Məhkəmə qərarları › İş №e-2(017)-99/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-99/2025

08.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-99/2025 08.01.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 sentyabr 2017-ci il tarixli, İSF/1091 saylı kredit müqaviləsi üzrə 39940,76 manat əsas borcun, 341,16 manat faiz borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 211 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 52 manat rüsumunun, ümumilikdə 40281,90 manat pulun Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, 12 sentyabr 2017-ci il qeydiyyat tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********04-05101-093027 olan çıxarışa əsasən məxsus olan və ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka yönəldilməsi, həmin ipotekanın açıq hərracda satılması, satışdan sonra mənzildə qeydiyyatda olan bütün şəxslərin qeydiyyatdan çıxarılması, satışdan əldə olunan pul vəsaiti hesabına banka olan borcun ödənilməsi, əmlakın satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun cavabdehin digər gəlirləri və əmlakı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi filialı ilə Cavabdeh arasında 07 sentyabr 2017-ci il tarixli, İSF/1091 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə illik faiz dərəcəsi 8% olmaqla 300 ay müddətinə 45000 manat kredit verilmişdir. Müqavilənin şərtlərinə görə cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu, faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, bu öhdəliyi icra etməmiş və onun 39940,76 manat əsas borcu, 341,16 manat faiz borcu yaranmışdır. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərinin icrasının təmini üsulu kimi 07 sentyabr 2017-ci il tarixli ipoteka müqaviləsinə əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakını banka yüklü etmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Ona görə də göstərdiklərini nəzərə alaraq edərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 sentyabr 2017-ci il tarixli, İSF/1091 saylı kredit müqaviləsi üzrə 39940,76 manat əsas borcun, 341,16 manat faiz borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 211 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 52 manat rüsumunun ümumilikdə 40281,90 manat pulun Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, 12 sentyabr 2017-ci il qeydiyyat tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********04-05101-093027 olan çıxarışa əsasən məxsus olan və ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka yönəldilməsi, həmin ipotekanın açıq hərracda satılması, satışdan sonra mənzildə qeydiyyatda olan bütün şəxslərin qeydiyyatdan çıxarılması, satışdan əldə olunan pul vəsaiti hesabına banka olan borcun ödənilməsi, əmlakın satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun cavabdehin digər gəlirləri və əmlakı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə “Elektron Məhkəmə” sistemi vasitəsilə iddianın dəyişdirilməsi barədə ərizə göndərərk, Cavabdeh 07 sentyabr 2017-ci il tarixli, İSF/1091 saylı kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 39878,14 manat əsas borcun, 681,86 manat faiz borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 211 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 52 manat rüsumunun tutulması, tutmanın Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, 12 sentyabr 2017-ci il qeydiyyat tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********04-05101-093027 olan çıxarışa əsasən məxsus olan və ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka yönəldilməsi, həmin ipotekanın açıq hərracda satılması, satışdan sonra mənzildə qeydiyyatda olan bütün şəxslərin mənzildən çıxarılması, satışdan əldə olunan pul vəsaiti hesabına banka olan borcun ödənilməsi, əmlakın satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun cavabdehin digər gəlirləri və əmlakı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddianın tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında elan edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 07 sentyabr 2017-ci il tarixli, İSF/1091 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 300 ay müddətinə illik 08 faiz dərəcəsi ilə 45000 manat kredit verilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 07 sentyabr 2017-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, cavabdeh-ipoteka qoyan Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 64.7 kv.m yaşayış evini "xxxx" ASC-nin xeyrinə ipotekaya qoymuş və həmin ipoteka müqaviləsi təsdiq edilərək dövlət qeydiyyatına alınmışdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 12 sentyabr 2017-ci il tarixli, RX seriya ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 64.7 kv.m ümumi sahədən ibarət yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir. İşdə olan və məhkəmə iclasında elan edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 05 oktyabr 2017-ci il tarixli çıxarışdan görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 64.7 kv.m ümumi sahədən ibarət yaşayış evini İddiaçı ASCyə yüklü edilmişdir. İşdə olan və məhkəmə iclasında elan edilmiş 01 oktyabr 2017-ci il tarixli maliyyə arayışdan görünür ki, Cavabdeh İddiaçı ASC-yə 39940,76 manat əsas, 341,16 manat faiz, cəmi 40281,92 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallar ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 07 sentyabr 2017-ci il tarixli, İSF/1091 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən cavabdehə 300 ay müddətinə illik 08 faiz dərəcəsi ilə 45000 manat kredit verilmişdir. Bundan başqa, kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə ünvan 1 ünvanında yerləşən 64.7 kv.m ümumi sahədən ibarət yaşayış evini ipoteka müqaviləsi ilə yüklü etmiş və həmin ipoteka müqaviləsi təsdiq edilərək dövlət qeydiyyatına alınmışdır. Lakin, cavabdeh kredit müqaviləlsi üzrə öhdəliklərini yerinə yetirmədiyindən onun 39878 (otuz doqquz min səkkiz yüz yetmiş səkkiz) manat 14 (on dörd) qəpik əsas və 681( altı yüz səksən bir) manat 86 (səksən altı) qəpik faiz, cəmi 40560 (qırx min beş yüz altmış) manat borcu vardır. İşdə olan 05 aprel 2024-cü il tarixli və 28 mart 2023-cü il tarixli qəbzlərdən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün 52 manat və 211 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə həmçinin hesab edir ki, iş üzrə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 52 manat və ödənilmiş 211 manat dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilərək 07 sentyabr 2017-ci il tarixli, İSF/1091 saylı kredit müqaviləsi üzrə 39878 (otuz doqquz min səkkiz yüz yetmiş səkkiz) manat 14 (on dörd) qəpik əsas və 681( altı yüz səksən bir) manat 86 (səksən altı) qəpik faiz, cəmi 40560 (qırx min beş yüz altmış) manat borc, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 211 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 52 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməli, tələb ünvan 1-də yerləşən Cavabdeh xüsusi mülkiyyətində olan 64,7 kv.m ümumi sahədən ibarət yaşayış evinə yönəldilməli, ipoteka predmeti açıq hərracda satılmalı, satışdan sonra mənzildə qeydiyyatda olan bütün şəxslər mənzildən çıxarılmalı, satışdan əldə olunan vəsait kredit borcuna yönəlməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q ə t e t d i: İddia təmin edilsin. 07 sentyabr 2017-ci il tarixli, İSF/1091 saylı kredit müqaviləsi üzrə 39878 (otuz doqquz min səkkiz yüz yetmiş səkkiz) manat 14 (on dörd) qəpik əsas və 681( altı yüz səksən bir) manat 86 (səksən altı) qəpik faiz, cəmi 40560 (qırx min beş yüz altmış) manat borc pul, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 211 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 52 manat dövlət rüsumu, cəmi 40823 (qırx min səkkiz yüz iyirmi üç) manat pul Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Tələb ünvan 1-də yerləşən Cavabdeh xüsusi mülkiyyətində olan 64,7 kv.m ümumi sahədən ibarət yaşayış evinə yönəldilsin. İpoteka predmeti açıq hərracda satılsın, satışdan sonra mənzildə qeydiyyatda olan bütün şəxslər mənzildən çıxarılsın, satışdan əldə olunan vəsait kredit borcuna yönəldilsin, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan borc Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Lazimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar