Məhkəmə qərarları › İş №e-2(018)-1006/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1006/2023

02.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1006/2023 02.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, hakim köməkçisi Mirzəzadə Ofeliya Cavad qızının katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin Cavabdeh qarşı «borc tələbinə» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin hüquq şöbəsinin müdiri Əliəsgər Axundov Cavabdeh qarşı «borc tələbinə dair» iddia verərək, Cavabdeh 01 noyabr 2019-cu il tarixli, 395-RKM-0201-19 saylı kredit müqaviləsi üzrə əsas borcu 67 (altmış yeddi) manat, 13 (on üç) qəpik, faiz borcu 26 (iyirmi altı) qəpik, cərimə borcu 3 (üç) manat, 71 (yetmiş bir) qəpik, həmçinin ərizəyə görə ödənilmiş 30 (otuz) manat, 40 (qırx) qəpik dövlət rüsumunun əvəzi, ümumilikdə 101 (bir yüz bir) manat, 50 (əlli) qəpik borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış 01 noyabr 2019-cu il tarixli, 395-RKM-0201-19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 60 ay müddətinə 142 (bir yüz qırx iki) manat, 85 (səksən beş) qəpik kredit verilmişdir. Cavabdeh isə həmin kreditdən məqsədli təyinata uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilə şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə onun iddiaçıya 18 may 2023-cü il tarixə 01 noyabr 2019-cu il tarixli, 395-RKM- 0201-19 saylı kredit müqaviləsi üzrə əsas borcu 67 (altmış yeddi) manat, 13 (on üç) qəpik, faiz borcu 26 (iyirmi altı) qəpik, cərimə borcu 3 (üç) manat, 71 (yetmiş bir) qəpik borcu yaranmışdır. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işin materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 30 (otuz) manat, 40 (qırx) qəpik dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş 01 noyabr 2019-cu il tarixli, 395-RKM-0201-19 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh 60 ay müddətinə 142 (bir yüz qırx iki) manat, 85 (səksən beş) qəpik kredit verilmişdir. İş materiallarına əlavə olunmuş arayışdan görünür ki, Cavabdehnın 395-RKM- 0201-19 saylı kredit müqaviləsi üzrə 18 may 2023-cü il tarixə əsas borcu 67 (altmış yeddi) manat, 13 (on üç) qəpik, faiz borcu 26 (iyirmi altı) qəpik, cərimə borcu 3 (üç) manat, 71 (yetmiş bir) qəpik borcu vardır. İş materiallarına əlavə olunmuş son xəbərdarlıq məktubundan görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC ilə cavabdeh arasında bağlanmış 01 noyabr 2019-cu il tarixli, 395-RKM-0201-19 saylı kredit müqaviləsinə əsasən cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun Banka borcu yarandığı barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, 01 noyabr 2019-cu il tarixli 395-RKM-0201-19 saylı müqaviləsi üzrə iddiaçının iddia etdiyi 3 (üç) manat, 71 (yetmiş bir) qəpik məbləğində cərimə pulu silinərək 0 (sıfır) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil oluduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən və ya rədd haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 (otuz) manat, 40 (qırx) qəpik dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 01 noyabr 2019-cu il tarixli, 395-RKM-0201-19 saylı kredit müqaviləsi üzrə əsas borcu 67 (altmış yeddi) manat, 13 (on üç) qəpik, faiz borcu 26 (iyirmi altı) qəpik, həmçinin ərizəyə görə ödənilmiş 30 (otuz) manat, 40 (qırx) qəpik dövlət rüsumunun əvəzi, ümumilikdə 97 (doxsan yeddi) manat, 79 (yetmiş doqquz) qəpik alınıb iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə ödənilsin. İddia 01 noyabr 2019-cu il tarixli, 395-RKM-0201-19 saylı kredit müqaviləsi üzrə cərimə borcu ilə bağlı 3 (üç) manat, 71 (yetmiş bir) qəpik hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar