tarixli, 2(017)-411/2024 saylı qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qətnamənin surəti 01 vərəqə. Ağcabədi Rayon Məhkəməsinin sədri: Sulduz Ləzimov MƏHKƏMƏİCLASİNİN PROTOKOLU AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ 18 aprel 2024-cü il İş №2(017)-829/2024 Ağcabədi şəhəri Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Malik Maarif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit borcunun və dövlət rüsumunun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsinə açıq məhkəmə iclasında baxılır. İclas saat 17:30-də açıldı. Məhkəmə iclasına sədrlik edən iclası açıb baxılacaq işi elan edir. Sədrlik edən bildirir ki, Ağcabədi Rayon Məhkəməsinin icraatına iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit borcunun və dövlət rüsumunun ödənilməsi tələbinə dair kiçik iddia ərizəsi daxil olmuşdur. İşüzrə cavabdeh tərəfindən iddia tələbinə etirazın olub-olmaması məsələsinin həll edilməsi üçün iddia ərizəsinin surəti və bildiriş rəsmi qaydada cavabdehə göndərilmişdir. Həmin ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günüərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalıdır. Sədrlik edən iş materiallarını nəzərdən keçirərək qətnaməni elan edir. Sədrik edən məhkəmə iclasını saat 17:55-də bağlı elan edir. Məhkəmə iclasının protokolu 18 aprel 2024-cü il tarixdə tərtib olunmuş və imzalanmışdır. Sədrlik edən: İclas katibi: İCRAVƏRƏQƏSİ İş №2(017)-411/2024 01 aprel 2024-ci il AĞCABƏDİRAYONMƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh qarşı yaranmış borcun və dövlət rüsumunun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Ağcabədi rayon Məhkəməsinin binasında baxaraq, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 2760 manat əsas kredit borcu, 135,93 manat faiz borcu, 5,19 manat cərimə borcu, cəmi 321,11 manat məbləğində pul borcu və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" KB Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu madəsinə əsasən icra məmurlarının öz səlahiyyətləri hüdudunda irəli sürdükləri tələblər Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. İcra məmurlarına öz vəzifələrini həyata keçirmək üçün tələb olunan məlumat, sənəd və onların surətləri ödənişsiz və müəyyən olunmuş vaxtda verilir. İcra məmurlarının qanuni tələblərini yerinə yetirməyən, ona həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İddiaçının soyadı, adı, atasının adı, ünvanı, doğum tarixi; "xxxx" KB ASC – Şəki şəhəri, M.Ə.Rəsulzadə 160 A Cavabdehin soyadı, adı, atasının adı, ünvanı, doğum tarixi Cavabdeh -xx.xx.1995-ci il, Ağcabədi şəhəri, T.İsmayılov küçəsi ev 71 AA2458944 İcra vərəqəsi “_____” fevral 2024-cü il tarixdə verilmişdir. Ağcabədi Rayon Məhkəməsinin sədri: Sulduz Ləzimov AZƏRBAYCAN RESPUBLİKASİ AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ -------------------------------------------------------------------------------------------------------------------------------------------------------- Ünvan : AZ 0403, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti № 153. Tel/faks : 021-275 – 18 – 80 Elektron ünvan ----------------------------------------------------------------------------------------------------------------------------------------------------- ---- №2(017)-411/2024 “_____” fevral 2024-cü il Ağcabədi rayon İcra və Probasiya şöbəsinin rəisi cənab Faiq Mustafayevə İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı yaranmış borcun və dövlət rüsumunun ödənilməsi tələbi barədə kiçik iddiaya dair mülki iş üzrə Ağcabədi rayon Məhkəməsinin 01 aprel 2024-cü il tarixli, 2(017)-411/2024 saylı icra vərəqəsi icra edilməsi üçün Sizə göndərilir. Qoşma: icra sənədi «01» vərəqə; Məhkəmənin sədri Sulduz Ləzimov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar