Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1104/2023 29.08.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair» iddia verərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 4560 (dörd min beş yüz altmış) manat, 08 (səkkiz) qəpik məbləğində əsas borcun, 826 (səkkiz yüz iyirmi altı) manat, 46 (qırx altı) qəpik məbləğində faiz borcun, 28 (iyirmi səkkiz) manat, 19 (on doqquz) qəpik məbləğində cərimə borcunun, cəmi 5414 (beş min dörd yüz on dörd) manat, 73 (yetmiş üç) qəpik borcun və 75 (yetmiş beş) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC məhkəmə iclasında iştirak etmədi. Məhkəmə, hazırki mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 28 dekabr 2021-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən bank borcluya 24 ay müddətinə illik 24% olmaqla 6000 (altı min) manat məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsi üzrə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqaviləsi bağlamışlar. Hazırda cavabdeh «Ödəniş cədvəli»-nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Ona görə də o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Mülki iş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər və gəlməmələri səbəbi barədə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 75 (yetmiş beş) manat dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş 28 dekabr 2021-ci il tarixli, MK/40294/84/16 nömrəli kredit sazişindən görünür ki, Cavabdeh1 istehlak məqsədləri ilə 24 ay müddətinə illik 24% olmaqla 6000 (altı min) manat məbləğində kredit vermişdir. Cavabdeh2 və Cavabdeh3 həmin kredit sazişi üzrə zamindirlər və müştərinin öhdəliyi zaminliklə təmin olunur. Mülki işə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, 28 dekabr 2021-ci il tarixli MK/40294/84/16 nömrəli kredit sazişi üzrə orta aylıq ödəniş məbləği 317 (üç yüz on yeddi) manat, 23 (iyirmi üç) qəpik, sonuncu ay üçün isə 337 (üç yüz otuz yeddi) manat, 76 (yetmiş altı) qəpik təşkil etmişdir. Mülki işə əlavə edilmiş 09 iyul 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 28 dekabr 2021-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 4560 (dörd min beş yüz altmış) manat, 08 (səkkiz) qəpik əsas, 826 (səkkiz yüz iyirmi altı) manat, 46 (qırx altı) qəpik faiz və 28 (iyirmi səkkiz) manat, 19 (on doqquz) qəpik cərimə borcu vardır. Mülki işə əlavə edilmiş 15 iyun 2023-cü il tarixli bildirişlərdən görünür ki, cavabdehlərə 28 dekabr 2021-ci il tarixli MK/40294/84/16 nömrəli müqaviləsi üzrə borcları olduğu barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə iddiaçının iddia etdiyi 28 (iyirmi səkkiz) manat, 19 (on doqquz) qəpik məbləğində cərimə pulu azaldılaraq 08 (səkkiz) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 75 (yetmiş beş) manat dövlət rüsumu da, onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 4560 (dörd min beş yüz altmış) manat, 08 (səkkiz) qəpik əsas, 826 (səkkiz yüz iyirmi altı) manat, 46 (qırx altı) qəpik faiz, 08 (səkkiz) manat cərimə borcu olmaqla, cəmi 5394 (beş min üç yüz doxsan dörd) manat, 54 (əlli dörd) qəpik və 75 (yetmiş beş) manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia cərimə ilə bağlı 20 manat, 19 qəpik hissəsində təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-1104/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1104/2023
29.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver