Məhkəmə qərarları › İş №e-2(018)-1043/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1043/2024

11.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1043/2024 11.10.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X1 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit üzrə borc tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 (beş min) manat əsas borcun, 685 (altı yüz səksən beş) manat 56 (əlli altı) qəpik faiz borcunun, cəmi 5685 (beş min altı yüz səksən beş) manat 56 (əlli altı) qəpik borcun və 76 (yetmiş altı) manat 86 (səksən altı) qəpik dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, işə iştirakları olmadan baxmağı və iddialarının tam təmin olunması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx/xx/2024-cü il tarixli GTZK6353357B176 saylı Kredit müqaviləsinə əsasən ona 35 ay müddətinə, illik 23.2 faiz dərəcəsi ilə 5000 AZN olan kredit verilmişdir. Kredit online qaydada rəsmiləşdirilməsinə baxmayaraq vəsait filialdan nağd qaydada əldə edilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Nəticədə cavabdehin xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə 5000 AZN əsas, 685.56 AZN faiz, cəmi 5685.56 AZN borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 5000 AZN əsas, 685.56 AZN faiz, cəmi 5685.56 AZN pul vəsaitinin və 76.86 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh iddianı qəbul edərək, göstərilən borcun ödənilməsində bir-iki ay gecikdirməsi olduğunu, qalan borcunu növbəti aydan ödəyəcəyini bildirdi. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materialında olan xx.xx.2024-cü il tarixli GTZK6353357B176 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh illik 23,2 faiz dərəcəsi ilə 35 ay müddətinə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan ödəniş qrafikindən görünür ki, Cavabdeh hər ay 197 manat, 93 qəpik məbləğində pulu İddiaçı ASC-yə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC iddia ərizəsinə görə 76 (yetmiş altı) manat 86 (səksən altı) qəpik dövlət rüsumu ödəmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli GTZK6353357B176 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə 5000 (beş min) manat əsas borc, 685 (altı yüz səksən beş) manat 56 (əlli altı) qəpik faiz borcu olmaqla, cəmi 5685 (beş min altı yüz səksən beş) manat 56 (əlli altı) qəpik borcu yaranmışdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 76 (yetmiş altı) manat 86 (səksən altı) qəpik məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənləri və cavabdehin iddianı qəbul etməsini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 5000 (beş min) manat əsas borc, 685 (altı yüz səksən beş) manat 56 (əlli altı) qəpik faiz və dövlət rüsumu üçün ödənilmiş 76 (yetmiş altı) manat 86 (səksən altı) qəpik məbləğində pul vəsaiti tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 5000 (beş min) manat əsas borc, 685 (altı yüz səksən beş) manat 56 (əlli altı) qəpik faiz və dövlət rüsumu üçün ödənilmiş 76 (yetmiş altı) manat 86 (səksən altı) qəpik məbləğdə pul vəsaiti tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar