Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1083/2024 21.11.2024 ASTARA RAYON MƏHKƏMƏSİ X4 Aslan oğlunun sədrliyi, Qafarov Elvin Namik oğlunun katibliyi ilə, İddiaçı X2-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borcun alınması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X2-Bank Kredit Təşkilatı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı X2-Bank Kredit Təşkilatının xeyrinə 5448 (beş min dörd yüz qırx səkkiz) manat əsas borc, 1762 (min yeddi yüz altmış iki) manat faiz borcu, 246 (iki yüz qırx altı) manat 91 (doxsan bir) qəpik cərimə borcu olmaqla, cəmi 7456 (yeddi min dörd yüz əlli altı) manat 91 (doxsan bir) qəpik borcun, həmçinin ödənilmiş 94 (doxsan dörd) manat 57 (əlli yeddi) qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X2-Bank Kredit Təşkilatının məhkəmə işləri üzrə hüquqşünası Ramil Heydərob məhkəməyə ərizə ilə müraciət edərək işə iştirakları olmadan məhkəmə iclasının keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı X2-Bank Kredit Təşkilatı idddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli **********0372 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 26.00% faiz dərəcəsi olmaqla 30 ay müddətinə 6000 (altı min manat) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 278 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş,kredit kartında təqdim edilir. Həmçinin, kredit müqaviləsinə üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli, **********0***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh1 və **********0***-******* saylı Zaminlik müqaviləsi ilə Cavabdeh3 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərə=indən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh2 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2024-cü il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh2 Ağabəy oğlunın əsas borc üzrə 5448.00 AZN, faiz borcuna görə 1762.00 AZN, cərimə borcuna görə 246.91 AZN, cəmi 7456.91 (yeddi min dörd yüz əlli altı manat, doxsan bir qəpik) AZN təşkil edir. İddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada əsas borc üzrə 5448.00 AZN, faiz borcuna görə 1762.00 AZN, cərimə borcuna görə 246.91 AZN, cəmi 7456.91 (yeddi min dörd yüz əlli altı manat, doxsan bir qəpik) AZN məbləğində borcun və 94.57 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh1 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə Cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş üzrə Cavabdeh3 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə Cavabdeh3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş üzrə Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5ci maddəsinə əsasən, məhkəmə Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını tam, hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli **********0372 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı MMM QBKT Cavabdeh2 30 ay müddətinə, birdəfəlik komissiya xərci 3,3% olmaqla, illik 26% (iyirmi altı faiz) ödəmək şərtilə 6000 (altı min) manat kredit verməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Kredit kartının mədaxil (qəbul) aktının surətindən görünür ki, xx.xx.2023-cü il tarixli **********0372 saylı kredit müqaviləsi üzrə kredit məbləği kredit alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş **********248852 saylı kredit kartında təqdim edilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli **********0***-******* saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixli **********0372 saylı kredit müqaviləsinə əsasən, həmin müqavilə üzrə kredit alan olan Cavabdeh2 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz və cərimələri nəzərdə tutan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Mülki işə əlavə edilmiş xx.xx.2023-cü il tarixli **********0***-******* saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh3 xx.xx.2023-cü il tarixli **********0372 saylı kredit müqaviləsinə əsasən, həmin müqavilə üzrə kredit alan olan Cavabdeh2 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz və cərimələri nəzərdə tutan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2023-cü il tarixli **********0372 saylı kredit müqaviləsi üzrə İddiaçı MMM QBKT-na 5448 (beş min dörd yüz qırx səkkiz) manat əsas borc, 1762 (min yeddi yüz altmış iki) manat faiz borcu, 246 (iki yüz qırx altı) manat 91 (doxsan bir) qəpik cərimə borcu olmaqla, cəmi 7456 (yeddi min dörd yüz əlli altı) manat 91 (doxsan bir) qəpik borcu yaranmışdır. Mülki işə əlavə edilmiş xx.xx.2024-cü il tarixli **********89 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı MMM QBKT-nın adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 94 (doxsan dörd) manat 57 (əlli yeddi) qəpik dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş AZE******** seriya və nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh2 xx.xx.1989-cu il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş AZE04252568 seriya və nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh3 xx.xx.1952-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş AZE******** seriya və nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin məlumatlarından görünür ki, Cavabdeh1 xx.xx.1991-ci il tarixdə anadan olmuşdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi əsasında İddiaçı MMM Qeyri Bank Kredit Təşkilatından kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit xətti müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı MMM Qeyri Bank Kredit Təşkilatı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 470.1-ci müqaviləsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 94 (doxsan dörd) manat 57 (əlli yeddi) qəpik məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə iddiaçının iddia etdiyi 246 (iki yüz qırx altı) manat 91 (doxsan bir) qəpik cərimə pulu azaldılaraq 16 (on altı) manat 91 (doxsan bir) qəpik həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 562.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göstərilənləri və cavabdeh X1 iddianı qəbul etməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, müştərək qaydada, 5448 (beş min dörd yüz qırx səkkiz) manat əsas borc, 1762 (min yeddi yüz altmış iki) manat faiz borcu, 16 (on altı) manat 91 (doxsan bir) qəpik cərimə borcu və dövlət rüsumu üçün ödənilmiş 94 (doxsan dörd) manat 57 (əlli yeddi) qəpik məbləğində pul vəsaiti tutulub İddiaçı X2- Bank Kredit Təşkilatının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, müştərək qaydada, 5448 (beş min dörd yüz qırx səkkiz) manat əsas borc, 1762 (min yeddi yüz altmış iki) manat faiz borcu, 16 (on altı) manat 91 (doxsan bir) qəpik cərimə borcu və dövlət rüsumu üçün ödənilmiş 94 (doxsan dörd) manat 57 (əlli yeddi) qəpik məbləğində pul vəsaiti tutulub İddiaçı X2-Bank Kredit Təşkilatının xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-1083/2024
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1083/2024
21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver