Məhkəmə qərarları › İş №e-2(018)-1018/2025

Astara Rayon Məhkəməsi Qərardad — İş №e-2(018)-1018/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Astara rayonu İş № e-2(018)-1018/2025 04.06.2025 ASTARA RAYON MƏHKƏMƏSİ Hakim Meybullayeva Şəfiqə Eldar qızının sədrliyi, Məmmədzadə Zahid Zahir oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X3 Mərkəzinin Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi, dövlət meşə fondu sahəsinin əvvəlki vəziyyətə gətirilərək təhvil verilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında meşələrin inkişafı xidmətinin 1 saylı X3 Mərkəzi Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi, dövlət meşə fondu sahəsinin əvvəlki vəziyyətə gətirilərək təhvil verilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X3 Mərkəzi ilə vətəndaş Cavabdeh arasında bağlanmış 02 avqust 2007-ci il tarixli 223 nömrəli icarə müqaviləsinə xitam verilməsi, icarəyə verilmiş torpaq sahəsində olan tikillilərin sökülməsi, zəbt olunan ərazinin boşaldılması, icarəyə verilmiş torpaq sahəsinin əvvəlki vəziyətə gətirilərək 1 saylı X1ytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X3 Mərkəzinin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, həmçinin məhkəmə iclasının iştirakı olmadan kjeçirilməsi barədə hər hansı bir müraciət məhkəməyə daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etməmiş, iddia ərizəsinin baxılmadan saxlanılmasına etiraz etməmişdir. Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə müvafiq olaraq, işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Eyni zamanda iddiaçıya izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 260.5-ci maddəsinə əsasən məhkəmə iclasında iştirak etməmənin və bu haqda məhkəməyə məlumat verməmənin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdiyi təqdirdə hakim ərizənin baxılmamış saxlanması barədə qərardadı ləğv edə və ərizəyə mahiyyəti üzrə yenidən baxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 260, 268, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 1 saylı X3 Mərkəzinin Cavabdeh qarşı “icarə müqaviləsinin ləğv edilməsi, dövlət meşə fondu sahəsinin əvvəlki vəziyyətə gətirilərək təhvil verilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlansın. Qərardadın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Astara Rayon Məhkəməsinə (elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Sədrlik edən: Şəfiqə Meybullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar