Məhkəmə qərarları › İş №e-2(018)-1066/2024

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1066/2024

12.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1066/2024 12.09.2024 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi X2 İddiaçı ASC-nin Cavabdeh qarşı «krediti müqaviləsi üzrə pul tələbinə dair» kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Astara Rayon Məhkəməsinin binasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı ASC Cavabdeh qarşı «nağd pul krediti müqaviləsi üzrə pul tələbinə dair» dair iddia verərək, Cavabdeh 28 fevral 2023-cü il tarixli, 365286-CNS-43029 saylı nağd pul krediti müqaviləsinə əsasən 1240 (min iki yüz qırx) manat 13 (on üç) qəpik məbləğində əsas borc, 106 (yüz altı) manat 92 (doxsan iki) qəpik məbləğində faiz borcu, 114 (yüz on dörd) manat 85 (səksən beş) qəpik məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1461 (min dörd yüz altmış bir) manat 90 (doxsan) qəpik məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 34 (otuz dörd) manat 62 (altmış iki) qəpik məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində göstərmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli “Bank Xidmətlərinin Göstərilməsi X1 Şərtləri” ilə tanış olub həmin şərtləri qəbul edərək, xx.xx.2023-cü il tarixli, 365286- CNS-43029 №-li Nağd pul kreditinin əsas şərtlərinə dair Müştəri Ərizəsi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra mətndə Bank) müraciət etmiş və ona istehlak məqsədilə illik 26% (iyirmi altı faiz) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 2399 (iki min üç yüz doxsan doqquz manat) AZN məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, Bank isə aksept etmişdir, yəni təklifi qəbul etmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti Bank Xidmətlərinin göstərilməsi X1 şərtlərinin 7.25.3-cü bəndinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka xx.xx.2024-cü il tarixə 1240.13 (bir min iki yüz qırx manat on üç qəpik) AZN məbləğində əsas borc, 106.92 (yüz altı manat doxsan iki qəpik) AZN məbləğində faiz borcu, 114.85 (yüz on dörd manat səksən beş qəpik) AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1.461,90 (bir min dörd yüz altmış bir manat doxsan qəpik) AZN məbləğində borcu qalmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh ilə arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 365286-CNS-43029 №-li Nağd pul kreditin əsas şərtlərinə dair Müştəri Ərizəsinə əsasən xx.xx.2024-cü il Banka borclu olduğu 1240.13 (bir min iki yüz qırx manat on üç qəpik) AZN məbləğində əsas borc, 106.92 (yüz altı manat doxsan iki qəpik) AZN məbləğində faiz borcu, 114.85 (yüz on dörd manat səksən beş qəpik) AZN məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1.461,90 (bir min dörd yüz altmış bir manat doxsan qəpik) AZN pul məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 34,62 (otuz dörd manat altmış iki qəpik) AZN məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş AZE******** seriya və nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh xx.xx.1991-ci il tarixdəAstara rayonu Ərçivan kəndində anadan olmuşdur. Mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli 365286-CNS-43029 saylı nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsindən görünür ki, Cavabdeh istehlak məqsədilə illik 26% (iyirmi altı faiz) hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 2399 (iki min üç yüz doxsan doqquz) manat məbləğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 365286-CNS-43029 saylı nağd pul krediti müqaviləsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə xx.xx.2024-cü il tarixə 1240 (min iki yüz qırx) manat 13 (on üç) qəpik məbləğində əsas borc, 106 (yüz altı) manat 92 (doxsan iki) qəpik məbləğində faiz borcu, 114 (yüz on dörd) manat 85 (səksən beş) qəpik məbləğində cərimə borcu olmaqla, ümumilikdə 1461 (min dörd yüz altmış bir) manat 90 (doxsan) qəpik borcu yaranmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 365286-CNS-43029 saylı müqavilə əsasında cavabdehin üzərinə götürdüyü öhdəlikəri yerinə yetirmədiyi üçün sonuncunun banka yaranmış borcun məbləği və öhdəliyin icra edilmədiyi halda görüləcək tədbirlər barədə məlumat verilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 34 (otuz dörd) manat 62 (altmış iki) qəpik dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 562.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, iddia qismən təmin edilərək yaranmış 1240 (min iki yüz qırx) manat 13 (on üç) qəpik məbləğində əsas borc, 106 (yüz altı) manat 92 (doxsan iki) qəpik məbləğində faiz borcu, 5 (beş) manat məbləğində cərimə borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 34 (otuz dörd) manat 62 (altmış iki) qəpik dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh 1240 (min iki yüz qırx) manat 13 (on üç) qəpik məbləğində əsas borc, 106 (yüz altı) manat 92 (doxsan iki) qəpik məbləğində faiz borcu, 05 (beş) manat məbləğində cərimə borcu və dövlət rüsumu olaraq ödənilmiş 34 (otuz dörd) manat 62 (altmış iki) qəpik məbləğində pul vəsaiti alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar