Azərbaycan Respublikası adından QƏTNAMƏ Astara rayonu İş № e-2(018)-1118/2023 18.09.2023 ASTARA RAYON MƏHKƏMƏSİ Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Paşabəyli Yusifkamal Elçin oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, X3 və Cavabdeh2 qarşı «Kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması barədə» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə cavabdehlər Cavabdeh3, X3 və Cavabdeh2 qarşı «Kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması barədə» iddia verərək, cavabdehlərlə bağlanmış müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh3, X1 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 14339 (on dörd min üç yüz otuz doqquz) manat, 10 (on) qəpik məbləğində əsas borcun 2151 (iki min bir əlli bir) manat, məbləğində faiz borcun, 435 (dörd yüz otuz beş) manat, 70 (yetmiş) qəpik məbləğində cərimə olmaqla cəmi 16925 (on altı min doqquz yüz iyirmi beş) manat, 80 (səksən) qəpik borcun və 141 (yüz qırx bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X10 Məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə prosesinin iddiaçının iştirakı olmadan keçirilməsini Məhkəmədən xahiş etmişdir. Məhkəmə, hazırki mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış 10 mart 2022-ci il tarixli nağd pul lahiyəsi müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə illik 24% olmaqla 17000 (on yeddi min) manat məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsi üzrə digər cavabdehlər X5 və Cavabdeh2 zaminlik müqaviləsi bağlamışdır. Hazırda cavabdeh «Ödəniş cədvəli»-nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Ona görə də o, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını Məhkəmədən xahiş etdi. Mülki iş üzrə cavabdehlər Cavabdeh3 X3 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər və gəlməmələri səbəbi barədə heç bir məlumat verməmişlər. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı ASC-nin adından məhkəməyə müraciət edilməsi üçün dövlət büdcəsinə 141 (yüz qırx bir) manat dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş 10 mart 2022-ci il tarixli MK/29276/85/16 nömrəli kredit sazişindən görünür ki, Cavabdeh3 36 ay müddətinə illik 24% olmaqla 17000 (on yeddi min) manat məbləğində kredit vermişdir. X5 və Cavabdeh2 həmin kredit sazişi üzrə zamindir. Mülki işə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, 10 mart 2022-ci il tarixli MK/29276/85/16 nömrəli kredit sazişi üzrə orta aylıq ödəniş məbləği təqribən 666 (altı yüz altmış altı) manat, 96 (doxsan altı) qəpik təşkil etmişdir. Mülki işə əlavə edilmiş 11 iyul 2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış 10 mart 2022-ci il tarixli MK/29276/85/16 nömrəli müqaviləyə əsasən Cavabdeh3 14339 (on dörd min üç yüz otuz doqquz) manat, 10 (on) qəpik məbləğində əsas borcun 2151 (iki min bir əlli bir) manat, məbləğində faiz borcun, 435 (dörd yüz otuz beş) manat, 70 (yetmiş) qəpik məbləğində cərimə borcu vardır. Mülki işə əlavə edilmiş 31 may 2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehlərə 10 mart 2022-ci il tarixli MK/29276/85/16 nömrəli müqaviləsi üzrə borcları olduğu barədə bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcllənin 448.1-ci maddəsinə görə əgər, bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia tələbini qismən təmin edən məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək, habelə qanunvericilik aktlarının müddəalarına istinad edərək belə qənaətə gəlir ki, müqavilə üzrə iddiaçının iddia etdiyi 435 (dörd yüz otuz beş) manat, 70 (yetmiş) qəpik cərimə azaldılaraq 60 (altmış) manat həddində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı 10 mart 2022-ci il tarixli MK/29276/85/16 nömrəli kredit sazişi üzrə cavabdehdən 435 (dörd yüz otuz beş) manat, 70 (yetmiş) qəpik məbləğində cərimə tələb edir. Məhkəmə qanunvericilik aktının göstərilən normaları baxımından cərimə pulunun azaldılması və iddianı həmin hissədə 60 (altmış) manat həcmində təmin etməyi qanuni və əsaslı hesab etmişdir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, Cavabdeh3 ilə İddiaçı ASC arasında bağlanmış 10 mart 2022-ci il tarixli MK/29276/85/16 nömrəli nağd pul lahiyəsi müqaviləsinə əsasən bank borcluya 36 ay müddətinə illik 24% olmaqla 17000 (on yeddi min) manat məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsi üzrə digər cavabdeh X5 və Cavabdeh2 zaminlik müqaviləsi bağlamışdır. Hazırda cavabdeh «Ödəniş cədvəli»-nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Ona görə də, iddia təmin edilməli, tərəflər arasında bağlanmış kredit müqaviləsi ləğv edilməli və kredit müqaviləsi üzrə borc iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci və 124.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 141 (yüz qırx bir) manat dövlət rüsumuna görə 130 (bir yüz otuz) manat pul onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 233-cü maddələrini rəhbər tuturaq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, X1 və Cavabdeh2 müştərək qaydada 14339 (on dörd min üç yüz otuz doqquz) manat, 10 (on) qəpik məbləğində əsas borcun 2151 (iki min bir əlli bir) manat, məbləğində faiz borcun, 60 (altmış) manat məbləğində cərimə olmaqla cəmi 16550 (on altı min beş yüz əlli) manat, 10 (on) qəpik manat, ödənilmiş dövlət rüsumuna görə 130 (bir yüz otuz) manat məbləğində pul alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia tələbi 375 (üç yüz yetmiş beş) manat 70 (yetmiş) qəpik hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim:Mübariz Məmmədov. AZƏRBAYCAN RESPUBLİKASİ ASTARA RAYON İddiaçı: İddiaçı ASC -nə MƏHKƏMƏSİ Bakı şəhəri, Atatürk prospekti 42 AZ-0700 Astara şəhəri Cavabdehlər: Cavabdeh3 H.Əliyev prospekti 7 X4 Tel: (025) 225-24-30 Astara şəhəri, Şiyəkəran kəndi Fax: (025 ) 225-24-40 № 2(018)-1115/2022 “10” 10 2022-ci il Astara Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli 2(018)-1115/2022 nömrəli qətnaməsinin surəti məlumat üçün Sizə göndərilir. Qoşma: qətnamənin surəti ___ vərəqə. Astara rayon Məhkəməsinin hakimi: Mübariz Məmmədov. AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN Q Ə T N A M Ə ÇİXARİŞ ASTARA RAYON MƏHKƏMƏSİ 05 oktyabr 2022-ci il iş № 2(018)-1115/2022 Astara şəhəri Astara Rayon Məhkəməsinin hakimi Məmmədov Mübariz İsfəndiyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cavadov Rüfət Şahverən oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3 və X4 qarşı «Kredit müqaviləsinin ləğv edilməsi, kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair» mülki işə Astara rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə cavabdehlər Cavabdeh3 və X6 arasında bağlanmış 20 avqust 2021ci il tarixli, RM/34973/82/16 nömrəli müqavilə ləğv edilsin. Cavabdehlər Cavabdeh3 və X2 müştərək qaydada 4273 (dörd min iki yüz yetmiş üç) manat əsas, 821 (səkkiz yüz iyirmi bir) manat, 38 (otuz səkkiz) qəpik faiz, cəmi 5094 (beş min doxsan dörd) manat, 38 (otuz səkkiz) qəpik və 71 (yetmiş bir) manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Astara Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən apelyasiya şikayəti verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Mübariz Məmmədov
Məhkəmə qərarları › İş №e-2(018)-1118/2023
Astara Rayon Məhkəməsi Qətnamə — İş №e-2(018)-1118/2023
18.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver