Məhkəmə qərarları › İş №e-2(018)-1111/2023

Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1111/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1111/2023 31.10.2023 ASTARA RAYON MƏHKƏMƏSİ X5 Aslan oğlunun sədrliyi, Cavadov Rüfət Şahverən oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 8908.69 manat məbləğində əsas borcun, 1195.28 manat məbləğində faiz borcunun, 396.42 manat məbləğində cərimə borcunun, cəmi 10500.39 manat borcun və 122 manat məbləğ edənilmiş dövlət rüsumunun tutulması barədə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı ASC-nin nümayəndəsi X3 iddianı müdafiə edərək, iddialarının təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı ASC idddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "Bank of Baku” ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 18% olmaqla 10000 manat məbləğində kredit vermişdir.Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir.Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əwəl icrasını tələb edəbilər.İddia ərizəsinə tələbimizin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Cavabdeh İddiaçı ASC-nin xeyrinə 8908.69 manat məbləğində əsas borcun, 1195.28 manat məbləğində faiz borcunun, 396.42 manat məbləğində cərimə borcunun, cəmi 10500.39 manat borcun və 122 manat məbləğ edənilmiş dövlət rüsumunun tutulması barədə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və iki dəfə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Оnа görə də Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı ASC-nin nümayəndəsi X2 dinləyib, iş materiallarını tam, hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, CP/81030/85/14 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh 36 ay müddətinə, illik 18% ödəmək şərtilə 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən İddiaçı ASC-yə 8908.69 manat məbləğində əsas, 1195.28 manat faiz və 396.42 manat məbləğində cərimə borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh İddiaçı ASC-yə 8908.69 manat məbləğində əsas, 1016.88 manat faiz və 396.42 manat məbləğində cərimə borcu vardır. Cavabdeh tərəfindən İddiaçı ASC-yə olan borc ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə bildiriş göndərilmişdir. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh 10000 manat kredit verilmiş və aylar üzrə ödəniş məbləğləri müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC iddia ərizəsinə görə 122 manat dövlət rüsumu ödəmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi əsasında İddiaçı ASC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, İddiaçı ASC verdiyi krediti və həmin kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 114 (bir yüz on dörd) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göstərilənləri və cavabdehin əmlak mənafeyini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilərək, Cavabdeh 8908 (səkkiz min doqquz yüz səkkiz) manat 69 qəpik əsas borc, 1195 (min yüz doxsan beş) manat 28 qəpik faiz borcu, 16 (on altı) manat 42 qəpik cərimə borcu, cəmi 10120 (on min yüz iyirmi) manat 39 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 122 (yüz iyirmi iki) manat məbləğində pul vəsaiti tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 8908 (səkkiz min doqquz yüz səkkiz) manat 69 qəpik əsas borc, 1195 (min yüz doxsan beş) manat 28 qəpik faiz borcu, 16 (on altı) manat 42 qəpik cərimə borcu, cəmi 10120 (on min yüz iyirmi) manat 39 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 122 (yüz iyirmi iki) manat məbləğində pul vəsaiti tutulub İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 ay müddətində Astara Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar