Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1002/2024 04.11.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X12 Aslan oğlunun sədrliyi Qafarov Elvin Namik oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5171 (beş min bir yüz yetmiş bir) manat sığorta ödənişi məbləğinin və 71 (yetmiş bir) manat 71 (yetmiş bir) qəpik dövlət rüsumunun, cəmi 5242 (beş min iki yüz qırx iki) manat 71 (yetmiş bir) qəpik məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək iddia tələblərini müdafiə etdiklərini iştirakları olmadan işə baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul etməyi məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X7 arasında xx.xx.2019cu il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21074” markalı, “07BE452” dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə “VAZ 21074” markalı, “07BE452” dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Lənkəran rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “Ford Fusion” markalı, “99VK988” dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş və X1 yüngül xəsarət yetirmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən cəmi 5750,00 (beş min yeddi yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Lənkəran ŞRPŞ İstintaq bölməsinin Qərarında Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri görülməsi qərara alınmışdır. Lənkəran ŞRPŞ İstintaq bölməsinin "xxxx" ASC-yə təqdim etdiy arayışa əsasən Cavabdeh yolnəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “VAZ 21074” markalı, “07BE452” dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Qeyd edirik ki, Cavabdeh qeyd olunan zərər üzrə 579,00 (beş yüz yetmiş doqquz) manat məbləği Cəmiyyətə ödəmişdir. Lakin qalıq məbləğ, yəni 5171,00 (beş min bir yüz yetmiş bir) manat bu günədək Cəmiyyətə ödənilməmişdir. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 5171,00 (beş min bir yüz yetmiş bir) manat sığorta ödənişi məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Cəmiyyət tərəfindən Cavabdeh ünvanına xx.xx.2023-cü il tarixli, AS23/633 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bu günədək Cəmiyyətə ödənilməmişdir. 5171,00 (beş min bir yüz yetmiş bir) manat sığorta ödənişi məbləğinin və 71,71 (yetmiş bir manat yetmiş bir qəpik) manat dövlət rüsumunun, cəmi 5242,71 (beş min iki yüz qırx iki manat yetmiş bir qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iş üzrə Cavabdeh iddia tələbini qəbul etməyərək, psixoloji cəhətdən sağlam olmadığını və müalicə aldığını bildirdi. Hesab edir ki, ödənilən əsassız olaraq yüksək məbləğdə göstərilmişdir. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materialına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 3(018)-863/2020 saylı Lənkəran rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində inzabati qaydadə cərimə edilməsi qərara alınmışdır. İş materialına əlavə edilmiş xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Cavabdeh 2019-cu il tarixdə özünə “VAZ 21074” markalı, “07BE452” dövlət qeydiyyat nişanlı avtomobil almış, həmin avtomobili etibarnamə əsasında sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Həmçinin, X8 izahatında göstərmişdir ki, 2020-ci ildə özünə “Ford Fusion” markalı, “99VK988” dövlət qeydiyyat nişanlı avtomobil almış və onu etibarnamə əsasında BC seriyalı sürücülük vəsiqəsi ilə idarə etmişdir. İş materialına əlavə edilmiş icbari sığorta müqaviləsinin xarici təqdimaq formasından görünür ki, “VAZ 21074” markalı, “07BE452” dövlət qeydiyyat nişanlı avtomobil sığortalı X2 hesabına sığortalanmışdır. İş materialına əlavə edilmiş 20-04596/09 saylı sığorta aktından görünür ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X4 əmlakı “Ford Fusion” markalı, “99VK988” dövlət qeydiyyat nişanlı avtomobilə 7519 (yeddi min beş yüz on doqquz) manat zərər vurulmuş və X4 hesabına 5000 (beş min) manat sığorta ödənişi köçürülmüşdür. İş materialına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 103OPXO202511024 saylı aktdan görünür ki, X4 hesabına 750 (yeddi yüz əlli) manat sığorta ödənişi köçürülmüşdür. İş materialına əlavə edilmiş xx.xx.2020-ci il tarixli hesablanma aktından görünür ki, “Ford Fusion” markalı, “99VK988” dövlət qeydiyyat nişanlı avtomobilin təmirinə cəmi 7.519 (yeddi min beş yüz on doqquz) manat xərclənmişdir. İş materialına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhdətnaməsindən görünür ki, “VAZ 21074” markalı, “07BE452” dövlət qeydiyyat nişanlı avtomobil X5 məxsusdur. İş sənədlərində əlavə edilmiş AZE16997897 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 xx.xx.1981-ci il tarixdə anadan olmuşdur. İş materialına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhdətnaməsindən görünür ki, “Ford Fusion” markalı, “99VK988” dövlət qeydiyyat nişanlı avtomobil X6 məxsusdur. İş sənədlərinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli geriyə tələb (subroasiya) məktubundan görünür ki, İddiaçı ASC sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 5750 (beş min yeddi yüz əlli) manat sığorta ödənişi məbləğinin 579 (beş yüz yetmiş doqquz) manat məbləği Cavabdeh tərəfindən geri qatarıldığından qalan 5171 (beş min bir yüz yetmiş bir) manat məbləğin pul vəsaitini cavabdehdən tələb etmişdir. İş materialına əlavə edilmiş 3773/2019 nömrəli sağlamlıq vəziyyətinin müayinə edilməsi aktından görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək stasionar müayinədə olmuşdur. İş materialına əlavə edilmiş ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC məhkəməyə iddia verilməsi üçün 71 (yetmiş bir) manat 71 (yetmiş bir) qəpik dövlət rüsumu ödəmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.Zərəin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna daia etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. ''Sığorta haqqında'' Azərbaycan Respublikasının Qanununun 37.1-ci maddəsinə əsasən sığortalananın təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “Üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin sığortası Qaydalarının” 12-ci bəndinə əsasən sığortaçı ödəniş verdikdən sonra ödədiyi məbləğ hüdudunda sığorta etdirənin təqsirkar şəxsə qarşı tələb hüquqlarını əldə edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə görə faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu idarə etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Məhkəmə müəyyən edildi ki, xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi baş verən zaman X5 məxsus olan “VAZ 21074” markalı, “07BE452” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh sahibliyində olmuş, həmin avtomobili etibarnamə əsasında sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilərək Cavabdeh 5242 (beş min iki yüz qırx iki) manat məbləğində sığorta ödənişi və dövlət rüsumu üçün ödənilmiş 71 (yetmiş bir) manat 71 (yetmiş bir) qəpik məbləğində pul vəsaiti tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin olunsun. Cavabdeh 5242 (beş min iki yüz qırx iki) manat məbləğində sığorta ödənişi və dövlət rüsumu üçün ödənilmiş 71 (yetmiş bir) manat 71 (yetmiş bir) qəpik məbləğində pul vəsaiti tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-1002/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1002/2024
04.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver