Məhkəmə qərarları › İş №e-2(018)-1032/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1032/2024

15.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1032/2024 15.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X6 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 və cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kreditin, ona hesablanmış faizin qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Mayıs oğlundan birgə qaydada İddiaçı ASC-nin xeyrinə 8296 (səkkiz min iki yüz doxsan altı) manat 59 (əlli doqquz) qəpik məbləğində əsas borcun, 1067 (min altmış yeddi) manat 92 (doxsan iki) qəpik məbləğində faiz borcunun, cəmi 9364 (doqquz min üç yüz altmış dörd) manat 51 (əlli bir) qəpik borcun və 115 (yüz on beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı ASC-nin nümayəndəsi X4 iddianı müdafiə edərək, iddialarının təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı ASC idddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit sazişi müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 24% olmaqla 12000 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit şərtlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən müddətlər kredit alan tərəfindən 2 (iki) aydan artıq müddətə gecikdirildikdə, habelə ardıcıl olaraq 2 (iki) dəfə pozulduqda bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Borclu Cavabdeh3 və Cavabdeh1 Mayıs oğlu (zaminlər) həmin sazişə əsаsən bаnk qаrşısındа öz üzərinə məsuliyyət götürərək krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün borclu Cavabdeh2 ilə birgə məsuliyyət dаşıyır və krеditin qаytаrılmаsı ilə bаğlı borclu Cavabdeh2 aid bütün öhdəlikləri icrа еtməlidirlər. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Mayıs oğlundan birgə qaydada İddiaçı ASC-nin xeyrinə 8296.59 manat məbləğində əsas borcun, 1067.92 manat məbləğində faiz borcunun, cəmi 9364.51 manat borcun və 115 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Cavabdeh2 iddianı qəbul etdiyini, lakin göstərilən borcun birdən ödəməyə maddi imkanı olmadığını bildirərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh3 iddianı qəbul etdiyini bildirərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 iddianı qəbul etdiyini bildirərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə İddiaçı ASC-nin nümayəndəsi X2 və cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, MK/57258/86/16 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh2 36 ay müddətinə, illik 24% ödəmək şərtilə 12000 manat məbləğində nağd pul krediti verilmiş, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA******* qeyd edilmiş Cavabdeh3 və şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA******* qeyd edilmiş Cavabdeh1 zamin kimi göstərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İddiaçı ASC-yə 8296 (səkkiz min iki yüz doxsan altı) manat 59 (əlli doqquz) qəpik məbləğində əsas borcu, 1067 (min altmış yeddi) manat 92 (doxsan iki) qəpik faiz borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh2 İddiaçı ASCyə 8296 (səkkiz min iki yüz doxsan altı) manat 59 (əlli doqquz) qəpik məbləğində əsas borcu, 1067 (min altmış yeddi) manat 92 (doxsan iki) qəpik məbləğində faiz borcu vardır. Cavabdeh2 tərəfindən İddiaçı ASC-yə olan borc ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə bildiriş göndərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, MK/57258/86/16 saylı kredit müqaviləsinə 1 nömrəli əlavə- ödəniş cədvəlinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh2 12000 (on iki min) manat kredit verilmiş və aylar üzrə ödəniş məbləğləri müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli etibarnamə sənədinin surətindən görünür ki, X3 Bank of Baku” ASC-ni təmsil etmək və etibarnamədə qeyd edilən digər səlahiyyətlərin həyata keçirilməsi etibar edilmişdir. İş materiallarında olan AZE******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1999-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh3 xx.xx.1989-cu il tarixdə anadan olmuşdur. İş materiallarında olan AA******* seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət edilməsi üçün 115 (yüz on beş) manat dövlət rüsumu ödəmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi əsasında İddiaçı ASC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı ASC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Göstərilənləri və cavabdehin iddianı qəbul etməsini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1, müştərək qaydada, 8296 (səkkiz min iki yüz doxsan altı) manat 59 (əlli doqquz) qəpik əsas borc, 1067 (min altmış yeddi) manat 92 (doxsan iki) qəpik faiz borcu və dövlət rüsumu üçün ödənilmiş 115 (yüz on beş) manat məbləğində pul vəsaiti tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1, müştərək qaydada, 8296 (səkkiz min iki yüz doxsan altı) manat 59 qəpik əsas borc, 1067 (min altmış yeddi) manat 92 qəpik faiz borcu və dövlət rüsumu üçün ödənilmiş 115 (yüz on beş) manat məbləğində pul vəsaiti tutulub İddiaçı ASCnin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar