Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1001/2024 29.08.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X1, İddiaçı ASC-nin Cavabdeh qarşı «nağd pul krediti müqaviləsi üzrə pul tələbinə dair» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı ASC Cavabdeh qarşı «nağd pul krediti müqaviləsi üzrə pul tələbinə dair» dair iddia verərək, Cavabdeh 04 dekabr 2023-cü il tarixli, 347672-CNS-50634 saylı “borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən iddiaçının xeyrinə 3034 (üç min otuz dörd) manat 15 (on beş) qəpik məbləğində əsas borc, 152 (yüz əlli iki) manat 30 (otuz) qəpik məbləğində faiz borcu olmaqla, ümumilikdə 3186 (üç min yüz səksən altı) manat 45 (qırx beş) qəpik məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 51 (əlli bir) manat 86 (səksən altı) qəpik məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış 04 dekabr 2023-cü il tarixli, 347672-CNS-50634 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən “kredit alan”ın “Bank”a 04 dekabr 2023-cü tarixə mövcud olan borcu kapitallaşdırılaraq xx.xx.2022-ci il tarixli, 347672-CNS-37414 saylı müqavilə üzrə borcun ödənilməsi məqsədilə illik 13 (on üç faiz) faiz hesablanması şərti ilə 59 (əlli doqquz) ay müddətinə 3.034,15 (üç min otuz dörd manat on beş qəpik) AZN məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən borclu şəxs üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 3.034,15 (üç min otuz dörd manat on beş qəpik) AZN manat məbləğində əsas borc, 152.30 (yüz əlli iki manat otuz qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 3.186,45 (üç min yüz səksən altı manat qırx beş qəpik) AZN manat məbləğində borcu qalmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış 04 dekabr 2023-cü il tarixli, 347672-CNS-50634 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən “kredit alan”ın “Bank”a 04 dekabr 2023-cü tarixə mövcud olan borcu kapitallaşdırılaraq xx.xx.2022-ci il tarixli, 347672-CNS-37414 saylı müqavilə üzrə borcun ödənilməsi məqsədilə illik 13 (on üç faiz) faiz hesablanması şərti ilə 59 (əlli doqquz) ay müddətinə 3.034,15 (üç min otuz dörd manat on beş qəpik) AZN məbləğində kredit verilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən borclu şəxs üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 3.034,15 (üç min otuz dörd manat on beş qəpik) AZN manat məbləğində əsas borc, 152.30 (yüz əlli iki manat otuz qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 3.186,45 (üç min yüz səksən altı manat qırx beş qəpik) AZN manat məbləğində borcu qalmışdır. Borclu Cavabdeh xx.xx.2024-cü il tarixinə yaranmış borcu barədə xx.xx.2024-cü il tarixli, 1639 P saylı pretenziya məktubu göndərilmişdir. xx.xx.2024-cü il tarixli maps arayışına əsasən borclu ünvan 1 ünvanında qeydiyyatdadır. İddiaçı ASC Cavabdehilə arasında bağlanmış 04 dekabr 2023-cü il tarixli, 347672-CNS-50634 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən xx.xx.2024-cü il tarixə Banka borclu olduğu 3.034,15 (üç min otuz dörd manat on beş qəpik) AZN manat məbləğində əsas borc, 152.30 (yüz əlli iki manat otuz qəpik) manat məbləğində faiz borcu, ümumilikdə isə 3.186,45 (üç min yüz səksən altı manat qırx beş qəpik) AZN məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 51.86 (əlli bir səksən altı qəpik) AZN manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş AA******* seriya və nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1997-ci il tarixdə anadan olmuşdur. Mülki işə əlavə edilmiş 04 dekabr 2023-cü il tarixli, 347672-CNS-50634 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”ndə görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 347672- CNS-37414 saylı müqavilə üzrə borcun ödənilməsi məqsədilə illik 13% (on üç faiz) hesablanması şərti ilə 59 (əlli doqquz) ay müddətinə 3034 (üç min otuz dörd) manat 15 (on beş) qəpik məbləğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli 347672-CNS-37414 saylı kredit müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2024-cü il tarixə 3034 (üç min otuz dörd) manat 15 (on beş) qəpik məbləğində əsas borc, 152 (yüz əlli iki) manat 30 (otuz) qəpik məbləğində faiz borcu olmaqla, ümumilikdə 3186 (üç min yüz səksən altı) manat 45 (qırx beş) qəpik borcu yaranmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 347672-CNS-37414 saylı müqavilə əsasında cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun banka yaranmış borcun məbləği və öhdəliyin icra edilmədiyi halda görüləcək tədbirlər barədə məlumat verilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 51 (əlli bir) manat 86 (səksən altı) qəpik dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, iddia təmin edilərək yaranmış 3034 (üç min otuz dörd) manat 15 (on beş) qəpik məbləğində əsas borc, 152 (yüz əlli iki) manat 30 (otuz) qəpik məbləğində faiz borcu olmaqla, ümumilikdə 3186 (üç min yüz səksən altı) manat 45 (qırx beş) qəpik borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 51 (əlli bir) manat 86 (səksən altı) qəpik dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdeh 3034 (üç min otuz dörd) manat 15 (on beş) qəpik məbləğində əsas borc, 152 (yüz əlli iki) manat 30 (otuz) qəpik məbləğində faiz borcu, ümumilikdə 3186 (üç min yüz səksən altı) manat 45 (qırx beş) qəpik məbləğdə borc və dövlət rüsumu olaraq ödənilmiş 51 (əlli bir) manat 86 (səksən altı) qəpik məbləğində pul vəsaiti alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-1001/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1001/2024
29.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver