Məhkəmə qərarları › İş №e-2(018)-1031/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1031/2024

05.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1031/2024 05.09.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Mən, Astara Rayon Məhkəməsinin hakimi X2 iddiaçı “M X5 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Elşad Ağazaman oğlu və X1rşı “kredit müqaviləsinə vaxtından əvvəl xitam verilsi və kredit borcunun qaytarılması” tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı “M X5 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsinə vaxtından əvvəl xitam verilsi və kredit borcunun qaytarılması” barədə iddia verərək, “M X5 Kredit Təşkilatı” MMC ilə Cavabdeh2 arasında bağlanmış 0503-155139-03 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsini, cavabdehlərdən müştərək qaydada həmin müqаvilədən irəli gələn ödənilməmiş 2183 (iki min yüz səksən üç) manat 80 (səksən) qəpik əsаs bоrc, xx.xx.2024 il tarixədək hesablanmış 293 (iki yüz doxsan üç) manat 30 (otuz) qəpik fаiz bоrcu, gеcikdirməyə görə 56 (əlli altı) manat 90 (doxsan) qəpik cərimə borcunun və ödənilmiş 45 (qırx beş) manat 34 (otuz dörd) qəpik dövlət rüsumunun “M X5 Kredit Təşkilatı” MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, xx.xx.2023 il tarixində iddiaçı ilə Cavabdeh2 arasında 0503-155139-03 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Kreditor tərəfindən Borc alana illik 32 % faiz ödənilməsi şərti ilə 18 ay müddətinə 2500 (İkimin beş yüz) AZN məbləğində kredit verilmişdir. Bundan əlavə, Kredit müqaviləsi üzrə Borc alanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə Kreditor ilə Cavabdeh1 (bundan sonra “Zamin”) arasında xx.xx.2023 il tarixli 0503-155139-03/1 nömrəli zaminlik müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən Zamin Borc alanın Kreditor qarşısında Kredit müqaviləsi üzrə özöhdəliklərini tam həcmdə yerinə yetirməsinə görə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsinin 3.2.1.-ci bəndinə əsasən Borc alan hər ay bərabər məbləğdə müvafiq ödənişləri apararaq kredit üzrə faktiki istifadə edilmiş kredit məbləğinə hesablanmış faizlərin ödənilməsini və əsas borc məbləğinin qaytarılmasını öhdəsinə götürmüşdür. Lakin Borc alan bu öhdəliklərini kobud şəkildə pozmuş, bu günə qədər kredit üzrə əsas borc məbləğinin və əsas borc məbləğinə hesablanmış faiz məbləğlərinin ödənişini vaxtında və lazımi qaydada həyata keçirməmişdir. Borcalanın öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca yerinə yetirməməsi nəticəsində xx.xx.2024 tarixinə əsas borcu 2183,8 manat , faiz borcu 293,3 manat və cərimə borcu 56,9 manat olmaqla, ümumi məbləği 2534 manat olmaqla borcu yaranmışdır. Kredit müqaviləsinin 6.1.-ci bəndinə əsasən ödənişin gecikdirilməsi halında Borcalan Kreditora gecikmənin hər günü üҫün gecikən əsas borcun 1%faizi məbləğində,cərimə ödəyir. Kredit müqaviləsi üzrə Borc alan tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq, Cavabdehlər ilə bir neçə dəfə əlaqə saxlanılmasına və onlara borcun ödənilməsinin tələb edilməsinə dair xx.xx.2024-cü il tarixli 3253, 3254 №-li Xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, həmin şəxslər tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir addım atılmamışdır. Zaminlik müqaviləsinin 1.1.-ci bəndinə əsasən “Borclu” zaminliklə təmin olunmuş öhdəliyi icra etmədikdə “Zamin” “Kreditor”un ilk tələbiilə heç bir iddia irəli sürmədən öhdəliyi dərhal icra etməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış Zaminlik Müqaviləsinin 1.2.-ci bəndinə əsasən “Zamin”“Borclu” və “Kreditor” arasında bağlanmış kredit müqaviləsinə əsasən “Borclu”nun “Kreditora” olan kredit və faiz məbləğlərinin qaytarılmasına, həmçinin bu kreditlə əlaqədar yarana biləcək hər cür zərər, cərimə, məhkəmə xərclər və s. xərclərin ödənilməsi üçün məsuliyyət daşıyır. İddiaçı Cavabdeh2 arasında bağlanmış 0503-155139-03 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsini, iddiаçıilə cаvаbdеh аrаsındа bağlanmış xx.xx.2023 tarixli 0503-155139-03 №-li krеdit müqаviləsindən irəli gələn ödənilməmiş 2183,8 manat əsаs bоrc, xx.xx.2024 il tarixədək hesablanmış 293,3 manat fаiz bоrcu, gеcikdirməyə görə 56,9 manat cərimə və 45,34 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş AZE16593740 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh2 xx.xx.2001-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş AZE0******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh1 xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. İşə əlavə edilmiş sənədlərdən görünür ki, “M X5 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh2 arasında xx.xx.2023-cü il tarixli 0503-155139-03 saylı kredit müqaviləsinə əsasən Kreditor tərəfindən Borcalana illik 32% (otuz iki faiz) ödənilməsi şərti ilə 18 ay müddətinə 2500 (İkimin beş yüz) manat məbləğində kredit verməyi, Воrсalan isa kreditdən 1.2-ci bənddə göstərilən məqsəd üçün istifadə etməyi, müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Kreditora qaytarmağı öhdəsinə götürmüşdür. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli 3253 və 3254 nömrəli xəbərdarlıq sənədlərindən görünür ki, “M X5 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 0503-155139-03 saylı kredit müqaviləsi əsasında cavabdehlərin üzərlərinə götürdükləri öhdəlikəri yerinə yetirmədikləri üçün kredit müqaviləsi üzrə yaranmış borcun məbləği və yaranmış borcu 5 (beş) gün müddətində ödəməyi əks halda görüləcək tədbirlər barədə məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh1 ilə “M X5 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli 0503-155139- 03/1 nömrəli saylı zaminlik müqaviləsinə əsasən “Borclu” zaminliklə təmin olunmuş öhdəliyi icra etmədikdə “Zamin” “Kreditor”un ilk tələbi ilə heç bir iddia irəli sürmədən öhdəliyi dərhal icra etməyi öz öhdəsinə götürmüşdür. “M X5 Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli borcalanın kredit borcu və kredit iltizamı haqqında arayış sənədindən görünür ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixə 2183 (iki min yüz səksən üç) manat 80 (səksən) qəpik əsаs bоrc, 293 (iki yüz doxsan üç) manat 30 (otuz) qəpik fаiz bоrcu və 56 (əlli altı) manat 90 (doxsan) qəpik məbləğində cərimə borcu yaranmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı “M X5 Kredit Təşkilatı” MMC-nin məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 45 (qırx beş) manat 34 (otuz dörd) qəpik dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 472.2-ci maddəsinə əsasən. əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır; 472.3-cü maddəsinə əsasən, birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə iddiaçının iddia etdiyi 56 (əlli altı) manat 90 (doxsan) qəpik məbləğində cərimə pulu azaldılaraq 4 (dörd) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 562.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, iddia qismən təmin edilərək “M X5 Kredit Təşkilatı” MMC ilə Cavabdeh2 arasında bağlanmış 0503-155139-03 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməli, cavabdehlərdən müştərək qaydada 2183 (iki min yüz səksən üç) manat 80 (səksən) qəpik əsаs bоrc, 293 (iki yüz doxsan üç) manat 30 (otuz) qəpik fаiz bоrcu, 04 (dörd) manat cərimə borcu iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 45 (qırx beş) manat 34 (otuz dörd) qəpik dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia qismən təmin edilsin. “M X5 Kredit Təşkilatı” MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli 0503-155139-03 saylı kredit müqaviləsinə vaxtından əvvəl xitam verilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1, müştərək qaydada, xx.xx.2023-cü il tarixli 0503- 155139-03 saylı kredit müqaviləsi üzrə 2183 (iki min yüz səksən üç) manat 80 (səksən) qəpik əsаs bоrc, 293 (iki yüz doxsan üç) manat 30 (otuz) qəpik fаiz bоrcu və 04 (dörd) manat cərimə borcu və ödənilmiş 45 (qırx beş) manat 34 (otuz dörd) qəpik dövlət rüsumu tutulub “M X5 Kredit Təşkilatı” MMC-nə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar